Roma imperiyası

Vikipediya, azad ensiklopediya
(Romalılar səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İmperiya
Roma imperiyası
lat. Imperium Romanum
yun. Βασιλεία Ῥωμαίων
Gerb[d], Gerb
Gerb[d], Gerb
«

lat. Senatus Populusque Romanus (SPQR)

Roma Xalqı və Senatı
»
  Roma Respublikası   Roma imperiyası   Bizans İmperiyası   Qərbi Roma imperiyası
 
 
 

Paytaxt (e.ə. 27 - e.330) Roma
(e.ə. 330 - e.395) Konstantinopol
Dilləri latın dili, qədim yunan dili
Rəsmi dilləri Latın diliYunan dili
Dövlət dini Paqanizm (E.ə. 27-E. 313)
Arian xristianlığı (313-361)
Nikea xristianlığı (361-395)
Ərazisi 5 957 000 km²
Əhalisi 55 - 120 milyon
İdarəetmə forması Mütləq monarxiya
İmperator
 • e.ə. 27–14 Oktavian Avqust (ilk)
 • 379–395 I Feodosi (Vahid Romanın son imperatoru)
 • 475–476 Qərbi Roma imperiyasının son imperatoru: Romul Avqust
 • 1449–1453 Şərqi Roma imperiyasının son imperatoru: XI Konstantin
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq
Eramızın 117-ci ilində imperator Trayanın dövründə Roma imperiyasının ərazisi

Roma imperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 395-ci illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət.

Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.

İmperiyanın tarixi qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə. 31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə. 27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır. E.ə. 31-ci ildən başlayaraq Roma tarixinin yeni səhifəsi olan imperiya dövrü başlanır. Roma ən qüdrətli imperiyaya çevrilir. Bu imperiya öz tərkibinə şərqi Aralıq dənizi, Şimali Afrika, Avropanın xeyli hissəsini daxil etmişdir. Oktavion Avqustun dövründən etibarən Roma dövləti imperiya adlanmağa başlandı. Mark Trayanın dövründə Romanın ərazisi daha da genişləndi. Trayan Qara dənizlə Adriatik dənizi arasındakı torpaqları, Mesopotamiyanı, Kiçik Asiyada Kilikiyanı, Ərəbistan yarəmadasında bir çox əraziləri işğal etdi. O, Parfiyayada yürüş etdi və onun paytaxtı Ktesifonu tutdu, lakin işğal olunmuş ərazilərdə baş verən üsyanlar onu geri qayıtmağa məcbur etdi. Beləliklə, Trayan Parfiyanın fəthini başa çatdıra bilmədi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Roma ordusu dövrünə görə çox güclü təlim keçmiş, əsas gücü piyadalardan ibarət olan bir ordu idi. Hər 4500 nəfərlik dəstə "Legion" adlanırdı. Roma ordusunun döyüş qaydasına görə döyüşü yüngül silahlı döyüşçülər başlayırdılar. Onlar düşmən sıralarını pozmaq üçün ox, mızra atırdılar. Legionun əsas gücü ağır silahlı piyadalardan ibarət idi. Onlar nizə və qılıncla silahlanır, zirehli paltar geyirdilər. Süvarilər piyadaları cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər. Legion hər bir şəraitdə(meşədə, dağlıq yerdə və s.)vuruşa bilən xırda hissələrə bölünürdü. Orduda sərt-nizam intizama riayət olunurdu. Silahı itirmək, keşikdə yatmaq üstündə edam cəzası tətbiq olunurdu. Roma ordusunda süvari dəstələr olsa da onlar piyadalar qədər güclü deyildilər. Ümumiyyətlə Romada hökmdarlıq etmiş bir çox şəxslər özlərinə uyğun ordular yaratmışlarki, bunların adları Roma Total War kompyüter oyununda görmək olar. Romada yaşları ötmüş, xidmət müddəti başa çatmış döyüşçülərdən veteran hərbi dəstələri yaradılırdıki, onlarda imperiyaya tabe olan şəhərlərdə asayişi qorumaqlar məşğul olurdular.

Qədim Romada din xristianlıq olmuşdur.1-ci əsr də xristianlı meydana gəlmişdir. Xristian icmalarını birləşdirən və yepiskoplar tərəfindən idarə olunan xristian təşkilatı yarandı. Onu kilsə adlandırırdılar.

Roma dövləti imperiyaya çevrildikdən sonra onun paytaxtı Roma çox böyük şəhərə çevrildi. Roma Aralıq dənizi sahillərində ən iri şəhər oldu. Eramızın ilk illərində bu şəhərdə 1 milyondan artıq əhali yaşayırdı. Roma Tibr çayının hər iki sahilində geniş ərazi tuturdu. İki sahil bir neçə körpü ilə birləşşirdi. Dağ bulaqlarından on bir kəmərlə şəhərə öz axını ilə su gəlirdi, su kəmərləri çökək yerlərdən və çaylardan daş körpülər vasitəsilə keçirdi. Şəhər küçələri Romanın qədim mərkəzi olan forumda qovuşurdu. İmperatorlar Sezardan başlayaraq özlərini və paytaxtlarını şöhrətləndirmək üçün Roma forumunda və onun ətrafında abidələr ucaldır, möhtəşəm məbədlər və başqa binalar tikdirirdilər. Trayanın Dunay çayı sahilindəki qələbələri şərəfinə Romada təqribən 40 metr hündürlüyündə sütun ucaldılmışdı. Mərmər relyef bu sütuna aşağıdan yuxarıyadək lent kimi sarınmışdı. Bu relyefdə qoşunların Dunay çayından keçməsi, vuruşma səhnələri, əsir tutulması və müharibənin başqa səhnələri təsvir edilmişdi. Sütunun üstündə imperatorun heykəli qoyulmuşdu.

Zəfər (triumf) tağları xüsusilə geniş yayılmış abidələr idi. Zəfər bayramlarında imperatorlar bu tağların altından keçirdilər. Bunlar imperatorların qələbələrini şöhrətləndirmək üçün tikilirdi. Ən qədim Romada adi bazar olmuş forum paytaxtın gözəl tikilmiş və bəzədilmiş mərkəzinə çevrilmişdi. O, imperiyanın zəngin sərvətləri və məğlubedilməzliyi haqqında fikir yaratmalı idi. Forumun yaxınlığında Palatin yüksəkliyi ucalırdı. Burada imperatorların zərdən və mərmərdən bərq vuran sarayları tikilmişdi. İmperator saraylarının yaxınlığında varlı quldarların evləri yerləşirdi. Bu evlərdəki otaqların divarları freskalarla bəzədilmiş, döşəmələri mozaika ilə örtülmüşdü. Heyvan və bitkilərin tuncdan, qızıldanfil sümüyündən bədii təsvirləri mebellərin üzərini bəzəyirdi. Otaqlarda və daxili həyət-bağda yunan və Roma heykəltaraşlarının hazırladıqları heykəllər və büstlər qoyulurdu. Varlı romalıya yüzlərlə qul xidmət edirdi. Onların arasında bir çox hallarda ağaların özlərindən daha savadlı olan həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi, bunlar adətən, yunanlar idilər. Küçədə qullar adlı-sanlı romalıları taxt-rəvanda aparırdılar. Evin alaqapısında zəncirli it əvəzinə divara zəncirlənmiş qapıçı qul otururdu. Varlıların ziyafətlərinə imperiyanın müxtəlif yerlərindən diri balıq, nadir meyvə və şərab gətirilirdi.

Romada gözqamaşdırıcı cah-cəlalla yanaşı, ən acınacaqlı dilənçilik də hökm sürürdü. Şəhərin bütov rayonlarında beş və altımərtəbəli evlər tikilmişdi. Burada küçələr çox dar idi. Yoxsullar bu evlərin balaca otaqlarında, çardaqlarında və zirzəmilərdə yaşayırdılar. Pis tikilmiş evlər çox vaxt uçurdu, yanğınlar daha tez-tez baş verirdi. Sakinlər uçan evlərin altında və ya alovun içərisində həlak olurdular. Yoxsulların çoxunun evi olmadığından onlar küçələrdə gecələyirdilər.

Roma teatrlarında yunan və Roma müəlliflərinin tragediyalarını və komediyalarını tamaşaya qoyurdular. Yunanıstanda teatrlarla tanış olmuş Pompey onların nümunəsində Romada daşdan ilk teatr tiktirdi. Lakin həm varlıların, həm də yoxsulların sevdiyi tamaşa qladiator döyüşləri və döyüş arabalarının ötüşməsi idi. İmperiya dövründə bu yarışmalar respublika dövründəkinə nisbətən daha əzəmətli oldu. İmperator Avqustun əmrilə Romanın ətrafında göl yaradılmışdı. Bir dəfə burada keçirilən döyüşdə 30 iri və bir çox kiçik gəmilərdə 3000 adam vuruşmuşdu. 1-ci əsrdə Romada 50.000 nəfər tamaşaçı tutan Kolizey amfiteatrı tikildi. İmperator Trayan tərəfindən təşkil edilən bayram şənlikləri 123 gün davam etmişdi. Amfiteatrların səhnəsinə 11.000 vəhşi heyvan buraxılmışdı. Romalıları əyləndirməkdən ötrü 10.000 qladiator bir-birilə və vəhşi heyvanlarla vuruşurdu. Hələ ən qədim Romada Palatin yüksəkliyindən cənuba doğru geniş düzənlikdə cıdır yarışları keçirilirdi. İmperator dövründə burada on minlərlə tamaşaçı üçün tribunaları, imperator və onun əyanları üçün bər-bəzəkli lojaları olan nəhəng sirk (cıdır meydanı) yerləşirdi. Sirkin qaçış yollarında yüngül döyüş arabalarına qoşulmuş at yarışları keçirilirdi.

Roma imperator sülalərinin zaman xətti

[redaktə | mənbəni redaktə et]
Konstantinlər sülaləsiTetrarxiyaƏsgər imperatorlarQall İmperiyasıƏsgər imperatorlarSeverlər sülaləsiNerva-AntoninFlavilər sülaləsiYulilər-Klavdilər

Roma imperiyasının süqutu

[redaktə | mənbəni redaktə et]

Romada sərkərdələr arasında gedən mübarizədə Konstantin (306–337) qalib gəldi. O, Romanı sevmirdi və şərqdə yaşayırdı. Konstantin Bosfor boğazının Avropa hissəsində yerləşən qədim Vizanti (Bizans) yunan şəhərini paytaxt seçdi. 330-cu ildə paytaxt Vizantiyə köçürüldü. Şəhər Konstantinopol (indiki İstanbul) adlandı.

IV əsrin sonlarından başlayaraq barbarların Roma imperiyasına hücumu gücləndi. Roma imperatorları barbarlara xərac verməyə məcbur olurdular, bəzən barbar tayfalarından muzdla istifadə edirdilər. IV əsrin sonunda Xəzərətrafı çöllərdən hunlar qərbə doğru hərəkət etdilər. Onlar Qara dənizin şimalında yaşayan ostqot tayfalarını qərbə sıxışdırdılar. Ostqotlar Dunay sahillərinə çəkildilər. Roma imperatoru imperiyanın sərhədlərini müdafiə etmək üçün ostqotlara imperiya sərhədlərində məskən salmağa icazə verdi və onları ərzaqla təmin etməyi öhdəsinə götürdü. Lakin imperator vədini yerinə yetirmədi, bir parça çörək üçün oğlunu və özünü satmağa məcbur olan ostqotlar üsyan etdilər. 378-ci ildə üsyançılar imperator qoşununu məğlub etdi və imperator Valenti öldürdülər. Yeni imperator Böyük Fedosi üsyançıların başçısını ələ alıb üsyanı yatırdı. Qotları Balkan yarımadasının şimal-qərbində yerləşdirdi. İmperator Böyük Fedosi ölümündən əvvəl imperiyanı iki oğlu arasında bölüşdürmüşdü. 395-ci ildə Roma imperiyası Qərb və Şərq imperiyalarına ayrıldı. Balkan yarımadası, Misir və Asiyadakı Roma torpaqları Şərq imperiyasına, yəni Bizansa daxil idi. Paytaxt Konstantinopol oldu. Bizansın başında kiçik qardaş Arkadi dururdu. Qərb imperiyasına İtaliya, Qərbi Avropa və şimali Afrikadakı qərb əyalətləri daxil idi. Ona böyük qardaş Honori başçılıq edirdi.

Qədim Roma imperiyasının 2 yerə parçalanması

Roma imperiyasının zəifləməsindən istifadə edən Alarixin başçılığı ilə qotlar Yunanıstan və Makedoniyanı tutdular. Onlar təcrübəli döyüşçü Alarixin başçılığı altında hücumu davam etdirib İtaliyaya soxuldular. 410-cu ildə onlar Romanı tutdular. Avropa, Asiya, Afrika xalqlarını itaətdə saxlayan Roma barbarların hücumuna dözə bilmədi. Qullar, kəndlilər və kolonlar barbarlara kömək edirdilər. Şəhər üç gün qarət edildikdən sonra qotlar çıxıb getdilər. Qotlarla yanaşı, Roma imperiyasına başqa xalqlar da hücum edirdi. Vandallar Qalliyanı, daha sonra İspaniyanı tutdular, daha sonra Afrikaya köç edib burada Vandal Alan krallığı yaratdılar. V əsrin əvvəllərində hunlar Romaya hücum etdilər. 451-ci ildə hun imperatoru Atilla ilə Roma sərkərdəsi Aetüs arasında Fransa ərazisində gedən Katalaun vuruşmasında hər iki tərəf böyük itki verdi. Bir ildən sonra 452-ci ildə Atilla Roma şəhərini mühasirəyə aldı. Roma papası I Leon başda olmaqla nümayəndə heyəti şəhərə aman verilməsini xahiş etdilər. Atilla onların xahişini yerinə yetirdi. Bandal-Alan kralı Kayzerix 455-ci ildə Afrikadan İtaliyaya keçib Romanı ələ keçirdi və talan etdi. Vandallar heykəlləri sındırır, kitabları yandırır, incəsənət əsərlərini məhv edirdilər. Vandalların hücumundan sonra Romada cəmi 7 min əhali qalmışdı. Romanın qarət edilməsindən sonra "vandalizm" sözü meydana gəldi. Bu söz, incəsənət və digər maddi-mədəniyyət abidələrinin amansızlıqla məhv edilməsi mənasında işlənir.

Roma imperiyasında ağalıq edən barbar başçıları imperatorlarla oyuncaq kimi rəftar edirdilər. Onlar imperiyada istədikləri kimi davranır, imperatorlara məhəl qoymurdular. 476-cı ildə german qoşununun başçısı Odoakr sonuncu Roma imperatoru Romul Avqustu taxtdan saldı, imperatorluq nişanını Şərqi Roma imperiyasına göndərdi və Roma imperiyasının məhv olduğunu elan etdi. Bizans imperiyası isə çətinliklə olsa da, barbarlara qarşı müqavimət göstərir və öz varlığını qoruyub saxlayırdı.

476-cı ildə Qədim Roma imperiyası süqut etdi, beləliklə, Qərbi Romada quldarlıq quruluşu dağıldı, qədim dünya tarixi sona çatdı. Orta əsrlər tarixi başlandı.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Identifiants et Référentiels (fr.). ABES, 2011.