Sinderella (opera)
Sinderella ya xeyirhaqlığın təntənəsi | |
---|---|
it. La Cenerentola, ossia La bontà in trionfo | |
Bəstəkar | Coakkino Rossini |
Librettoçu | Yakopo Feretti |
Dili | italyanca |
Janr | şən dram |
Pərdə | 2 |
Səhnə | 4 |
Yaradılma tarixi | 1817 |
İlk səhnələşdirmə | 25 yanvar 1817[1] |
Müddəti | 2½ saat |
Personajlar |
Personajlar:
|
Premyera |
25 yanvar, 1817 Valle teatrı, Roma |
Vikianbarda əlaqəli mediafayllar |
Sinderella ya xeyirhaqlığın təntənəsi (it. La Cenerentola, ossia La bontà in trionfo) — Coakkino Rossininin 2 pərdəli eyniadlı nağıl əsasında Yakopo Ferettinin librettosunda opera. Şən dram janrda olan bu operanın ilk premyerası 25 yanvar, 1817 ci ildə Romada Valle teatrında oynanılmışdır. Rossini “Sinderella” operasını bəstələdiyi zaman 25 yaşında olmuşdur. Bir il öncə 1816 cı ildə bəslədiyi Sevilya bərbərindən sonra tanınmağa başlayan Rossini “Sinderella” operasını 3 həftə ərzində tamamlamış olur.
Personajlar
[redaktə | mənbəni redaktə et]Personajlar | Səslər | Primyera ifaçıları Dirijor: Coakkino Rossini |
---|---|---|
Ancelina (Sinderella) | mezzo-soprano/kontralto | Celtrude Rigetti |
Şahzadə Ramiro | Tenor | Ciakomo Quqlielmi |
Dandini | Bariton | Cüzeppe de Benyis |
Don Maqnifiko | bas | Andrea Verni |
Alidoro | bas | Cenobio Vitarelli |
Klorinda | Soprano | Katerina Rossi |
Tisba | Mezzo-soprano | Tereza Mariani |
Saray adamları |
I Pərdə
[redaktə | mənbəni redaktə et]I səhnə (Don Maqnifikonun evi)
[redaktə | mənbəni redaktə et]Don Maqnifikonun böyük qızı Klorinda və kiçik qızı Tisba bəzək və zinyət əşyalarını yerbə-yar edərək bir-biri ilə söhbət edirlər. Bu an Don Maqnifikonun ögey qızı Ancelina - Sinderella qulluqçu qiyafətində yıryığış etmək üçün otağa daxil olur. Ancelina kəndli qızına evlənən kral haqqında ballada oxuyur. bacılar ona istehza ilə gülürlər. Bu zaman evə gələn dilənçi sədəqə istəyir. Bacılar onu qovmaq istədikdə Ancelina ona yer göstərib, qarşısına çörək və qəhvə qoyur. Xorun ifasında xəbər yayılır ki şahzadə Ramiro evlənmək üçün özünə nişanlı axtarır və tezliklə bu məqsədlə o, Don Maqnifikonun evini də ziyarət edəcəkdir. Bunu eşitcək bacılar ataları Don Maqnifikonu agah edirlər və şahzadənin qəbulu üçün hazırlığa başlayırlar. Ancelinanı isə mətbəxə yollayırlar. Şahzadə onun qulluqçusu Dandininin qiyafətində özünü təqdim edir. Öncədən yola salmış olduğu köməkçisi Alidoro isə dilənçi paltarında şəhəri dolaşaraq vəziyyəti öyrənmiş olur. Ancelino ilə rastlaşan Ramiro özünü şahzadənin qulluqçusu Dandini kimi təqdim edir. Ancelino ona özü haqqında: yetim olduğunu və atalığının evində yaşadığını və həm də evin qulluqçusu olduğunu danışır. Ramiro Ancelinaya vurulur. Sinderellaya da gənc çox xoş gəlir. Şahzadə qiyafətində gələn Dandini ev sahibi Don Maqnifikonu salamlayır. Ata və qızları şahzadənin şəninə təriflər deyərək onun könlünü almağa çalışırlar. Şahzadə onları sarayına ball mərasiminə dəvət edir. Bacılar məmnundurlar. Sinderella atalığından onu da ora götürməsini rica etsə də rədd cavabı alır. Bu zaman yoxsul paltarında deyil, saray əyanı qiyafətində peyda olan Alidora səbəbini soruşanda məlum olur ki, Ancelino Don Maqnifikonun ikinci arvadının birinci nigahdan olan ögəy qızı olduğunu öyrənir. Şahzadə geyimində Dandini öz açıq-saçıq zarafatları ilə bacıların xasiyyətləri ilə tanış olmağa başlayır.
II səhnə (Ramironun sarayı)
[redaktə | mənbəni redaktə et]Sarayda həddindən çox içib sərxoş olan Don Maqnifiko tərbiyəsizlik edərək bütün ədəb-ərkan qaydalarını pozur. Bacıların açıq-saçıqlığına mat qalan Ramiro onları bir daha sınamaq üçün şahzadə qiyafətli Dandinidən onu bir süvari kimi bacılara təqdim etməsini tapşırır. Bacılar ona ikrah hissi ilə baxaraq təqdimatdan imtina edirlər. Bu dəm Alidoranın müşayəti ilə saraya möhtəşəm qiyafətli gözəl Sinderella daxil olur. Baron və bacılar onun Ancelina olduğunu şübhə etsələr də sonradan ögəy bacının bu qiyafətdə gəlməsinin mümkünsüzlüyünü düşünüb təsəlli tapırlar.
II Pərdə
[redaktə | mənbəni redaktə et]I səhnə (Ramironun sarayı)
[redaktə | mənbəni redaktə et]Bacılar atalarına şahzadənin onlara heç diqqət yetirmədiyini şikayət etsələr də Don Maqnifiko buna heç əhəmiyyət verməyib şərab zirzəmisindəki yeni şərabla maraqlanır. Ramiro Ancelinonu dərhal tanıyaraq “yalançı şahzadə” Dandininyə ona evlənmək təklifini etməsini tapşırır. Ancelina ona imtina edərək “yalançı qulluqçu” Ramironu sevdiyini deyir. Ramiro Ancelinonun sədaqətinə valeh olur və ona eşq elan edir. Sinderella iki eyni qolbağından birini Ramiroya uzadaraq deyir ki, o zaman razı olar ki, əgər o, Ancelinanın kimliyini öyrənmiş olarsa. Sinderella dərhal sarayı tərk edir. Şahzadə onun kimliyini öyrənəcəyinə söz verir. Dandini etiraf edəndə ki, o şahzadə deyil onun qulluqçusudur, Don Maqnifiko və qızları bundan pərt olub, dəhşət içində mərasimi tərk edirlər.
II səhnə Don Maqnifikonun evi
[redaktə | mənbəni redaktə et]Ancelina yenə köhnə qulluqçu paltarında evi yığışdırır. Don Maqnifikon və qızları acıqlı halda evə dönürlər. İldırım çaxır. Dandini peyda olaraq xəbər verir ki, şahzadə hava ilə əlaqədar baronun evinə pənah gətirəcəkdir. Ramiro əlində qolbaq içəri daxil olur. Bacılar Ancelinonu qovmaq istəyərkən şahzadə buna mane olur. O, sözünün üstündə duraraq Sinderellanın kimliyini öyrəndiyi üçün Ancelina ona ərə getməyə razıliq verir. Ürəyi təmiz Ancelino şahzadədən atalığını və bacıları əhv etməyi rica edir. Şahzadə səxavətlə buna razı olur. Hamı sevinc içində şənlənir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Archivio Storico Ricordi. 1808.