Riçard Dokinz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Riçard Dokinz
ing. Clinton Richard Dawkins
Doğum adı Clinton Richard Dawkins
Doğum tarixi 26 mart 1941(1941-03-26)[2][3][…] (83 yaş)
Doğum yeri
Elm sahələri etologiya[1], Təkamül biologiyası, zoologiya[1], biologiya[1], Xristianlıqda kilsə[1]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
İmza
richarddawkins.net
richarddawkins.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klinton Riçard Doukinz (ing. Clinton Richard Dawkins; 26 mart 1941[2][3][…], Nayrobi, Britaniya Keniyası[d][4][2][…]) — britaniyalı etoloq, təkamül bioloqu və yazıçı. Nyu-Kollecin əməkdar üzvü.

1995-2008-ci illər ərzində Oksford Universitetində professor kimi çalışmışdır.

Doukinz 1976-ci ildə işıq üzü görmüş "Eqoist gen" əsəri ilə məşhurlaşmışdır. Əsərdə o, təkamül prosesini genetik baxımdan izah etmiş , ilk dəfə "mem" terminini istifadə etmiş və yeni elmi istiqamət olan "memetika" təklif edilmişdir. 1982-ci ildə yazılmış "Genişlənmiş fenotip" əsəri ilə təkamül nəzəriyyəsinin aydınlaşdırılmasına mühüm töhfə vermişdir.

Doukinz ateistdir və Britaniya humanitar Assosasiyasının vitse-prezidenti və "Brayts" (ing. Brights) hərəkatının üzvüdür. Kresionizmin və rasional yaradılışın tənqidçisi kimi tanınır. 1986-ci ildə nəşr edilmiş "Kor saatsaz" əsərində Doukinz kresionistlərin saatla bağlı arqumentlərinin puç olmasını tənqid edir. Belə ki, kresionistlər hesab edirlər ki, insan da saat qədər mürəkkəb sistemdir və əgər saatın yaradıcısı varsa, deməli insanın da yaradıcısı var. Doukinz qeyd edir ki, "yaradıcı" qismində kor-koranə təkamül prosesi durur. O vaxtdan etibarən bu mövzuda Doukinz bir-neçə elmi-populyar kitab yazmış, dəfələrlə televiziya və radio efirlərdə müzakirələrin iştirakçısı olmuşdur. 2006-ci ildə dərc edilmiş Tanrı illüziyası əsərində dinə dair xeyli problemləri işıqlandırmış və Allahın mövcud olması ehtimalını çox xırda qiymətləndirmiş və dini inancı illyüziya kimi dəyərləndirmişdir. 2010-cu ilin yanvar ayına olan göstəricilərə əsasən həmin kitab 2 milyon tirajda satılmış və 31 dilə tərcümə edilmişdir. Amazon.co.uk-un məlumatına əsasən, "Tanrı illüziyası" kitabı onların Din və Mənəviyyat ("Religion & Spirituality) kateqoriyasında olan bütün kitabların 50% (həm də antidini kitabların, nümunə olaraq "Tanrı illüziyası" və "Tanrı — böyük deyil") və İncilin isə 120% satışının yüksəlməsinə səbəb olub.

Doukinz Keniyanın Nayrobi şəhərində doğulmuşdur. Atası Klinton Con Doukinz (1915-2010) Malavidə Britaniya koloniyasının mülki kənd təsərrüfatı məmuru olmuşdur. Doukinzin bir kiçik bacısı var. Atası İkinci dünya müharibəsinin iştirakçısı olmuş və 1949-cu ildə İngiltərəyə qayıtmışdır. Hər iki valideyni təbiət elmləri ilə maraqlanırdılar və Doukinzin suallarını elmi terminologiya ilə cavablandırmağa çalışırdılar. Doukinz öz uşaqlığını tipik ingilis uşaqlığı kimi xarakterizə edirdi. İlk dəfə allahın mövcudluğundan şübhələnəndə onun doqquz yaşı var idi, lakin həmin vaxt teoloji armuqentlər ona inandırıcı gəlirdi və o, özünü xristian hesab edirdi. Gənc yaşlarında təkamül nəzəriyyəsinin lehinə olan aqrumentlər ona daha dolğun gəlir və o, allaha inanmamağa başlayır. Doukinz Balliol Kollecində, Nobel mükafatı laureatı Nikolas Tinbergenin rəhbərliyi altında zoologiyanı öyrənirdi.

1962-ci ildə kolleci bitirdikdən sonra da Tinbergenin rəhrəbliyi altında təhsilini davam etdirir və 1966-ci ildə fəlsəfə elmləri doktoru dərəcəsini əldə edir. Tinbergen heyvanların davranışı, xüsusilə öyrənmə və qərar qəbul etmə instinktlərini öyrənirdi. Doukinzin də həmin vaxt elmi işləri əsasən heyvanların qərar qəbulu modellərinin araşdırılması ilə bağlı olmuşdur.

1967-69-cu illərdə o, Berklidə Kaliforniya Universitetində zoologiya üzrə baş müəllim olmuşdur. Həmin vaxt universitin tələbə və müəllim heyəti, o cümlədən Doukinz Vyetnam müharibəsinə qarşı etiraz aksiyalarında iştirak edirdilər. O, 1970-ci ildə Oksford Universitetində baş müəllim, 1990-cu iləd isə zoologiya üzrə professor olmuşdur.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Doukinz 1967-ci ildə etoloq Merian Stemplə evlənmiş və 1984-ci ildə boşanmışdır. Həmin il o, İv Bavemlə evlənmişdir. 1984-cü ildə onların bir qız övladı dünyaya gəlir. 1999-cu ildə Barem xərçəng xəstəliyindən dünyasını dəyişir. 1992-ci ildə Doukinz Lalle Uordla evlənir.