Türkiyə Quru Qoşunları
Türkiyə Quru Qoşunları | |
---|---|
Türk Kara Kuvvetleri | |
Növü | Ordu |
Yaranma tarixi | E.ə. 209 - günümüzə |
Ölkə | Türkiyə |
Tabedir | Quru qüvvələri |
Daxildir | Türkiyə Silahlı Qüvvələri |
Vəzifəsi | Türkiyə cümhuriyyətini daxildən və xaricdən qorumaq |
Sayı |
260,000 aktiv şəxsi heyət 45,000 Mütəxəssis Personal 2,000 Vətəndaş Təhlükəsizlik Əsgəri Cəmi: 307,000 şəxsi heyət |
Qərargah | Ankara (Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı) |
Himayədarı | Türkiyə Silahlı Qüvvələri |
Müharibələr | UNOSOM II,KFOR,Beynəlxalq Təhlükəsizlik Köməyi Qüvvəsi. |
Döyüşlər | Türkiyə Qurtuluş Savaşı, Koreya müharibəsi, Kipr Hərəkatı. |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir |
Ali baş komandan Rəcəb Tayyib Ərdoğan Müdafiə naziri Hulusi Akar Quru qoşunları komandanı Musa Avsever |
Məşhur komandirləri | General-leytenant İhsan Uyar |
kkk.tsk.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyə Quru Qoşunları (türk. Türk Kara Kuvvetleri) – NATO-un ikinci ən böyük quru ordusudur. Əsl vəzifəsi Türkiyə cümhuriyyətini içdən və xaricdən qorumaqdır. İlk mütəşəkkil Türk ordusunun qurulduğu E.ö. 209 ili Quru qüvvələrin tərəfindən quruluş ili olaraq qəbul edilir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Birinci Dünya Müharibəsində Osmanlı Dövləti 7 cəbhədə döyüşə 2.850.000 adamı silah altına alaraq girdi. Bu ordu 70 piyada, 2 süvari diviziyasından ibarət olan 24 korpus 9 ordu birliyi idi. Mondros Sülhündən sonra zəruri tərxislərlə 50.000 adama enmişdi. Osmanlı Ordusunun qalan iki korpusundan biri Suriya cəbhəsindən Ankaraya nəql edilən Əli Fuad (Cəbəsoy) əmrindəki 20-ci Korpus, digəri isə Qafqaz Cəbhəsində Ərzurumda yerləşdirilmiş Kazım Qarabəkir əmrindəki 15-ci Korpus idi.
İştirak etdiyi döyüşlər
[redaktə | mənbəni redaktə et]Türkiyə Qurtuluş Savaşı
[redaktə | mənbəni redaktə et]Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra Mustafa Kamal Atatürk 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük coşğu ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başçılığına seçilən Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.
Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş Mübarizəsinin əsas mərhələləri:
- Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.
- Çukurova, Qaziantep, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921).
- I İnönü zəfəri (6-10 yanvar 1921).
- II İnönü zəfəri (23 mart-1 aprel 1921).
- Kütahya-Əskişəhər döyüşləri.
- Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
- Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə Respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası, "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulmuşdur.
Koreya müharibəsi
[redaktə | mənbəni redaktə et]Cənubi Koreya və Şimali Koreya arasında baş vermiş müharibə. Müharibə 25 iyun 1950-ci ildə başlamış və 27 iyul 1953-cü ilə qədər davam etmişdir.
1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər keçirildi, keçid hökuməti yaradıldı. Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan edilməsi oldu. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçildi. Buna cavab olaraq Şimalda da 1948-ci ilin 25 avqustunda Koreya Ali Xalq Məclisi yaradıldı. Məclis 1948-ci ilin 9 sentyabrında Koreya Xalq Demokratik Respublikasının yaradıldığını elan etdi. Nazirlər Kabinetinə başçılıq Kim İr Senə tapşırıldı. O, eyni zamanda Koreya Əmək partiyasının sədri də seçildi. Beləliklə də Koreyanın iki yerə bölünməsi hüquqi baxımdan da təsbit olundu.
Tərəflərdən hər biri özünü qanuni hesab edir, digərinin varlığı fikrini yaxına buraxmırdı. Təbiidir ki, belə bir vəziyyətin yaranması bir tərəfdən regionda iki supergücün - Sovet İttifaqı və ABŞ-nin üstünlük uğrunda mübarizəsindən irəli gəlirdisə, o biri tərəfdən qarşıdurmanın daha da kəskinləşməsinə, silahlı münaqişənin qaçılmaz olmasına zəmin olaraq qalırdı. Doğrudur, formal olaraq sovet qoşunları 1948-ci ilin sonunda, amerika qoşunları isə 1949-cu ilin əvvəlində yarımadadan çıxmışdılar. Əslində isə hər iki tərəf müəyyən adlar altında burada yetərincə hərbi qüvvələr saxlamışdı və faktik olaraq Koreyanı ikiyə bölən 38-ci en dairəsi qarşı-qarşıya dayanmış iki dünya sistemini ayıran cəbhə xətti idi.
ABŞ-nin Cənubi Koreya və Yaponiyada hərbi qüvvələrinin mövcudluğu onun strateji baxımdan qüvvətli bir durumda olduğuna dəlalət edirdi. Sovet İttifaqı hələlik başı Çində kommunistlərin hakimiyyətə gətirilməsi uğrunda mübarizənin təşkilinə qatıldığından ABŞ-nin bu durumuna dözürdü. Elə ki, Çin 1949-cu ilin sonralarında kommunist rejimi idarəsi altına keçdi, bundan sonra Sovet İttifaqının Asiyada güclənməsi imkanları kifayət qədər genişləndi. Sovet rəhbərliyi belə düşünürdü ki, artıq ABŞ-ni Asiya qitəsindən atmaq zamanı çatmışdır. Bu işi Koreyada həyata keçirmək mümkün olardısa, onda ABŞ-nin Yaponiyadan da çıxarılması asanlaşa bilərdi.
Elə bu səbəbdən də Sovet İttifaqının təlimatı ilə KXDR rəhbərliyi Cənubi Koreyaya qarşı hərbi təcavüzə qərar verdi. 1950-ci ilin 25 iyununda səhər tezdən KXDR silahlı qüvvələri bütün sərhəd boyunca Cənuba qarşı hərbi əməliyyatlara başladılar. Həm də bu zaman Şimal elan edirdi ki, hərbi əməliyyatların başlanmasında Cənub günahkardır. Bu baxımdan 1990-cı ildə sovet mətbuatında Koreya müharibəsi dövründə KXDR baş qərargah rəisinin müavini olmuş, 1955-1956-cı illərdə SSRİ-də səfir işləmiş, siyasi motivlərə görə vətənə qayıtmaqdan imtina etmiş Li San Çanın dərc edilmiş məlumatı çox şeyi açıqlayır. Li San Çan bildirmişdir ki, müharibəni Şimali Koreya başlamışdır, təşəbbüs Kim İr Sen tərəfindən irəli sürülmüşdür və İ.V.Stalin tərəfindən bəyənilmiş və dəstəklənmişdir. Hərbi əməliyyatların bütün sərhəd boyunca aparılması, mütəşəkkil şəkildə müəyyən edilmiş istiqamətlərdə hücumlar edilməsi və qısa bir zaman kəsiyində böyük ərazilərin ələ keçirilməsi də müharibənin əvvəlcədən yüksək səviyyədə planlaşdırıldığına dəlalət edir. Belə ki, 38-ci en dairəsi boyunca cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi.
Belə olduqda ABŞ məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT mandatı altında silahlı qüvvələrin göndərilməsi qərara alındı. BMT silahlı qüvvələri müxtəlif dövlətlərin əsgərlərindən ibarət idi. Ancaq əksəriyyəti ABŞ əsgərləri təşkil edirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu silahlı qüvvələrin sırasına Türkiyə də bir diviziya göndərmişdi. Milli istiqlal savaşından keçən müddət ərzində ilk dəfə idi ki, türk əsgəri hərbi əməliyyatlarda iştirak etdi və Türk Briqadasının Koreyada göstərdiyi qəhrəmanlıq Türkiyənin NATO-ya üzv qəbul edilməsində mühüm bir rol oynadı. Hərbi əməliyyatların getdiyi bir zamanda 1951-ci ilin iyun ayından atəşin kəsilməsi və barış danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. Danışıqlar təklifi Şimali Koreyadan, təbiidir ki, Sovet İttifaqının təşəbbüsü və razılığı ilə gəlmişdi. Danışıqların getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, sovet lideri İ.V.Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom kəndində Keson şəhərinin yaxınlığında tərəflər arasında barışıq haqqında saziş imzalandı. Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması prosesində Çin də «könüllülər» adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-nin Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata keçirməli idi.
1953-cü ilin 1 oktyabrında ABŞ ilə Cənubi Koreya arasında bağlanan müqavilənin şərtləri ilə ölkədə amerika hərbi qüvvələrinin saxlanılmasına hüquqi əsas verilmiş oldu.
Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 mln-a yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər olmuş, ölkənin iqtisadiyyatına güclü zərər dəymişdir.
Kipr Hərəkatı
[redaktə | mənbəni redaktə et]20 iyul 1974-də Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı (TSQ kod adı: Atilla Hərəkatı, Türkiyə və Şimal Kiprdə Barış Hərəkatı, Kipr Türk Barış Hərəkatı ya da Kipr Döyüşü olaraq da bilinir) və 14 Avqustda Türk Birliklərinin paytaxt Lefkoşaya girməsiylə nəticələnən əsgəri hərəkat.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Türk Quru qüvvələri, Türk Silahlı Qüvvətlərinin ən böyük vahididir. Onun tərkibinə müxtəlif qoşun birlikləri daxildir. Bunlar aşağıdakılardır:
- 4 Ordu qrupu;
- 14 Korpus;
- 8 Mekanikləşdirilmiş Diviziya;
- 11 Zirehli Briqada;
- 23 Mexanikləşdirilmiş Piyada Briqadası;
- 15 Moto-atıcı Piyada Briqadası;
- 8 Komando Briqadası;
- 4 İnsani Kömək Briqadası;
- 5 Topçu Briqadası.
Bundan əlavə Şimali Kipr Türk Respublikasında "Kipr Türk Barış Qüvvətləri" adı altında bir ordu səviyyəsində təxminən 60.000 şəxsi heyət saxlamaqdadır. Konstitusiya ilə təyin edilmiş olan Türkiyə Respublikasının qorunması və gözlənilməsi ilə əlaqədar özünə verilən vəzifələri yerinə yetirər. Türk Quru Qüvvətindəki əsgər (ər və ərbaş) sayının 550.000 üstündə olduğu sanılmaqdadır.
Rütbələr
[redaktə | mənbəni redaktə et]NATO Kodu | OR-9 | OR-8 | OR-7 | OR-6 | OR-6c | OR-5 | OR-4 | OR-3 | OR-2 | OR-1 | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəkil yoxdur | |||||||||||||||||||||||||||||||||||||||||
Astsubay Kıdemli Başçavuş |
Astsubay Başçavuş |
Astsubay Kıdemli Üstçavuş |
Astsubay Üstçavuş |
Astsubay Kıdemli Çavuş |
Astsubay Çavuş |
Astsubay Astçavuş |
Uzman Çavuş |
Çavuş |
Uzman Onbaşı |
Onbaşı |
Er |