Salar de Atakama
Salar de Atakama | |
Ölkə | Çili |
Uzunluğu | 100 m |
Eni | 80 m |
Sahəsi | 3.000 km2 |
[[commons:Category: Salar de Atacama Vikianbarda|Salar de Atakama Vikianbarda]] |
Salar de Atakama (isp. Salar de Atacama) — Cənubi Amerikada, Çili ərazisində yerləşən şoranlıq[1]. Atakama səhrasının cənubunda, hər tərəfdən dağlarla əhatə olunan ərazidə yerləşir. Ən yaxın şəhər San Pedro de Atacama 55 km şimalda yerləşir. Şərqdə And dağları, qərbdən isə Kordilyer-Domeyka dağ sistemi ilə ilə əhatələnir. Ərazidə bir neçə vulkan yerləşir: Liankabur, Akamaraçi, Aquas-Kaltentes və Çilinin ən aktiv vulkanı Laskar. Onların çoxu şoranlığın şərqində yerləşir[2].
Təsviri
[redaktə | mənbəni redaktə et]Salar de Atakama 3 min. km² əraziyə, 100 km uzunluğa, 80 km enə malikdir. Bu göstəriciyə görə Boliviyada yerləşən Uyuni şoranlığından (10 582 km²)[3] və Argentinada Salinas Qrandesdən sonra (6 000 km²) üçüncüdür. Şoranlıq ortalama olaraq 2300 m hündürlükdə yerləşir. Reylefi hamar deyildir. Busəbəbdən su burada toplana bilmir[4]. Ərazidə bir neçə duzlu laqun vardır.
ABŞ geologiya xidmətinin sözlərinə görə Salar de Atakama ərazisində dünya litium ehtiyatının 27 % vardır[5].
Titium əsasən duzlu yeraltı sularda olur. Onlar quyular şəbəkəsi vastəsi ilə səthə çıxır və suyun quruması ilə krisrtallaşır[6].
Şaha laqunu şoranlığın bir hissəsini təşkil edir və Los-Flamenkos milli parkı ərazisinə daxildir. Burada çili qızılqazı, Phoenicoparrus andinus, sarıdimdik çürə, kəkilli ördək və s. quş növləri yaşayır[7].
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The Optical/Infrared Astronomical Quality of High Atacama Sites" (PDF). 2012-04-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-01-07.
- ↑ "Cuenca del Salar de Atacama" (PDF) (ispan). Sistema Nacional de Información Ambiental. 2012-06-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- ↑ "Salar de Uyuni, Bolivia". NASA Earth Observatory. 2008-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- ↑ Kampf, Stephanie. "Evaporation and land surface energy budget at the Salar de Atacama, Northern Chile". Journal of Hydrology. 310 (1–4). 2005: 236–252. doi:10.1016/j.jhydrol.2005.01.005. (#accessdate_missing_url)
- ↑ Brendan I. Koerner. "The Saudi Arabia of Lithium". Forbes. 30.10.2008. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- ↑ "Evaporation Ponds, Salar de Atacama, Chile". NASA Earth Observatory. January 4, 2010. 2016-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
- ↑ Bertschinger, Ed. "MIT Alumni Travel Program 2006 Trip to Chile". Massaçusets Texnologiya İnstitutu. 28 February 2006. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.