Sərdar Fərəcov
Sərdar Fərəcov | |
---|---|
Sərdar Fərəculla oğlu Fərəcov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 dekabr 1957 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera bəstəkarı, bəstəkar |
Mükafatları |
Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[1]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Opera
- "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera
- Operetta
- "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir
- "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır
- "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir
- Digər vokal əsərləri
- T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996);
- S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998);
- "Dədə Qorqud" Oratoriyası (1999);
- A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999);
- M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);
- İnstrumental əsərlər
- Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə
- Simli kvartet üçün 3 pyes (1991);
- Skripka və piano üçün pyeslər (2001).
- Orkestr üçün
- Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995);
- Simfonik süita (1990)
- Balet süitası (1991)
- Simli orkestr üçün Süita (1995);
- Kamera orkestri üçün "Oxunmamış lay-lay" poeması (1995);
- "Matəm harayları" simfonik lövhəsi (2000);
Teatr tamaşalarına musiqi
[redaktə | mənbəni redaktə et]- "Ölüləri qəbirstanlıqda basdırın" /müəllif – İ.Şıxlı/,rejissor-R.Almuradlı/ (2005)
- "Onun iki qabırğası var" /müəllif – Əli Əmirli/ ,
- "Sənsiz yaşaya bilmərəm" /müəllif – M.Haqverdiyev/ (1996);
- "Yeddi məhbusə" /müəllif – Əli Əmirli/,
- "Sevirəm səni, Türkiyə" /müəllif – Kamal Abdulla/ (1997);
- "İtkin ər" /müəllif – Əli Əmirli/,
- "Yaxşı padşahın nağılı" /müəllif – Anar/,
- "Molyer" /müəllif – M.Bulqakov/ (1998);
- "Səhra yuxuları" /müəllif – Anar/,
- "Şübhəli əhvalat" /müəllif – Qabil/,
- "Anamın gəlinlik paltarı" /müəllif – Ə.Qasımov/,
- "Yekəburun Cırtdan" /müəllif – V.Qauf/ (2001).
- S.Vurğun, R.Rza, T.Taisoğlu, Kamal Abdulla, Q.P.Elsevər və b. şairlərin söz. mahnı və romanslar(1990 – 2001).
Məqalələr
[redaktə | mənbəni redaktə et]- Bir daha himn haqqında. "Mədəniyyət" qəzeti, 07.03.1991;
- Ü.Hacıbəyovun unudulmuş "Bahar nəğməsi". "Mədəniyyət", 21.03.1991;
- "Ü.Hacıbəyov Ensiklopediyası"nda 25 məqalə. B., "Azərbaycan", 1996;
- Əgər onlar da tamamlansaydı, yaşasaydı. "Musiqi dünyası" jurnalı, №1, 1999;
- Ü.Hacıbəyov və erməni sənətçilərinin mədəni təcavüzü. "Musiqi dünyası", №3-4, 2000;
- Belə bir məktəb var. "Musiqi dünyası", №1-2, 2001.
- Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001).
- Dövri mətbuatda məqalələr (1990 – 2001).
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Əbədi iftixarımız[2]
- Cavad xan (film, 2009)
- Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ President.az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-09-17. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ Fərəcov, S. Əbədi iftixarımız: [Bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş eyni adlı filmin ssenari müəllifi Sərdar Fərəcov və quruluşçu rejissoru Tahirə Hüseynova ilə söhbət] //Mədəniyyət.- 2010.- 25 avqust.- S. 5.
- 8 dekabrda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan bəstəkarları
- Azərbaycan film bəstəkarları
- Opera bəstəkarları
- Azərbaycan muzeylərinin direktorları