Retezat Milli Parkı
Retezat Milli Parkı | |
---|---|
rum. Parcul Naţional Retezat | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 380,47 km2 ha |
Mütləq hündürlüyü | 2.509 m |
Yaradılma tarixi |
1935 2000[1] (elan olunma) |
Dağ | Retezat dağları |
Florası | 1190 bitki növü |
Faunası | Adi canavar, qonur ayı, adi vaşaq, meşə pişiyi, qarapaça, Avropa cüyürü, nəcib maral, porsuq, susamuru |
Yerləşməsi | |
45°20′ şm. e. 22°50′ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
Vilayət | Hunedoara |
Yaxın şəhər | Lupeni |
retezat.ro | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Retezat Milli Parkı (rum. Parcul Naţional Retezat) — Rumıniyanın Hunedoara qraflığında yerləşən və Retezat dağlarını əhatə edən milli park.[2]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Milli parkda hündürlüyü 2.300 metrdən artıq 60 zirvə və suyu güzgütək şəffaf olan 80 dərin buzlaq gölü vardır. Retezat dağları Karpat dağlarının ən gözəl hissələrindən biridir. 1935-ci ildə Rumıniya hökumətinin qərarı ilə yaradılan milli park ölkənin ilk milli parkı olsa da, 2000-ci ildə rəsmi olaraq statusunu almışdır.
Sahəsi 380,47 km2-dır.[3] Burada Avropanın ən qədim toxunulmamış meşələrindən biri və qitənin ən böyük qarışıq saf meşə sahəsi yerləşir. Retezat dağlarının ən böyük zirvəsi də buradadır: Peleaqa zirvəsi. (2509 metr)
1979-cu ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində milli park biosfer qoruğu elan edilmişdir.
Flora və fauna
[redaktə | mənbəni redaktə et]Park ərazisində 1190 bitki növü yaşayır və onların 190 növü "təhlükədə" və ya "müdafiəsiz" statusuna malikdir. Adi canavar, qonur ayı, adi vaşaq, meşə pişiyi, qarapaça, Avropa cüyürü, nəcib maral, porsuq, susamuru milli parkda yaşayan məməlilərdir.
Milli parkda qədim meşəni əhatə edən Qemenele (rumın dilində "əkizlər" deməkdir) elmi qoruğu milli parkın ən ciddi qorunan hissəsidir.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "Arxivlənmiş surət". 2015-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "Arxivlənmiş surət". 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt
- Xəritə Arxivləşdirilib 2015-04-14 at the Wayback Machine
- Ciu Dərəsi portalı
- Alp dağlarında turizm
- Turizm xəritələri