Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr.
ex
[redaktə | mənbəni redaktə et]- ex (latınca) — dan, ilə, birlikdə, əlbir.
- 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib;
- 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir.
in
[redaktə | mənbəni redaktə et]- in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.
- Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir.
nom. cons.
[redaktə | mənbəni redaktə et]nom. cons.
[redaktə | mənbəni redaktə et]- nom. cons. (lat. nomen conservandum ifadəsinin qısaldılmış forması)
- 1. botanikada: taksonun mühafizə edilmiş adı; Botaniki Nomenklaturanın Beynəlxalq Kodeksindəki adlandırılmaya müxalif olmasına baxmayaraq, belə adın istifadə edilməsinə rəsmi olaraq icazə verilib.
- Məsələn: Amborellaceae Pichon, nom. cons. (1948)
- 2. zoologiyada: taksonun saxlanılmış adı; Zooloji Nomenklaturanın Beynəlxalq Kodeksindəki adlandırılmaya müxalif olmasına baxmayaraq, belə adın istifadə edilməsinə rəsmi olaraq icazə verilib.