43°29′00″ şm. e. 40°33′00″ ş. u.HGYO

Ritsa gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ritsa gölü
gürc. რიწა
Göl dağların əhatəsində
Göl dağların əhatəsində
Ümumi məlumatlar
Mütləq hündürlüyü 950 m
Sahil uzunluğu 4,29 km
Sahəsi 1,49 km²
Dərin yeri 116 m
Temperatur
 • Orta illik 7,8 °C
 • Yanvarda orta -1,1 °C
 • İllik yağıntı 2.000-2.200 mm
Yerləşməsi
43°29′00″ şm. e. 40°33′00″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Region
Yaşayış məntəqəsi Avadhara
Ada 0
Ritsa gölü xəritədə
Ritsa gölü
Ritsa gölü
Ritsa gölü xəritədə
Ritsa gölü
Ritsa gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ritsa gölü (gürc. რიწა; abx. Риҵа; rus. Рица) ― de fakto olaraq tanınan Abxaziya dövlətinin şimalında yerləşən dağ gölü. Göl subalp çəmənlikləri, dağ meşələri ilə əhatə olunmuşdur. Suyu təmiz və soyuqdur. Ətrafında hündürlüyü 2 220–3 500 metr olan dağlar yerləşir. Euksin-Kolçik enliyarpaqlı meşələri buradadır və xeyli şümşad ağacı bitir. 70 metrə qədər hündürlükdə gölün ətrafında Şərqi Qaradəniz küknarının nümunələri tapılmışdır.

Gölü qorumaq üçün 1930-cu ildə Ritsa Dövlət Təbiət Qoruğu (162,89 km²) qurulmuşdur. 1936-cı ildə Qara dəniz sahilindən yol çəkilmişdir. SSRİ dövründə bu göl əhəmiyyətli turizm bölgəsi idi. İndi də buraya Rusiyadan çoxlu turist gəlir.

Ritsa gölü Gürcüstanın ən dərin göllərindən (116 metr) biridir və alabalıqlarla zəngindir. Orta illik temperatur 7,8 °C (yanvarda −1,1 °C, avqustda 17,8 °C), illik yağıntı isə 2 000–2 200 mm təşkil edir. Qış qarlı, yay isti keçir.

Ritsa gölünə 6 çay tökülür, 1 çay isə bu göldən axır. Gölün şimalında Avadhara kurortu yerləşir. SSRİ lideri İosif Stalininin bu gölün sahilində yay evi vardı. Bu ev indi Abxaziya hökumətinə məxsusudur.

Ritsa əfsanələri

[redaktə | mənbəni redaktə et]

Ritsanın mənşəyi

[redaktə | mənbəni redaktə et]

Qədim zamanlarda bu gölün yerində çay və dərə vardı. Ritsa adlı bacı 3 qardaşı — Aqepsta, Atsetuka və Pşeqişxa ilə yaşayırdı. Ritsa dərədən heyvanlar üçün otlaq kimi istifadə edirdi, qardaşları isə hər gün dağlara ova gedirdilər, axşamlar onlar birlikdə toplaşıb mahnı oxuyar, yemək yeyərlərdi.

Bir gün qardaşlar dağların uzaq yerinə getdilər. Ritsa onları itirdi və səslənməyə başladı. Meşə qarətçiləri Qeqa və Yupşara onu eşidib qaçırmaq qərarına gəldilər. Yupşara onu tutdu. Qardaşları Ritsanın səsini eşidib onu xilas etməyə gəldilər.

Pseqişxa öz qılıncını onlara atdı, amma yan keçərək çaya düşdü. Çayın axınının qarşısını alıb göl əmələ gətirdi. Ritsa Yupşaradan qurtuldu, amma gölə düşdü. Qardaşları onu xilas edə bilmədilər. Pseqişxa Yuşparanı gölə atdı, amma Ritsanın suyu onu qəbul etməyin Pseqişxanın qılıncının üstünə atdı, su onu dənizə aparmağa başladı. Qeqa Yuşparanı xilas edə bilmədi.

Bu hadisədən sonra qardaşlar dağlara qayıtdılar və o zamandan Ritsanı qorumaqdadırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]