Riu-Qrandi Respublikası
Tanınmamış dövlət | |||||
Riu-Qrandi Respublikası | |||||
---|---|---|---|---|---|
port. República Rio-Grandense | |||||
|
|||||
|
|||||
Paytaxt | Piratii, Aleqreti, Kasapava-du-Sul, Baje (iki həftə ərzində) və San-Borja. | ||||
Rəsmi dilləri | portuqalca | ||||
Ərazisi |
|
||||
İdarəetmə forması | Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Riu-Qrandi Respublikası (port. República Rio-Grandense)[1] və ya bəzən Piratini Respublikası (port. República do Piratini) — Birtərəfli qaydada müstəqilliyini elan etmiş, Braziliyanın Riu-Qrandi-du-Sul vilayəti ərazisində 1836 11 sentyabrdan 1845 5 mart tarixinə qədər mövcud olmuş dövlət.
Tarixi
[redaktə | mənbəni redaktə et]Riu-Qrandi Respublikası Farrapus müharibəsi zamanı meydana gəlir. Dövlət 11 sentyabr 1836-cı ildə general Antonio di Soza Netu tərəfindən elan edilir. 5 noyabrda üsyançılar general Bentu Qonsalvisi birinci prezident elan edirlər. Ancaq bir müddət sonra Qonsalvis hakimiyyət qüvvələri tərəfindən əsir götürülür. Onun səlahiyyətlərini Qomis Jardin icra edir[2].
Respublika mövcud olduğu on ilə yaxın müddətdə beş paytaxt dəyişir: Piratii, Aleqreti, Kasapava-du-Sul, Baje (iki həftə ərzində) və San-Borja.
1839-ci ildə üsyançılar Santa-Katarina vilayətinin ərazisinə daxil olurlar və 24 iyun tarixində Julian Respublikasının müstəqilliyini elan edirlər. Onlar Riu-Qrandi ilə konfederasiyada birləşirlər. Noyabr ayında imperiya qüvvələri respublikanın mərkəzini tuturlar. Respublika 15 noyabr tarixində fəaliyyətini dayandırır.
1 dekabr 1842-ci ildə Aleqretidə konsitutsiyanın yaradılması üçün müəssislər məçlisi toplanır. Ancaq məçlis məqsədinə çatmır, belə ki deputatlar bir fikirə gələ bilmirlər[2].
Getdikcə üsyançıların vəziyyəti gərginləşir, bu səbəbdən fikir ayrılığı səbəbindən 1843-ci ilin avqustunda Bentu Qonsalvis prezidentlik postundan istefa verir. Bundan sonra hakimiyyətə danışıqlar tərəfdarları gəlir. Hakimiyyət nümayəndələri ilə 1 mart 1845-ci ildə imperiya arasında Qonço-Verde anlaşması imzalanır. Müqavilə ilə Riu-Qrandi Respublikasının varlığına son qoyulur[3].
Əlavə məlumat
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Lib.ru/Классика: Цомакион Анна Ивановна. Джузеппе Гарибальди. Onun həyatı və İtaliyanın birləşdirilməsində rolu". 2013-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08.
- ↑ 1 2 "М.S. Alperoviç, L.Y. Slezkin. Latın Amerikasının XX-əsrdən öncəki tarixi". 2010-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-02.
- ↑ Background on the Farroupilha revolution Arxivləşdirilib 2022-04-13 at the Wayback Machine (ing.)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Farrаpus müharibəsi Latın Amerikasının ensiklopedik lüğətində.