21°06′52″ c. e. 55°31′57″ ş. u.HGYO

Reünyon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Reünyon
La Réunion
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

21°06′52″ c. e. 55°31′57″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Sen-Deni
Tarixi və coğrafiyası
Yaradılıb 21 mart 1946
Sahəsi
  • 2.512 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 871.157 nəf. (1 yanvar 2021)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu FR-974
İnternet domeni .re
Avtomobil nömrəsi 974
Rəsmi sayt
Reünyon xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reünyon (fr. La Réunion Fransızca tələffüz: [la ʁe.y.njɔ̃]) — Fransanın xarici departamentlərindən biri. Hind okeanının qərb hissəsində eyni adlı adada yerləşir. Reünyon Maskaren adaları arasında ən böyüyüdür. Adanın uzunluğu 75 km-dir. Bu vulkan mənşəli adanın çox hissəsini dağlar tutur, onlardan ən hündürü adanın mərkəzində olan Piton-de-Nej dağıdır (3069m).

Ada tropik iqlim qurşağında yerləşsə də, yüksəkliyə doğru hava sərinləşir, yağıntıların miqdarı yüksəklikdən asılı olaraq dəyişir. Cənub və şərqdə leysan yağıntıları ildə 4000 mm, şimalda və qərbdə isə il ərzində 1000 mm-ə qədər rütubət gətirir. Ada siklonların müntəzəm olaraq hərəkət etdiyi zonada yerləşir və güclü leysan yağması ilə müşahidə olunur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Təsərrüfatda kənd təsərrüfatı məhsullarının becərilməsi üstünlük təşkil edir. Adada şəkər qamışı becərilən əsas bitkidir, həmçinin rom, vanil, efir yağı da ixrac edilir.

1988-ci ildən turizm yüksək sürətlə inkişaf edir. Gözəl landşaftı, qumlu çimərlikləri turist axınına səbəb olur.

Adanın mərkəzi olan Sen-Deni tolerant bir şəhərdir[3]. Burada məscidlər və kilsələr qonşuluqda yerləşir[3]. Adaya müxtəlif dövrlərdə ərəblər, portuqallarfransızlar sahiblik ediblər[3]. Hazırda burada müxtəlif dinlərə ibadət edən davranış qaydaları, adət-ənənələrinə görə tamamilə fərqlənən insanlar yaşayırlar[3].