Saksen-Koburq-Qot sülaləsi
Saksen-Koburq-Qot (1826-cı ilə qədər - Saksen-Koburq-Zaalfeld) — Vettinlər adlanan qədim sakson sülaləsinin Ernest nəslinin qolu, Saksen-Koburq-Zaalfeld (1826-cı ildən - Saks-Koburq-Qota) hersoqluğunda hersoq sülaləsi, habelə hazırda Belçikada, daha əvvəl isə Bolqarıstanda və Böyük Britaniyada hakim kral sülaləsi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Sülalənin banisi qədim sakson Vettinlər sülaləsinin Ernestin qolundan olan I Ernestin yeddi oğlundan biri olan İohann Ernestdir (1658-1729). Atasının ölümündən sonra 1680-ci ildə qardaşları ilə Saksen-Koburq-Zaalfeldi qəbul etdi. 1699-cu ildə bir neçə uşaqsız qardaşın ölümündən sonra onların mülklərinin yenidən bölüşdürülməsi baş verdi, bunun nəticəsində İohann Ernset Koburqu aldı və sülalə Saksen-Koburq-Zaalfeld adlandı.
Belçikada bu sülalə Belçika dövlətçiliyinin lap əvvəlindən - 1831-ci ildən, I Ernestin qardaşı I Leopold taxta çıxdığı vaxtdan hakimiyyətdədir və onun nəsli hələ də Belçika taxt-tactında oturur. Məhz I Leopoldun sayəsində sülalənin nümayəndələri bir sıra Avropa dövlətlərinin hökmdarı ola bildilər. Bundan əlavə, Leopoldun qızı Şarlotta Meksika İmperatoru I Maksimiliyanın həyat yoldaşı oldu. Birinci Dünya müharibəsindən sonra Kral I Albert sülalənin alman soyadını de Belgique (Fransız yazısı) - Van België (Hollandiya yazısı) olaraq dəyişdirdi.