Sidney Erl Çaplin
Naviqasiyaya keç
Axtarışa keç
SİDNEY ERL ÇAPLİN | |
---|---|
ing. Sydney Earl Chaplin | |
Doğum adı | Sydney Earle Chaplin |
Doğum tarixi | |
Doğum yeri | Los-Anceles, Kaliforniya |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Ranço Miraj, Kaliforniya |
Vəfat səbəbi | insult |
Atası | Çarli Çaplin |
Anası | Lita Qrey |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru, aktyor |
Fəaliyyət illəri | 1952-ci ildən |
IMDb | ID0152261 |
Sidney Erl Çaplin (31 mart 1926 – 3 mart 2009) — Çarli Çaplinin və onun ikinci həyat yoldaşı Lita Qreyin ikinci oğlu.
Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan "Zənglər çalınır" adlı müzikldəki roluna görə "Toni" (teatr "Oskar"ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı "Gülməli qız"da olub. Sidney Çaplin bu müziklə görə də "Toni" alıb.
O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb.
Sidney Çaplin 3 dəfə evlənib. Sonuncu həyat yoldaşı Marqaret Biiblə Stefan adlı oğlu var.[1]
Kinoları
[redaktə | vikimətni redaktə et]- Limelight (1952)
- Land of the Pharaohs (1955)
- Confession (1955)
- Abdullah the Great (1955)
- Pillars of the Sky (1956)
- Fours Girls in Town (1957)
- Quantez (1957)
- A Countess from Hong Kong (1966)
- Double Face (1969)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-06.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |