Ryuzo Torii

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ryuzo Torii
yap. 鳥居龍蔵
Doğum tarixi 4 may 1870(1870-05-04)
Doğum yeri
Vəfat tarixi 14 yanvar 1953(1953-01-14)[1] (82 yaşında)
Vəfat yeri
Fəaliyyəti antropoloq, arxeoloq, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ryuzo Torii (鳥居 龍藏, Torii Ryuzo?, 4 may 1870, Tokusima14 yanvar 1953[1], Tokio)Yaponiya arxeoloqu, antropoloqu, etnoloqufolklorşünası. Çin, Koreya, Tayvan, Rusiya və digər ölkələrdə apardığı tədqiqatlara görə tanınır.

Ryuzo Torii 1870-ci ildə Yaponiyanın Tokuşima şəhərində doğulmuşdur.[2] O, gənc yaşlarından etibarən antropologiya, arxeologiyatarixə maraq göstərmişdir.[2] 1892-ci ildə antropoloq Şoqoro Tsuboyun tələbəsi olmuş, daha sonra Tokio Universitetinin Elm kollecində nümunə təsnifçisi kimi işləməyə başlamışdır.[2] Torii antropologiya üzrə formal təhsil almasa da, Tokio Universitetinin antropologiya fakültəsinin başçısı təyin olunmuşdur.[2]

Torii 1921-ci ildə Tokio Universitetinin köməkçi professoru, daha sonra isə KokuqakuinSofiya universitetlərinin professoru olmuşdur.[2] 1929-cu ildə Pekinin Yantszin Universitetinə professor kimi dəvət olunmuşdur.[2] 1951-ci ildə Yaponiyaya qayıtmış və 1953-cü ildə Tokioda ölmüşdür.[2]

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

Toriinin tədqiqat sahələri antropologiya, folklor, dilçilikarxeologiya olmuşdur.[2] O, 1895–1910-cu illərdə Lyaodun yarımadası, Yalu hövzəsi, Tayvan, Kuril adaları, Mancuriya, Okinava, Monqolustan, KoreyaSaxalində tədqiqat ekspedisiyalarına başçılıq etmişdir.[2] Koreyaya 20-dən çox tədqiqat səyahəti etmiş, Pxenyan şəhərinin Nannan rayonundakı qədim tumulusları ətraflı tədqiq etmişdir.[2] Növbəti illərdə LyaoÇzin sülalələrinin mədəniyyətini araşdırmışdır.[2]

Torii 1917-ci ildə Yaponiyanın ComonYayoy dövrlərinin mədəniyyətini araşdırmağa başlamış və bu iki dövr haqqında "Suvaşi" (1924, "Suva tarixi") və "Yişi izen no Nippon" (1925, "Tarixöncəsi Yaponiya") kimi elmi əsərlər yazmışdır.[2]

  1. 1 2 Bibliothèque nationale de France Ryūzō Torii // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 79. ISBN 0-87011-628-2. İstifadə tarixi: 2 sentyabr 2022.