41°43′00″ şm. e. 44°46′59″ ş. u.HGYO

Tiflis quberniyası

Vikipediya, azad ensiklopediya
(Tbilisi quberniyası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Tiflis quberniyası
Gerb
Gerb

41°43′00″ şm. e. 44°46′59″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz Tiflis
Tarixi və coğrafiyası
Yaradılıb 1846
Ləğv edilib 1917
Sahəsi 44.607 km²
Əhalisi
Əhalisi 1.051.032 nəfər (1897)
Etnik tərkib

çoxluq:gürcülər;

azlıq:ruslar, azərbaycanlılar, ermənilər
Rəsmi dili Gürcü, Erməni, Azərbaycan
Tiflis quberniyası xəritədə
Tiflis quberniyası xəritədə
Ardıcıllıq
← Gürcüstan-İmeretiya quberniyası Zaqafqaziya Demokratik Federativ Respublikası →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu.

Qafqaz regionunun baş xəritəsi, 1858-ci il

Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə TerekDağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayətiİrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər idi[1] . Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər.

Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il
  • 1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.[2]

1897-ci siyahıyaalınması

[redaktə | mənbəni redaktə et]

Tiflis quberniyasının tərkibinə 9 qəza və 1 dairə daxil idi. Aşağıdakı siyahıda quberniyada əhalinin ərazi vahidləri üzrə paylanması göstərilib.

Qəza Qəza mərkəzi Ərazisi,
verst²
Əhalisi[1]
(1897), nəfər.
1 Axalkələk qəzası Axalkələk (5.440 nəfər) 2.368,6 72.709
2 Axalsıx qəzası Axalsıx (15.357 nəfər) 2.259,6 68.837
3 Borçalı qəzası Şuləver (4.553 nəfər) 5.938,5 128.587
4 Qori qəzası Qori (10.269 nəfər) 6.033,9 191.091
5 Duşeti qəzası Duşeti (2.566 nəfər) 3.437,9 67.719
6 Sığnaq qəzası Sığnaq (8.994 nəfər) 4.620,0 102.313
7 Telavi qəzası Telavi (13.929 nəfər) 2.974,5 66.767
8 Tianeti qəzası Tianeti kəndi (1.089 nəfər) 4.256,3 34.153
9 Tiflis qəzası Tiflis (159.590 nəfər) 3.688,4 234.632
10 Zaqatala dairəsi Zaqatala (3.009 nəfər) 3.544,3 84.224

Tiflis quberniyasında əhalinin 1897-ci il siyahıya alınmasının nəticələrinə əsasən etnik tərkibi.

Qəzalar gürcülər ermənilər azərbaycanlılar ruslar osetinlər avarlar yunanlar türklər ukraynalılar polyaklar almanlar yəhudilər çeçenlər dargilər ləzgilər digər
Bütün quberniyada 44,3 % 18,7 % 10,2 % 7,5 % 6,4 % 3,2 % 2,6 % 2,4 % - - - - - - - -
Axalkələk qəzası 8,9 % 72,3 % 9,0 % 7,1 % - - - - - - - - 1,1 % - - -
Axalsıx qəzası 17,7 % 22,0 % 18,0 % 2,5 % - - - 35,1 % - - - - 2,0 % - - -
Borçalı qəzası 6,1 % 36,9 % 29,4 % 6,3 % - - 16,6 % - - - 1,9 % - - - - -
Qori qəzası 65,0 % 4,0 % - 2,8 % 26,2 % - - - - - - - - - - -
Duşeti qəzası 73,4 % 2,5 % - 1,4 % 21,4 % - - - - - - - - - - -
Zaqatala dairəsi 14,7 % 2,5 % 34,4 % - - 37,6 % - - - - - - - - 8,8 % 1,2 %
Sığnaq qəzası 82,9 % 6,2 % 5,2 % 4,3 % - - - - - - - - - - - -
Telavi qəzası 85,9 % 7,1 % 2,8 % 1,0 % - 2,6 % - - - - - - - - - -
Tianeti qəzası 88,7 % 1,6 % - 1,9 % - - - - - - - - - 6,2 % - -
Tiflis qəzası 34,2 % 24,7 % 5,9 % 22,1 % - - 1,9 % - 1,5 % 2,1 % 2,3 % 1,4 % - - - -

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Tiflis quberniyasının iqtisadiyyatı İmperiyanın digər regionlarına nisbətən zəif inkişaf etmişdi. Region əsasən əqrar iqtisadiyyata sahib idi. Sənaye çox ləng inkişaf edirdi, zavod və fabriklərin sayı az idi və əsasən Tiflis şəhərində yerləşirdi. Fabriklərin əksəriyyəti kiçik ölçüdə idilər və əsasən yeyinti məhsulları istehsal edirdi. 1898-ci statistikasına əsasən quberniyadakı zavodlarda 11.300 nəfər çalışırdı. Quberniyanın əsas nəqliyyat yolu 1872-ci ildə tikintisi başa çatan Cənubi Qafqaz Dəmiryolu olub.

  1. 1 2 "Rusiya imperiyası əhalisinin 1897-ci ildə siyahıya alınması nəticələri". 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-23.
  2. Кавказский Статистический комитет. Е.Кондратенко. 1886. "Кавказский календарь на 1887 год", стр. 186