Risalə fi-Kimya
Naviqasiyaya keç
Axtarışa keç
Risalə fi-kimya — Əlyazmada müəllif və əsər haqqında əlavə məlumata rast gəlinmir. Həmadaninin bu əsəri Əlyazmalar İnstitutunda yeganə nüsxədədir. Əsər ümumi kimyaya həsr edilmiş bir traktatdır. Cildi tünd qəhvəyi rəngli dəridir. Kağızı mavi rəngli, fliqranlı Avropa istehsalı olan bu əlyazma qara mürəkkəblə nəstəliq xətti ilə köçürülmüşdür. Həcmi 43 vərəq, ölçüsü 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 24 sətir var. Əsər bablara bölünmüşdür. Babların başlıqlarının üzərindən qırmızı xətt çəkilib. Katibi-Şeyx Məhəmməd Həsəndir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı