Robototexnika
Süni intellekt |
---|
Seriyanın bir hissəsi: |
Avtomatlaşdırma |
---|
Ümumilikdə avtomatlaşdırma |
Robototexnika və robotlar |
Avtomatlaşdırmanın təsiri |
Sərgilər və mükafatlar |
Robototexnika — texnologiya ilə bağlı bir sahə olaraq, robotoları[1], onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Dünyanın bir çox ölkələrində bu elm sahəsinin inkişafına böyük dəstək vardır. Bu sahənin inkişafı öz növbəsində, sənayenin avtomatlaşdırılmasının sürətli inkişafına təsir göstərir. Çünki bu texnologiyalar sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir.
Bu texnologiyaya maraq ən qədim zamanlardan mövcuddur. Çünki insanlar özləri yox, öz yerlərinə başqalarını işlətmək istəmişlər. Bu problem başlanğıcda qul əməyindən istifadə ilə həll olunsa da son bir neçə yüz ildə robotlar və digər avtomatlaşdırılmış sistemlər onların yerini almışdır. Bu sahəyə marağın ən qədim zamanlardan olmasına baxmayaraq, robototexnikanın araşdırılmasına və bir elm kimi öyrənilməsinə 20-ci əsrdən başlanmışdır.
Günümüzdə robototexnika elmi bir çox sənaye, məişət və sosial problemlərin həlli üçün istifadə edilir.
Etimalogiyası
[redaktə | mənbəni redaktə et]Robototexnika sözü "robot" sözündən əmələ gəlmişdir. Robot sözü ilk dəfə 1920-ci ildə Çex yazıçısı Karel Čapek (azərb. Karl Kapek) tərəfindən yazılan və səhnələşdirilən R.U.R. (Rossum's Universal Robots - azərb. Rossumun Universal Robotları ) əsərində istifadə olunmuşdur.[2] Bu sözün kökü slovak dilindəki "robota" sözündən gəlir və mənası qul, kölə deməkdir.
Amma Karel Capek bu şərəfə özünü layiq görmür. Oksford İngilis dili lüğətinə yazdığı qısa məktubunda bu sözün onun qardaşı Josef Capekin (azərb. Jozef Kapek) yaradıcılığı olduğunu bildirib [1].
Oksford İngilis dili lüğətinə əsasən "robototexnika" sözünü ilk dəfə yazılı olaraq İsaac Asimovun (azərb. Ayzek Asimov) 1941-ci ildə çap olunmuş "Yalançı" (əsl adı ing. Liar!) elmi-fantastik hekayəsində istifadə olunub. O dövrdə elektrik texnologiyalarını öyrənən sahə çox məşhur idi və elektrotexnika (ing. electronics) adlanırdı. Buna istinadən İsaac Asimov robotları öyrənən elmin də robototexnika (ing. robotics) adlandırdı. Sonradan nəşr olunan əsərlərində İsaac Asimov bu sözü daha öncə yazdığı "Yalançı" (əsl adı ing. Runaround) adlı digər əsərində istifadə etdiyini bildirsə də biz bununla razılaşmırıq. Çünki "Yalançı" (əsl adı ing. Liar!) əsəri, "Yalançı" (əsl adı ing. Runaround digər əsərindən 5 ay öynə nəşr edilmişdir [3][4] .
Tarixi
[redaktə | mənbəni redaktə et]Robotlar ilk dəfə televiziya ekranlarına 1927-ci ildə çıxıb. Fritz Langın prodürerliyi ilə çəkilmiş bu filmdə alman aktrisası Brigitte Helmin canlandırdığı "maşın insan" (alman. Maschinenmensch) obrazı tarixdə ilk robot obraz hesab olunur.
1942-ci ildə İsaac Asimov Robototexnikanın Üç Qanununu formalaşdırdı.
1948-ci ildə Norbert Wiener kibernetikanın və robototexnika sahəsindəki araşdırma işlərinin ilk praktiki nəticələrini ortaya qoydu.
İlk tam avtonom robot XX əsrin ikinci yarısında hazırlanıb. İlk rəqəmsal və proqramlanabilən robot da elə bu dönəmdə 1961-ci ildə düzəldilib və sənayedə tətbiq edilib. Unimate adlanan bu robotun işi qəliblərə tökülüb bərkidilmiş metal hissələrinin çıxarılıb yığılmasında istifadə olunub. Günümüzdə bunun kimi bir çox sənaye robotları müxtəlif zavod və fabriklərdə geniş istifadə edilir. Onlar istehsalatda, yükdaşımada və digər sahələrdə istifadə olunur[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "robotics". Oxford Dictionaries. 18 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2011.
- ↑ [1] Arxivləşdirilib 2013-01-23 at the Wayback Machine Zunt, Dominik. "Who did actually invent the word "robot" and what does it mean?". The Karel Čapek website. Retrieved 2007
- ↑ Asimov, Isaac. The Robot Chronicles // Gold. London: Voyager. 1996 [1995]. 224–225. ISBN 0-00-648202-3.
- ↑ Asimov, Isaac. 4 The Word I Invented // Counting the Eons. Doubleday. 1983.
Robotics has become a sufficiently well developed technology to warrant articles and books on its history and I have watched this in amazement, and in some disbelief, because I invented … the word
- ↑ "Robototexnika: Sərgi Haqqında Arxivləşdirilib 2008-09-13 at the Wayback Machine". İnnovasiya Texnologiyaları Muzeyi. 2008-09-15.