Sensor ekran
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı.
Tarix
[redaktə | mənbəni redaktə et]Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu.
1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır.
Sensor ekranların iş prinsipləri
[redaktə | mənbəni redaktə et]Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən növləri var[1][2][3].
Rezistiv sensor ekranlar
[redaktə | mənbəni redaktə et]Dördməftilli ekran
[redaktə | mənbəni redaktə et]Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır. Ümumi şəkildə alqoritmi:
- Yuxarı elektroda +5V gərginlik verilir, alt səthlə birləşir. Sağla sol qısa birləşir və onlarda gərginlik yoxlanır. Bu gərginlik ekranın Y-koordinatına uyğundur.
- Sol və sağ (X) elektrodda bu proses analojidir.
Beşməftilli ekranı
[redaktə | mənbəni redaktə et]Beşməftilli ekranda membran rezistiv örtüyü keçirici əvəz edilmişdir. Arxa şüşəyə küncləri üzrə paylanmış dörd elektrodlu rezistiv örtüyü çəkilmişdir.
Əvvəlcə bütün elektrod səthə birləşdirilir və membrana rezistorla +5V gərginlik "paylanır". Membrandakı gərginlik səviyyəsi analoq-rəqəmsal çevirici tərəfindən daim izlənilir.
Ekrana basan kimi, mikroprosessor membran gərginliyinin dəyişikliyini tutur və aşağıdakı qaydada toxunma koordinatlarını hesablamağa başlayır:
- İki sağ elektroda +5V gərginliyi verilir, sol elektrodlar səthə birləşir. Ekrandakı bu gərginlik X-koordinata uyğundur.
- Hər iki yuxarı elektroda +5V gərginlik verilir və alt elektrodlar "səthə" qoşulur Ekrandakı bu gərginlik Y-koordinata uyğundur.
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Rezistiv sensor ekranlar ucuzdur. Rezistiv ekranlar istənilən hamar. bərk predmetlə reaksiya verir: əl (çılpaq və ya əlcəkdə), kredit kartı, mizrab. Bu tip ekranlardan demək olarki, hər yerdə: sənaye proseslərinin avtomatlaşdırması, tibbdə, müxtəlif xidmət (POS-terminallar) sahələrində, şəxsi elektronikada (Tablet-FK-lar) istifadə olunur. Ən yaxşı dəqiqlikli ekranların ölçüsü 4096×4096 piksel olur.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Мухин И. А. Сенсорные экраны — решение проблем (10 технологий) Arxivləşdirilib 2011-11-25 at the Wayback Machine. "BROADCASTING Телевидение и радиовещение": 1 часть — № 3(55) май 2006, с.50–52; 2 часть — № 4(56) июнь-июль 2006, с.40–41; 3 часть — № 7(59) ноябрь 2006, с.64–66.
- ↑ "Сенсорные дисплеи на MultimediaPresentation". 2011-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.
- ↑ "Хабрахабр: Touch, MultiTouch и кое-что ещё". 2012-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.
- ↑ "Tasskrinin dəyişdirilməsi prosedurunun xüsusiyyətləri". 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.