Türkmənistan manatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Türkmənistan manatı haqqındadır. Digər ölkənin manatı üçün Azərbaycan manatı səhifəsinə baxın.
Türkmənistan manatı
100 manatlıq əsginas. Pulda türkmənlərin və bir çox türk xalqının əcdadı Oğuz xanın portreti təsvir edilmişdir.
100 manatlıq əsginas. Pulda türkmənlərin və bir çox türk xalqının əcdadı Oğuz xanın portreti təsvir edilmişdir.
Kod və simvol
ISO 4217 kodu TMT
Simvol TMT
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma 1 yanvar 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkmənistan manatıTürkmənistanın pul vahidi. Dövriyyəyə 1 noyabr 1993-cü ildə buraxılıb. Yanvar 2009-cu ildə Türkmənistanda pul vahidinin devalvasiyası keçirildi: 5000 köhnə manat 1 yeni manatla əvəz edildi[1]. 1 manat = 100 tenqe.

Hal-hazırda metal pul kimi 1, 2, 5, 10, 20, 50 tenqe və 1 və 2 manatlıq; 1, 5, 10, 20, 50, 100, 500 manatlıq əskinazlar buraxılır.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

1993-cü ildən 2005-ci ilədək buraxılan bütün əskinazlarda (1 və 5 manatlıqdan başqa) Saparmurad Niyazovun portreti verilirdi.

Manatın denominasiyası

[redaktə | mənbəni redaktə et]

1 yanvar 2009-cu ildə dövriyyəyə denominasiya edilmiş metal pullar və əskinazlar buraxıldı. 5000 köhnə manat 1 yeni manatla əvəz edildi. Bununla da dövriyyədə olan ən yüksək nominallı 10 min köhnə manat 2 yeni manatla əvəz edildi. 2009-cu ildə hər iki əskinaz növü dövriyyədə idi. 2010-cu ildə isə köhnə manatları yenisinə dəyişmək olardı. Yeni manatlarda Türkmənistanın görkəmli şəxslərinin portretləri və memarlıq abidələri verilimişdir.

Türkmənistan manatının sikkələri (Birinci manat)
Şəkil Dəyər Diametr (millimetr) Kompozisiya Təsviri Buraxılış təsviri
Üz Tərs Üz Tərs
1t 16 mm Mis-örtüklü polad Saparmurad Niyazov Dairə daxilində çiçəyə bənzər dizaynın daxilindəki dəyər 1993
5t 19.5 mm
10t 22.5 mm
20t 20.9 mm Nikel-örtüklü polad Saparmurad Niyazov Dairə daxilində çiçəyə bənzər dizaynın daxilindəki dəyər 1993
50t 24 mm Keçi başı ilə Kornukopia üzərindəki dəyər
500m 20.9 mm Nikel-örtüklü polad Denominasiya,tarix aşağıda 1999
1,000m 24 mm
  1. "Сайт turkmenistan.ru". 2018-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-14.

Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.