60°27′00″ şm. e. 26°58′12″ ş. u.HGYO

Ruotsinsalmi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ruotsinsalmi
fin Ruotsinsalmi
Yerləşməsi
60°27′00″ şm. e. 26°58′12″ ş. u.HGYO
Ölkə  Finlandiya
Akvatoriyası
Ayırır Kotka adasını Kutsalo adasından
Ruotsinsalmi xəritədə
Ruotsinsalmi
Ruotsinsalmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruotsinsalmi boğazı (fin Ruotsinsalmi, isv. Svensksund) — Baltik dənizinə daxil olan Fin körfəzində, Finlandiyanın cənub-şərqində, Rusiya ilə sərhədə yaxın ərazidə, Kotka və Kutsalo adalarını ayıran boğaz. Kotka limanından cənubda və Hamina şəhərinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kyumenlaakso bölgəsindəki Kotka icmasına aiddir.

Kukouri adası sahilində bir mayakı vardır.

Ruotsinsalmi boğazının xəritəsi

Boğaz tarixi ilə diqqət çəkir. Boğaz Rusiya-İsveç müharibəsinin (1788–1790) iki döyüşünə şahidlik etmişdir. 1789-cu il avqustun 13-də ilk Roçensalm döyüşü baş verir. Döyüşdə 86 rus gəmisi 49 isveç gəmisinə hücum edərək qalib gəlir. 28 iyun-29 iyun 1790-cı ildə isveçlilərin qalib gəldiyi ikinci Roçensalm döyüşü baş verir. Varissaari adasında Roçensalmın ikinci döyüşündə həlak olan dənizçilərin xatirəsinə bir abidə qoyulmuşdur. Varissaari adasındakı qalıqlar bu gündə qorunur. İkinci Roçensalm döyüşünün əvvəlində batırılan gəmi 1948-ci ildə 16 m dərinlikdə aşkar edilmişdir.

1743-cü ildə Abo sülh müqaviləsinə görə, Rusiya-İsveç sərhədi Kyumiyoki çayı boyunca qurulur. İmperatoriça II Yekaterinanın əmri ilə Rus-İsveç müharibəsi bitdikdən sonra (1788–1790) Ruotsinsalmi boğazını idarə etmək üçün Ruotsinsalmi (Roçensalm) dəniz qalası tikilir: Kukouridəki Slava qalası, Kotka adasındakı Yekaterina qalası və İsveçlilərə qarşı müdafiəni təşkil etmək üçün Fin körfəzindəki qalalar zəncirinin bir hissəsi olaraq Varissaari adasındakı Yelizaveta qalası[1][2][3]. Ruotsinsalmi dəniz qalası Rusiya İmperator Donanmasının bazası olur. 1809-cu il Fridrixsqam Sülh Müqaviləsi bağlandıqdan sonra İsveçin Finlandiyanı Rusiyaya verdiyinə görə, 1830-cu illərdə qala əhəmiyyətini itirir. Ruotsinsalmi qalasından az sayda əsgər mühafizəni təmin etmək üçün Kukouri adasındakı Slava qalasına aparılır. Qala eyni vaxtda həbsxana kimi xidmət edir. Qalalar ingilislər tərəfindən 1855-ci ildə Krım müharibəsi zamanı dağıdılır. Yelizaveta qalası bərpa edilir. "Slava" qalası isə yalnız 1993-cü ildə qismən bərpa edilmişdir[4].

  1. Голомолзин Е. // Финляндия. Отпуск за рулем : путеводитель со схемами, мини-разговорником для любителей путешествий на автомобиле. Welcome. 2011. səh. 56. ISBN 978-5-93024-079-5. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22. 202
  2. Вече // Замки и крепости Швеции и Финляндии. Антонова Ю. В. 2010. səh. 318. ISBN 978-5-9533-4204-9. 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  3. Вече // Финляндия. Страна тысячи озёр. Кривцов Н. В. 2013. səh. 180. ISBN 978-5-9533-6507-9. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22. 399
  4. Вокруг света // Финляндия: Хельсинки и Турку, полярное сияние, морошка и сауна, снега Лапландии, родина Йоулупукки. Хропов А. Г., Рукавишникова Е. Р. 2012. səh. 89. ISBN 978-5-98652-456-6. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22. 212