Serbiyada iudaizm
Serbiyada iudaizm — Serbiya ərazisində yaşayan bir qrup insanın etiqat etdiyi din. İudaizm dinində etiqat edənlərin sayı Serbiyada olduqca azdır. 2002-ci il məlumatına görə Serbiya və Voyevodinada 785 (və ya 0,01 %) nəfər bu dində etiqat edir yaşayır. Serbiyanın nəzarət etmədiyi Kosovoda isə sayları bilinmir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Belqradda ilk yahudilərin yaşaması haqqında məlumat XIII əsrə aiddir. Belqrada gəlmiş yahudilər İtaliya və Dubrovnikdən gəlmişlər. Sonradan ikinci dalğa İspaniya və Macarıstandan gəlir.[1] Yahudilərin gəlməsi isə bölgədə iudaizm dinidə kök salır.
Balkanlarda yahudi icması XV və XVI əsrlərdə İspaniya və Portuqaliyada baş qaldırmış inkizisasiya zamanı daha da artmışdır. Osmanlı sultanı II Bəyazid yahudiləri öz ölkərinə dəvət etmişdir. Voevodina vilayətinin şimalına yahudilər Habsburqlar sülaləsinin hakimiyyəti altında olduğu ərəfədə II İosifin onlara dini etqad azadlığı verməsi ilə köç etmişlər[2]
Serbiyada iudaizm icması getdikcə inkişaf edirdi. Artıq Birinci Dünya müharibəsindən sonra onlar mədəni muxtariyyat əldə edə bilmişdilər. 1939-cu ildə Belqradda artıq 10 000 yahudi yaşayırdı ki, bu isə öz növbəsində iudaizmin inkişafı demək idi.
İkinci dünya müharibəsi zamanı yahidilərin çoxu Holokostun qurbanı olmuşdur. Nəticədə iudaizm icmasına böyük zərbə vurulmuş olur.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Bu dinə etiqat edənlərin böyük əksəriyyəti (415 nəfər, 52,9 %) Belqradda yaşayır. Voyevodinada isə sayları 329 (41,9 %) nəfər, Serbiyanın digər ərazilərində isə 41 nəfərdir.
Musəvilik Serbiyanın vilayətlərinə görə (2002)
[redaktə | mənbəni redaktə et]Dairə | Syı, nəf. | Nisbəti, % |
---|---|---|
Belqrad dairəsi | 415 | 0,026 |
Çimali-Baç dairəsi | 92 | 0,046 |
Orta-Batan dairəsi | 15 | 0,007 |
Şimali-Batan dairəsi | 18 | 0,011 |
Cənubi-Batan dairəsi | 47 | 0,015 |
Qərbi-Batan dairəsi | 18 | 0,008 |
Cənubi-baç dairəsi | 135 | 0,023 |
Srem dairəsi | 4 | 0,001 |
Maçvan dairəsi | 4 | 0,001 |
Kolubar dairəsi | 4 | 0,002 |
Podunay dairəsi | 3 | 0,001 |
Barinçev dairəsi | 1 | 0,0005 |
Şumaydi dairəsi | 2 | 0,001 |
Pomorav dairəsi | 1 | 0,0004 |
Bor dairəsi | 1 | 0,001 |
Zladibor dairəsi | 2 | 0,001 |
Moraviç dairəsi | 2 | 0,001 |
Raş dairəsi | 1 | 0,0003 |
Rasin dairəsi | 1 | 0,0004 |
Nişav dairəsi | 19 | 0,005 |
Serbiya | 785 | 0,010 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://jic.tau.ac.il/moreshet/_repositoryTL15/1000332010.pdf[ölü keçid]
- ↑ "Yugoslavia". Jewish virtual library. 2011-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-31.