42°42′28″ şm. e. 45°15′30″ ş. u.HGYO

Soy-Peda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Soy-Peda
(çeç. Цӏайн-пхьеда)
(tərc."Tanrının məskəni")
Soy-Peda nekropolu
Xəritə
42°42′28″ şm. e. 45°15′30″ ş. u.HGYO
Ölkə Rusiya
Status Qədim qəbiristanlıq (nekropol)
Şəhər İtum-Kalinski rayonu, Çeçenistan
Yerləşir İtum-Kali rayonu
Tikilmə tarixi XV-XVIII əsr
İstinad nöm.201520336110066
Mühafizə dərəcəsiFederal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Soy-Peda (çeç. Цӏайн-пхьеда rus. Цой-Педе ) - Çeçenistanın İtum-Kali rayonunun Soy-Peda kəndi yaxınlığında, Çanti-Arqun və Meşihi çaylarının birləşməsində yerləşən Qafqazın ən qədim nekropollarından biri.

İtum-Kali kəndinin 40 km cənub-qərbində yerləşir. Burada Meşihi buzlaq çayının Çanti-Arquna töküldüyü yerdə şimaldan cənuba uzanan və Tsoy-Pedaya girişi 3 tərəfdən əhatələyən burun formalaşmışdır. Abidəyə çatmaq üçün qalan tək yolda Kyorelam təpəliyinin ayaq tərəfindəki sıldırım qayalı yollardır. Abidə təbii istehkamlarla əhatələnmişdir.[1]

XV-XVIII əsrə aid olduğu düşünülən abidənin qəhrəman döyüşçülərin öldükdən sonra dəfn edildiyi qəbiristanlıq ya da epidemiya zamanı ölənlərin cəsədlərini uzaqlaşdırmaq üçün istifadə edildiyi iddiaları ortaya atılsa da, buranın dəqiq tikilmə səbəbi sirr olaraq qalmaqdadır.[2]

Tsoy-Pedadan Böyük Qafqaz dağlarının mənzərəsi

Kənddə ölülər şəhərinin girişini qoruyan iki qurbangah sütunu, üzərində qoruyucu svastikalar, xaçlar və günəşvari spirallar olan divarlar var. Dəvam etdikdə çoxusunun üzərində üçkünc damı olan, dərin oyuqlu 42 qəbir (çeç. малх-кешнаш) görünür. Soy-Peda qəbirlərinin XIV-XVIII əsrlərdən qaldığı ehtimal olunur. Qəbirlərdən yuxarıda mozaikayla bəzənmiş, üzərində Müqəddəs Qeorqenin olduğu ehtimal olunan döyüş qalası (çeç. Каш бӏов) var. Müqəddəs Qeorqenin təsviri uzanan qollar və ayrılmış ayaqlar şəklində verilmişdir.

Qalaya birləşik müdafiə səddinin arxasında, dərənin cənub ətəyinin kənarında Gürcüstandan dərəyə keçidi qoruyan ikinci bir döyüş qalası nəzərə çarpır.[3]Rusiya milli irsinə daxil olan Tsoy-Pedada 42 qəbir, 2 qurbangah sütunu və 2 döyüş qalası olmaqla, ümumilikdə 46 abidə mövcuddur.[4]

Nekropola gedən marşrut

[redaktə | mənbəni redaktə et]

Qroznıdan İtum-Kali rayonunun mərkəzinə marşrutla,buradan sonra isə xeyli piyada yol gedilməlidir. Rusiya Federasiyası vətəndaşlarının İtum-Kalı bölgəsindəki sərhəd zonasına girişində şəxsiyyət sənədləri olmalıdır; xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, şəxsiyyət sənədlərindən əlavə, Rusiya Federasiyası FSB-nin Çeçenistan Respublikası, Qroznı Sərhəd Müdirliyində verilən sərhəd zonasına keçidi olmalıdır.

Mövcud vəziyyət

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin mart ayından abidənin ciddi restavrasiyaya ehtiyacı var. 2019-cu ildə bir sıra bərpa işləri aparılan Soy-Peda vətəndaşların yenidən xidmətinə verilib.[5]

  1. "Tsoy-Peda". 2020-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  2. "Rusiyanın içindəki "ölülər şəhəri"". 2019-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  3. "Stravropol kanalı". 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  4. Coj-Peda na oficiálním seznamu památek Ruské federace[ölü keçid]
  5. "Древний чеченский город Цой-Педе нуждается в защите". 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]