Südanası
Südanası — qadın başqasının uşağını əmizdirmək üçün tutulur və çox vaxt həm də ona qulluq edir.
Səbəblər
[redaktə | mənbəni redaktə et]Uşağın anası uşağını əmizdirmək istəmədiyi və ya bunu bacarmadığı təqdirdə südanası dəvət edilə bilər. Bunun səbəbləri müxtəlifdir. Onlar xərçəng kimi ciddi xroniki xəstəliklərdən tutmuş, ana südü ilə qidalanma səbəbindən qadın sinəsinin formasını itirəcəyi barədə yanlış təsəvvürlərə qədər dəyişə bilər. Bundan əlavə südanasını dəvət etmənin səbəbi dərman ana südünün tərkibini dəyişdirərsə, kimyəvi və dərman vasitələrindən (həm resept, həm də qanunsuz, narkotik kimi) istifadə ola bilər. Ananın südü yetərli olmadıqda südanası tələb oluna bilər. Yəni ana körpəsini xüsusən də əkizlər doğulduqdan sonra onları lazımi şəkildə bəsləmək iqtidarında olmadıqda südanasına ehtiyac yarana bilər. Südanalarına bir qayda olaraq, ana ölümünün yüksək olduğu ərazilərdə daha çox rast gəlinir[1].
Südün gəlişi
[redaktə | mənbəni redaktə et]Qadın yalnız südü olarsa, südanası kimi işləyə bilər. Əvvəllər hesab edilirdi ki, bunun üçün qadın mütləq bir müddət öncə doğum etməlidir. Bu həmişə olmur çünki normal məmə əmizdirmə sinir refleksi və prolaktin istifadə edərək laktasiyaya səbəb ola bilər[2]. Bəzi övladlığa uşaq götürən analar körpələri bəsləyə bilmək üçün mexaniki bir məmə pompası istifadə edərək döşə südün gəlməsini təmin edirdilər[3].
Doktor Qabriel Palmer belə deyirdi[4]:
Qadının heç vaxt südü ola bilməməsinin və ya birdən çox uşağı qidalandıra bilməməsinin tibbi əsası yoxdur ... bəzi qadınlar nəzəri cəhətdən 5 uşağı qidalandıra bilərlər |
[5].
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Südanası haqda məlumatlara ta qədim yunan mifologiyasında rast gəlinir; məsələn, məhsul ilahəsi Demetra Persefonanı itirdiyi üçün kədərlənərək Elvsinin yanına gələndə yeni doğulmuş Demofontun südanası olmaq vəzifəsini öz üzərinə götürdü[6].
Südanasından istifadə praktikası qədimdir və bir çox mədəniyyətlər üçün ümumidir. Uşaqlar üçün südanası tutmaq aristokratik təbəqənin sosial statusu ilə bağlı idi. Çünki, qadınlar birinci döğuşdan sonra ikinci dəfə tez hamilə qalmaq istəyirdilər. Südanalarının dəvət edilməsi elit təbəqə üçün yalnız məcburi hallarda deyil, həm də adi bir fenomenə çevrilmişdir. Üstəlik, bu tendensiya yüz illərlə ta XX əsrin əvvəllərinə qədər davam etmişdir. Kasıb təbəqənin qadınları, xüsusən də nikahdan kənar uşaq dünyaya gətirənlər, uşağını bir müddət və ya əbədi olaraq südanasına verməli olurdular.
Dində
[redaktə | mənbəni redaktə et]Quranda
[redaktə | mənbəni redaktə et]Quranda südanasının dəvət edilməsi, ana südü ilə qidalanma müddəti, südanası, bacı və qardaşlar arası münasibətlər xüsusi diqqət mərkəzindədir: (Quran 2:233, 4:23, 46:15, 31:14):
Əgər (valideynlər) qarşılıqlı razılıq və tövsiyə ilə körpəni süddən kəsmək istəsələr onlar günah etməzlər. Əgər övladlarınız üçün südanası dəvət etmək istəyirsinizsə, o halda qadına layiq olduğu qədərdə vicdanla əvəz ödəməlisiniz. Allahdan qorxun və bilin ki, Allah nə etdiklərinizin hamısını görür. (Quran 2:233)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Beeton, Mrs Isabella. Mrs Beeton's Book of Household Management. London: S. O. Beeton, 18 Bouverie Street, London EC. 1861 (1st Edition). 1022–1024.
- ↑ E. Goljan, Pathology, 2nd ed. Mosby Elsevier, Rapid Review Series.
- ↑ Wilson-Clay, Barbara (1996). "Induced Lactation" Arxivləşdirilib 2010-02-09 at the Wayback Machine. The American Surrogacy Center. Arxivləşdirilib 2016-08-01 at the Wayback Machine
- ↑ Lecturer in Human Nutrition at the London School of Hygiene & Tropical Medicine and author of The Politics of Breastfeeding
- ↑ "The Guardian, Viv Groskop: 2007. Not your mother's milk". 2009-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ Демофон, Щукарев А. Н. ISBN
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Л. В. Беловинский. Кормилица // Иллюстрированный энциклопедический историко-бытовой словарь русского народа. XVIII — начало XIX в (5 000 nüs.). М.: Эксмо. под ред. Н. Ерёминой. 2007. 308. ISBN 978-5-699-24458-4.