Ribosom

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ribosom - canlı hüceyrədə zülalların istehsal olunduğu (translyasiya prosesi) orqanoid. Ribosom mRNT ardıcıllığı əsasında amin turşularını birləşdirərək zülal əmələ gətirir.

Termini 1957-ci ildə elmə daxil edilmişdir. Bu orqanoid bütün canlı hüceyrələrdə aşkar edilmişdir. Ribosomlar ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir. O müxtəlif ölçülü, bir-birilə birləşmiş böyük və kiçik hissəciklərdən ibarətdir. Bir hüceyrədə minlərlə ribosom olur. Ribosomların tərkibi eyni miqdarda RNT və zülallardan ibarətdir. Prokariot hüceyrələrdə zülalların sintezi bir ribosom deyil, ribosomlar qrupu-polisomlar (polirisobomlar) tərəfindən həyata keçirilir. Polisomlarda 4-40-a qədər ribosom ola bilir. Sintez olunmuş zülallar eukariot hüceyrələrdə əvvəlcə dənəvər endoplazmatik şəbəkənin kanal və boşluqlarına yığılır. Sonra istifadə olunmaq üçün hüceyərnin başqa sahələrinə və digər orqanoidlərə daşınır. Endoplazmatik şəbəkə və onun üzərində yerləşən polirisobomlar zülalların biosintezinin və daşınmasının vahid aparatıdır.[1]

  1. "Arxivlənmiş surət". 2018-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-01.