Rapakivi
Naviqasiyaya keç
Axtarışa keç
Rapakivi - süxur, biotitli və ya hornblendli-biotitli porfirvari qranit. Digər qranitlərdən quruluşuna görə fərqlənir: ovoid (yuvarlaq) formalı kaliumlu çöl şpatları, çox vaxt ortoklazdan ibarət olan porfir dənələri plagioklazla (oliqoklaz-albit) haşiyələnir. Əsas kütlə isə narındənəli ortoklaz, plagioklaz, biotit və amfiboldan ibarət olur. Plagioklaz porfir dənələri ortoklazla haşirlənədikdə süxur antirapakivi, plagioklaz haşiyəsi olmadıqda isə piterlit adlanır. Mənşəyi mübahisəlidir: həm maqmatik, həm də metasomatik yolla əmələ gəlməsi güman edilir. Aşınmaya nisbətən tez uğrayır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.