Tiberi
Tiberi | |
---|---|
Tiberi Klavdi Neron | |
II Roma İmperatoru | |
19 avqust 14 – 16 mart 37 | |
Əvvəlki | Oktavian Avqust |
Sonrakı | Kaliqula |
Şəxsi məlumatlar | |
Doğum adı | Tiberius Claudius Nero[1] |
Doğum tarixi | |
Doğum yeri | Roma |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Mizen burnu |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi, əsgər |
Atası | Tiberi Klavdi Neron |
Anası | Liviya Druzilla |
Həyat yoldaşları |
1.Vipsaniya Aqrippina 2.Böyük Yuliya |
Uşaqları |
1. Neron Klavdi Druz 2. Klavdi Neron |
Ailəsi | Yulilər-Klavdilər |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[2][3][…], Roma – 16 mart 37[4], Mizeno[d], Kampaniya[4]) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir. Tiberinin ölümündən sonra övladlıq oğlu Kaliqula taxta çıxmışdır. Bibliyaya görə məhz onun hakimiyyəti dövründə İsa çarmıxa çəkilmişdir.
15-ci ildən Böyük pontifik, e.ə. 13 və 17-18, 21, 31-ci illərdə konsul, e.ə. 6-37-ci illərdə tribun titullarına malik olmuşdur. Ölümünə yaxın tam titulu: lat. Tiberius Caesar Divi Augusti filius Augustus, Pontifex Maximus, Tribuniciae potestatis XXXIIX, Imperator VIII, Consul V - Tiberi Sezar Avqust, ilahi Avqustun oğlu, Böyük pontifik, 38 dəfə Xalq tribunu, səkkizqat imperator, beşqat konsul[5].
“Məni inandırmağa çalışan dostlar, siz bilmirsiniz, bu hakimiyyət necə bir əcayibdir. Hakimiyyət bir canavardır, hansıki onun qulaqlarından yapışmışam (tutmuşam)”[6].
— Tiberi
Yuli-Klavdi sülaləsinin zaman xətti
[redaktə | mənbəni redaktə et]SƏLƏF Oktavian Avqust |
Tiberi Yulilər-Klavdilər |
XƏLƏF Kaliqula |
Həyatının ilkin dövrləri
[redaktə | mənbəni redaktə et]Keçmişi
[redaktə | mənbəni redaktə et]Tiberi Klaudius Germanikus Auqustus Nero, e.ə. 16 Noyabr, 42-ci ildə Tiberius Nero və Livia Drusillanın oğlu olaraq Romada anadan olub[7]. E.ə. 39-cu ildə anası atasından boşandı və tezliklə Tiberius Neronun oğlu hamilə olduğu halda Qaius Yuli Sezar Oktavianla evləndi. Bu hadisədən qısa bir müddət sonra e.ə. 38-ci ildə qardaşı Nero Klaudius Drusus anadan olmuşdur. Tiberiusun erkən həyatı haqqında çox az məlumat var. İlk dəfə e.ə. 32-ci ildə doqquz yaşında ictimaiyyət qarşısına çıxdı və bioloji atasına bir mədhiyyə təqdim etdi[8] . E.ə. 29-cu ildə, o, ataları Oktavianın Antoni və Kleopatranı məğlub etdiyi Actium döyüşünün şərəfinə keçirilən zəfər paradında qardaşı ilə birlikdə eyni arabada yer almışdır. E.ə. 26-cı ildə Avqustun ölümcül xəstələnməsi ilə imperiyada xaos təhlükəsi yarandı. Tarixçilər, ümumiyyətlə, Avqustun varisinin kim olacağı ilə bağlı problrmin birdən-birə ortaya çıxdığı, onun öləcəyi təqdirdə yerinə varis olaraq Aqrippa və Markellusu işarə etmiş olsa da dəqiq varis təyin etməməsi Avqustun ən böyük probleminə çevirildiyi məsələsində həmfikirdirlər.
Buna görə də, Tiberi və qardaşı Drüsus da daxil olmaqla bir neçə mümkün varis seçildi. Tiberius, eramızdan əvvəl 24-cü ildə on yeddi yaşında olarkən Avqustun rəhbərliyi altında siyasətə bir quaestor olaraq girmişdi və qanunla müəyyən edilmiş beş illik müddətə praetor və konsul olaraq seçilmə haqqı qazandı[9][10]. Drusus üçün də oxşar şərait yaradıldı.
Mülki və hərbi karyerası
[redaktə | mənbəni redaktə et]Bir müddət sonra Tiberi məhkəmələrdə vəkil kimi yer almağa başladı və yəqin ki, Yunan natiqinə olan maraq bu dövrdə başladı. Eramızdan əvvəl 20-ci ildə Tiberi Marcus Aqrippa ilə şərqə göndərildi. Farslar, Markus Likinius Krassus, Dekidius Saxa və Mark Antoninin rəhbərliyindəki Roma legionlarının ərazisini ələ keçirmişdilər. Bir neçə illik danışıqlardan sonra Tiberi Roma-Fars sərhədində bufer dövlət qurmaq üçün böyük bir qüvvə ilə yola çıxdı[9]. Auqust razılaşmadan sonra əraziləri geri aldı və bu ərazilər iki dövlət arasında neytral zona olaraq qaldı[10].
Eramızdan əvvəl 19-cu ildə şərqdən qayıtdıqdan sonra Tiberi Avqustun yaxın dostu və Romanın ən böyük generallarından biri olan Markus Vipsanius Aqrippanın qızı Vipsania Aqrippina ilə evləndi[11]. Drusus diqqətini Qaul Narbonensis və Alman cəbhəsinə verdi, Tiberinisə Alp və Transalp Qaliyası bölgəsində olan tayfalarla vuruşdu. Tiberi eramızdan əvvəl 16-cı ildə Tuna mənbələrini tapdı və qısa müddət sonra yarı yoladan geri qayıtdı. Eramızdan əvvəl 13-cü ildə Romaya qayıtdıqda konsul təyin edildi və təxminən eyni dövrdə oğlu Yuli Sezar Drusus anadan oldu.
Eramızdan əvvəl 12-ci ildə Aqrippanın ölümündən sonra, həm Tiberi, həm də Drüsus varislər elan edildi. Avqustun xahişi ilə Tiberi Vipsaniyadan boşandı və Avqustun qızı və Aqrippanın dul arvadı Yaşlı Yulia ilə evləndi. Bu hadisə Tiberi üçün bir qırılma nöqtəsi oldu. Yulia ilə bədbəxt bir evliliyi var idi və yeganə övladı hələ körpə olarkən öldü. Deyilənlərə görə Tiberi bir dəfə Vipsaniyanın yanına getmiş və ağlayaraq onu bağışlamasını istəmişdir. Tiberi Avqustun sayəsində yüksəlməyə davam etdi və əvvəlcə 9-cu ildə Aqrippanın və sonra qardaşı Drusun ölümündən sonra taxtın tək varisi oldu. Eramızdan əvvəl 12-ci ildə Avqustun siyasətində əhəmiyyətli bir yerə sahib olan Pannonia və Almaniyaya hərbi məmur təyin edildi. Romaya qayıtdıqdan sonra eramızdan əvvəl 7-ci ildə ikinci dəfə konsul, daha sonra e.ə. 6-cı ildə tribunicia potestas ilə mükafatlandırıldı. İlkin olaraq Aqrippanın bütün vəzifələrini öz üzərinə götürdü. Lakin bütün bu müvəffəqiyyətə və təriflərə baxmayaraq Tiberi xoşbəxt deyildi[12] .
Rodosa çəkilməyi
[redaktə | mənbəni redaktə et]E.ə. 6-cı ildə tamamilə şərqin idarəetməsini qəbul edərək Romada ikinci şəxs olmanın astanasında olarkən Tiberi qəfil qərarlə siyasətdən getdiyini elan edir və Rodos adasına köçür. Tiberiusun belə bir qərar verməsinin səbəbləri bəlli deyil[13]. Tarixçilər bunu Avqustun övladlığa götürmüş nəvələri Qaius və Lukiusun da əvvəllər Tiberi və Drususun keçdiyi oxşar siyasi proseslərdən keçmələri ilə əlaqələndirirlər. Beləliklə, Tiberinin hakimiyyəti müvəqqəti olacaq və Lukius və Qaius qanuni yaşına çatana qədər hakimiyyətdə qala biləcək, bundan sonra kənara atılacaqdı. Bundan əlavə, həyat yoldaşı Yulianın davranışları da bu qərara təsir göstərə bilər [14]. Həqiqətən, Takitus bunu Tiberinin Rodosa getməsinin intima səbəbi kimi izah edir və hərəkətini məhz Yuliaya olan nifrətinə və Vipsanya həsrətinə aid edir. Tiberi özünün iyrəndiyi, Forumdakı sərgüzəştləri ilə utandıran və sevdiyi qadını görməyə qadağa qoyan bir qadınla evləndi[15].
Tiberinin bu davranışının səbəblərindən asılı olmayaraq, Avqustun varislik planlarını demək olar ki, pozulmuşdu. Qaius Sezar və Lukius Sezar hələ çox gənc idilər və 57 yaşlı Avqustun dərhal yerinə keçəcək varisi yox idi. Avqustun ölümündən sonra hakimiyyətin dinc bir şötürülnəsinə dair bir zəmanət yox idi. Həmçinin Avqustun ailəsinin və müttəfiqlərinin də hakimiyyətdə qalmasına zəmanət yox idi.
Avqustun xəstəliyinin inkişafı ilə əlaqədar olaraq Tiberidən qalmasını xahiş etdiyi hekayələri olsa da olanların doğruluğu şübhəlidi. Yolda Tiberinin bunun səhv olduğunu başa düşdüyü və bir neçə dəfə Romaya qayıtmaq üçün icazə istədiyi və hər dəfəsində Avqust tərəfindən rədd edildiyi bildirilir[16].
Avqustun varisi
[redaktə | mənbəni redaktə et]Tiberinin getməsi ilə varislik tamamilə Avqustun iki gənc nəvəsi Lukius və Qaius Sezarın üzərinə keçdi. 2-ci ildə Lususun ölümü ilə vəziyyət daha da təhlükəli olduqda, Avqust bəlkə də Livianın təşviqi ilə Tiberinin sadə bir vətəndaş kimi Romaya qayıtmasına icazə verdi[17]. Qaiusun 4-cü ildə öldürülməsi ilə Takitusun da dediyi kimi Avqustun Tiberini seçməkdən başqa yolu qalmadı. Qaiusun eramızın 4-cü ildə vəfat etməsi ilə Avqustun sarayında təlaşlı canlanma başladı. Tiberi varisi və oğlu kimi qəbul edildi. Buna qarşılıq olaraq Tiberidən, qardaşı Drususun oğlu Germanikus və Avqustun qardaşı oğlu Balaca Antonianı da övladlığa götürülməsi tələb edildi. Övladlıq əbul edildikdən sonra, Tiberi tribuna gücünə sahib oldu və çox güman ki Markus Aqrippanın belə əldə edə bilmədiyi Avqustun maius imperium nüfuzuna pay sahibi oldu. Eramızın 7-ci ilində Postumus Avqust tərəfindən rədd edildi və Planaziya adasında yalnız yaşamağa məhkum edildi[18] Beləliklə, 13-cü ilə qədər Tiberi səlahiyyətləri ilə Avqustun ikinci adamı olmaqdan əlavə Avqust ilə ortaq bir imperator idi və indi heç bir hökumət boşluğu və xaos olmadan hökmranlıq edə bilərdi[19].
Avqust 14-cü ildə 76 yaşında vəfat etdi[20]. Şanlı bir mərasim ilə dəfn edildi, əvvəlcədən hazırlandığı kimi vəsiyyəti oxundu və Tiberi yeganə varis olaraq təyin edildi[21][22].
İmperator
[redaktə | mənbəni redaktə et]Hakimiyyətinin ilk dövrləri
[redaktə | mənbəni redaktə et]Tiberinin yeni Şahzadə kimi hakimiyyətin təhvil verilməsi mərasiminin necə olacağını nə Tiberi, nə də senat bilirdi. Sentyabrın 18-də Senat, Tiberinin varis kimi mövqeyini təsdiqləmək və səlahiyyətlərini genişləndirmək üçün bir araya gəldi. Takitus hadisələri ətraflı təsvir edir, Tiberi artıq inzibati və siyasi gücünə sahib idi. Onun tək çatışmayanı Avqustun Pater Patriae və Korona Kivika kimi titulları idi.
Tiberi Avqust kimi dövlətinə xidmət etməkdən başqa istəyi olmayan bir dövlət qulluqçusu rolunu da almağa qərar verdi. Təvazökarlıqdan daha çox gülünc bir vəziyyətə düşdü və dövlətə xidmət etməkdən daha çox problemlər yaradan biri kimi göründü[23]. Bir varis kimi davrana bilməməsinin səbəbi olaraq yaşını göstərdi, əslində bu mövqeyi istəmədiyini və yalnız dövlətin bir hissəsini istədiyini söylədi. Çaşqın vəziyyətdə olan Senat, əyalətin hansı hissəsini istədiyini soruşdu. Sonda bir senator qışqıraraq: "Əlahəzrət, dövlətin daha nə qədər başsız qalmasına icazə verəcəksiniz?" deyə soruşdu[24]. Tiberi nəhayət ki insafa gəldi və senatın ona verdiyi bütün vəzifələri qəbul etdi. Bütün bunlara baxmayaraq Takitus və Suetoniusun dediklərinə görə Pater Patriae, İmperator və Avqustus titullarını daşımaqdan imtina etdi və Şahzadələrin ən görkəmli simvolu olan "Civic Crovn"ı və palıd budağı çələngini istəmədi[25].
Senat və dövlətin onsuz hərəkət etməsini istədi. Qeyri-müəyyən əmrləri olduğu üçün qəbul ediləcək qanunlardan daha çox nə demək istədiyi barədə mübahisələr oldu. Hökmdarlığının ilk illərində Tiberi Senatdan Avqustun dövründə olduğu kimi onun istəklərini yerinə yetirmək əvəzinə özləri bilən kimi hərəkət etmələrini istəmişdi[26]. Takitusun sözlərinə görə Tiberi Senatı "kölə olmağa hazır adamlar" deyərək lağa qoyurdu[27].
Germanikusun yüksəlişi və tənəzzülü
[redaktə | mənbəni redaktə et]Yeni hökmdar üçün problemlər gecikmədi.Pannonia və Almaniyadakı legionlara hələ Avqustun dövründə vəd edilən mükafatlar ödənməmişdi. Tiberidən də heç nə ala bilməyən legionlar üsyan qaldırdı[28]. Germanikus və Tiberinin oğlu Drusus üsyanı yatırtmaq və legionları yenidən tabe etmək üçün kiçik bir qüvvə ilə bölgəyə göndərildi. Lakin üsyanı yatırtmaqla yanaşı Germanikus üsyançıları toplayaraq Reynin o biri tərəfindəki Alman ərazisinə bir yürüş təşkil etdi və üsyançılara ələ keçirəcəkləri qənimətləri onlara bağışlayacağını söz verdi[29]. Germanikusun qoşunları Reyn çayını keçərək Reyn və Elbe arasındakı ərazini sürətlə işğal etdi. Bundan əlavə, Takitus Teutoburg meşəsinin mühasirəyə alındığını və illər əvvəl bir Alman qəbiləsi tərəfindən pusquya alınaraq Publius Quinctilius Varus komandirliyindəki üç Roma legionunu və onların idarə etdiyi əraziləri tələb etdiyini söyləyir. Tiberiusun ətalətinə görə gənc Germanikusun Romanın düşmənlərin hücumlarını sərt şəkildə dəf etdi, üsyançı qüvvələri yatırdı və itkin düşmüş Roma legionları ilə birlikdə Romaya döndü. Tiberi ilə müqayisədə Avqustun əsl davamçısı olduğunu isbat etmişdir[28].
Almaniyadan geri çağırıldıqdan sonra Germanikus 17-ci ildə Romada zəfər mərasimi ilə qarşılandı. Bu, Roma şəhərinin eramızdan əvvəl 29-cu ild Avqust zəfərindən sonra ilk böyük zəfər idi. Nəticədə 18-ci ildə Germanikus keçmişdə Aqrippa və Tiberiyə verilmiş vəzifə olan imperiyanın şərq hissəsinə nəzarət vəzifəsi verildi. Beləliklə qəti şəkildə Tiberinin varisi oldu. Germanikus Suriyanın valisi Qnaeus Kalpurnius Piso tərəfindən öldürülənədək bir neçə il yaşamışdır[30]. Piso ailəsi uzun müddət əvvəldən Klaudianların tərəfdarı olub və Gənc Oktavianın Tiberiusun anası Livia ilə evləndiyi vaxtdan onunla müttəfiq oldular. Germanikusun ölümü ilə bağlı ittihamlar yeni hökmdara yönəlmişdi. Piso məhkəməyə verildi. Baxmayaraq ki, Germanikusun ölümünə cavabdeh olan qubernatorun hökmdarla əlaqəsi heç vaxt məlum olmayacaqdır. Senatın ona qarşı çıxmağa başladığına dair işarələri görən Piso məhkəmə davam edərkən intihar etdi[31].
Tiberi Kapridə Seyanus Romada
[redaktə | mənbəni redaktə et]Lukius Aelius Seyanus Pretorian prefekturası vəzifəsinə gətirildiyi 15-ci ildən etibarən imperator ailəsinə xidmət etmişdir. Tiberi getdikcə Avqustdan qalan məhdud heyətə, xüsusilə də Seyanus və Pretorianlara çox bağlı oldu. 17 və ya 18-ci ildə Tiberi şəhərin qorunmasına məsul olan Praetorian keşikçilər sinifini yenidən nizamlayaraq şəhər divarları xaricindən şəhərin içinə köçürdü və Seyanusa 6000 - 9000 nəfərlik qoşun verdi. Drususun ölümündən sonra Tiberi Seyanusa az qala ortağım deyə müraciət edirdi. Tiberi şəhərin hər yerində Seyanus heykəllərini ucaltdırdı[32][33]. Seyanus Tiberi Romadan əlini çəkdikcə getdikcə daha çox diqqəti cəlb etməyə başladı. Nəhayət, 26-cı ildə Tiberi tamamilə çəkilməsindən sonra Seyanus dövlətə və Roma şəhərinə cavabdeh şəxs oldu.
Seyanusun mövqeyi tam varis mövqeyi deyildi. 25-ci ildə Tiberinin qardaşı qızı Livilla ilə evlənmək istədi, lakin təyziqlər qarşısında qaldı və dərhal fikrindən daşındı. Seyanusun keşikçilərin imperiya əlaqələrini idarə edirdi, buna görə də Tiberinin Romaya və Romanın Tibriyə göndərdiyi məlumatları bilirdi. 29-cu ildə Livianın ölümü ilə hər şey dəyişdi[34]. Seyanus mümkün müxalifət namizədlərini ləğv etmək və imperiya xəzinəsini (və öz xəzinəsini) zənginləşdirmək üçün senatorlara və Romanın zənginlərinə qarşı bir sıra məhkəmələr təşlil etmişdir. Germanikusun dul arvadı Yaşlı Aqrippina və iki oğlu Nero və Drüsus 30-cu ildə tutuldu və sürgün edildi, bir müddət sonra ortaya çıxan qarışıqlıq zamanı hamısı öldü.
31-ci ildə Seyanus konsul oldu və güc üçün oyuna başladı. Nə baş verdiyini dəqiq bir şəkildə qərar vermək çətindir, amma Seyanus yəqin ki, Yulian ailəsinə yaxın olmağa çalışdı və ən azından övladlıq götürülmə yolu ilə də olsa ailə ilə bağ qurmağa çalışdı[35]. Livilla sonradan bu plana daxil edilmiş və Seyanus ilə bir neçə il sevgili olmuşdur. Aydın olduğu qədəri ilə plan Tiberinin Yulianlar tərəfindən devrilməsi və taxtın ələ keçirilməsi idi. Yollarında dayananlar xəyanətə görə mühakimə olundu və tez bir zamanda aradan götürüldü.
Hər halda bu, Seyanus devrildikdə bir neçə Yulian tərəfdarının bir-birinin ardınca yox edilməsinə gətirib çıxardı. 31-ci ildə Seyanus Senatın iclasına dəvət olundu və Tiberiusun onu edam cəzasına məhkum edtiyini və dərhal edam edilməsini əmr etdiyi mətubu özünə oxutdular. Məhkəmədən sonra Seyanus və bir neçə dostu eyni həftədə edam edildi. Onun yerinə Naevius Sutorius Makro Pretoriya Qvardiyasının prefekti təyin edildi.
Bundan sonra Romadakı məhkəmələr çoxaldı. Ancaq Tiberi hakimiyyətinin əvvəlində hərəkətə keçməkdə tərəddüd etmişdi, amma indi ömrünün sonuna yaxın bu işləri görməkdən peşman olmadığı hiss edilirdi. Senatorların çoxu öldürüldü. Ən ağır zərbə Yulianlarla siyasi əlaqələri olan ailələrə dəydi. Seyanusun yanında olan və ya onun planları ilə əlaqəsi olan demək olar ki, hər kəs, o cümlədən imperator qulluqçuları mühakimə olunaraq edam edildi və əmlakları dövlət tərəfindən müsadirə edildi[36].
Edamlar indi onun qəzəbinə bir stimul oldu və Sejanusun planına qoşulmaq ittihamı ilə həbsxanada olanların hamısının öldürülməsini əmr etdi. Həbsxanadakılar yəni tanınmış və ya heç tanınmayan, fərdi olaraq və ya bir qrup olaraq öldürülmüş məhbusların sayı məlum deyil. Qohumlarına və ya dostlarına onlara yaxınlaşmağa, onlar üçün ağlamağa və təmas yaratmağa icazə verilmədi. Ətrafda olan casuslar yas tutanları qeyd edir və çürümüş cəsədlər Tiber çayına atılanadək nəzarət edir və onlara kiminsə toxunmasına və ya yandırmasına icazə vermirdilər. Dəhşət qüdrəti qardaşlıq və dostluq hisslərini tamamilə boğdu, vəhşilik artdıqca şəfqət yox oldu[37]. |
Eyni zamanda, Tiberiusun Kaprida tam olaraq nə etdiyinə dair söz-söhbətlər artmışdı, yəqin ki, şişirdilmiş olsa belə, hekayələr heç olmasa Romalıların Tiberini necə qəbul etdikləri və 23 illik hökmranlığının təsirləri haqqında ümumi bir təsəvvür yaradır[38].
Son illəri
[redaktə | mənbəni redaktə et]Seyanus ilə əlaqəsi və hakimiyyətinin sonuna yaxın vətənə xəyanət məhkəmələri Tiberinin imicini və nüfuzunu zədələdi. Seyanusun edamından sonra Tiberiusun Romadan çəkilməsi tamamlandı və imperiya imperatorun rəhbərliyi ilə deyil, Avqust tərəfindən qurulmuş bürokratik quruluşla idarə edildi. Tiberi vaxtının çox hissəsini oğlunun ölümü haqqında düşünərək keçirirdi. Bu vaxt Suetonius, qısa müddətli fars işğalı, Daçian qəbilələrinin basqınları və Reyndən keçən bir neçə Alman tayfası haqqında danışır[39] .
Tiberi varisinin təhlükəsizliyi və ya varisin kim olacağı ilə bağlı heç bir iş görməmişdi. Yulian sülaləsi və tərəfdarları oğullarının və qohumlarının ölümündən sonra çox qəzəbli idilər[40] . Həm Germanikusun yeganə sağ qalan oğlu Qaius "Kaliqula", həm də öz nəvəsi Tiberius Qemellusun varis olacağı ilə bağlı şaiyələr vardı, lakin heç bir şey dəqiq deyildi[41].
Tiberi 16 Mart 37-ci ildə Misenumda 77 yaşında öldü. Tacitus, izdihamın ölüm xəbərini eşitdiklərinə görə çox sevindiklərini yazır[42] . Bu, digər tarixçilər tərəfindən qeydə alınmamışdır və buna görə yəqin ki, uydurmadır, lakin hələ də senat təbəqəsinin ölümündən sonra hiss etdiklərinin bir əlaməti olaraq qəbul edilə bilər. Tiberi vəsiyyətində öz səlahiyyətlərini Kaliqula və Tiberius Qemellus arasında böldüyünü bildirmişdir. Kaliqulanın ilk işi hamını Tiberinin vəsiyyətinin etibarsız olduğuna inandırmaq və Qemellusu edam etmək idi.
Tiberinin zəifləçəsi hakimiyyətdən sui-istifadə deyil, onun istifadəsindən imtina etməsidir. Utancaq xarakteri onu xüsusilə də Avqustla müqayisə etdikdə onu populyar olmayan bir hala gətirdi. Əlli ildən artıq müddətdə Senat Rəhbərin göstərişlərinə uyğun işləyirdi və bir çox senator hazırkı mövqelərini yaltaqlıqla əldə etdilər və daha təsirli mövqelərə nail olmaq ümidlərini İmperator hakimiyyətinin lütfünə bağladılar[43]. Tiberinin bəzi inzibati səlahiyyətlərini Senatla bölüşmək cəhdi uğursuz oldu, çünki senat artıq imperatordan asılı olmayaraq imperiyanı necə idarə edəcəyini bilmirdi. Tiberi onun üçün olan rolu oynamaqdan imtina etmişdi və onun hakimiyyəti və nüfuzu sarsılmışdı. Hökumətin İmperiya idarələrinin inzibati gücü bu dövrdə artırıldı, lakin bunun nə qədəri Tiberinin, nə qədəri azad edilmiş qulların ideyası olduğunu təxmin etmək çətindi. Nəhayət, Tiberi bəlkə də hakimiyyət gücündən tam istifadə etməmənin necə nəticədə necə sui-istifadə olunacağına bir nümunə kimi göstərilə bilər.
Tarixdə onun haqqında yazılanlar
[redaktə | mənbəni redaktə et]Tiberi 23-cü ildən əvvəl dünyasını dəyişsəydi o, nümunəvi hökmdar kimi alqışlanacaqdı[44] . Baxmayaraq ki, Roma tarixçilərinin əksəriyyəti onu pis hökmdar kimi xarakterizə edir, lakin Tiberinin ölümü ərəfəsində imperiya xəzinəsində təxminən 3 milyard vəsait var idi. Fəthlər üçün bahalı ekspedisiya təşkil etmək əvəzinə, imperiyanı gücləndirmək və genişləndirmək üçün əlavə tədbirlər görmüş, hərbi təhlükələrlə mübarizə aparmaq üçün diplomatiyadan istifadə etdi və orduda olan kiçik fikir ayrılıqlarının qarşısını ald[45] ı. Nəticə daha güclü və vahid bir imperiya oldu. Mətnləri günümüzə qədər qalan mənbələrdən yalnız dördündə Tiberiusun hakimiyyəti ilə bağlı əhəmiyyətli məlumatlar var. Bunlar Takitus, Suetonius, Kassius Dio ve Velleius Paterkulusun yazdıqlarıdır. Köhnə Pliny, Strabon və Seneca yazıqlarından günümüzə sadcəcə kiçik parçalar çatmışdır[46].
Publius Kornelius Takitus
[redaktə | mənbəni redaktə et]Bu dövr haqqında ən ətraflı məlumatı ilk altı kitabında Tiberiusun hakimiyyətini təsvir edən "İlliklər" kitabının müəllifi Takitus verir. Takitus Neron dövründə 56-cı ildə anadan olmuş Romalı idi. Onun mətnlərinin məzmunu əsasən Senat iclaslarının protokolu, hökumət tədbirləri və saray və paytaxt əlaqələri haqqında xəbərlər toplusundan ibarətdir. Takitusun hekayələri həm siyasi, həm də psixoloji motivasiyaya yönümlüdür. İlk altı kitabda Tiberius tez-tez mənfi kimi xarakterizə olunur və 23-cü ildə Drususun ölümünün pisləşməsi üçün açıq bir qırılma nöqtəsi hesab olunur[47]. Yulio-Klaudianların hakimiyyəti Takitus tərəfindən ədalətsiz və 'günahkar' olaraq təsvir edilmişdir[48]. Hətta hakimiyyətinin əvvəlində Tiberiyə verilən fəzilətlərin əslində ikiüzlülük olduğuna inanır. Dəfələrlə qeyd olunan digər əsas məsələlər Senat və İmperator arasındakı güc balansı, siyasi korrupsiya və Romadakı hakim siniflər arasında artan despotizmdir. Bu səbəbdən Tiberi ilə əlaqəli rəvayətlərinin çoxu, Avqust qanunlarının yenidən aktivləşdirilməsindən sonra xəyanət məhkəmələri və cəzalara həsr olunmuşdu. Nəhayət, Takitusun Tiberi ilə bağlı düşüncələri ən yaxşı şəkildə altıncı kitabın sonunda təsvir edilmişdir[49]:
Müxtəlif dövrlərdə müxtəlif xarakterdə olmuşdur. Avqustun hakimiyyəti dövründə fərdi bir vətəndaş və ya yüksək vəzifəli birisi olduğu dövrdə həyatındakı parlaq və nüfuzlu bir dövr idi. Germanikus və Drusus sağ ikən hiyləgər fəzilətə sahib olan biri idi. Yenə anası sağ olanda yaxşı ilə pisin birləşməsi idi. Seyanusu sevəndə və ya qorxduğu zaman, qəddarlığına baxmayaraq əxlaqsızlığını gizlətmişdi. Nəhayət, qorxu və utancdan azad olanda öz həvəs və sədaqətinə meyl etdi və hər cür əxlaqsızlıq və rəzalətə qoşuldu. |
Suetonius Tranquilius
[redaktə | mənbəni redaktə et]Suetonius Trayan və Hadrianın hakimiyyəti dövründə idarədə iştirak edən məmur və tarixçidir. "On iki Sezar" əsərində Yuli Sezarın anadan olmasından 96-cı ildə Domitianın ölümünə qədər əsas dövrün bioqrafik tarixini ətraflı təsvir edir. Taitus kimi imperiya arxivlərindən əlavə, müasir tarixçilər Aufidius Bassusun, Kluvius Rufus və Fabius Rustikusun hekayələrini, Avqustun məktublarını da yazmışdır. Halbuki onun povestləri müasirlərindən daha həssasdır və lətifələrlə bəzədilmişdir. Tiberiyə aid kitabının ən məşhur hissəsi, Tiberinin Kapri adasındakı hissəsidir, burada iddia edilən çox sayda əxlaqsızlığı dərindən öyrənir. Buna baxmayaraq Suetonius hakimiyyətinin ilk illərində Tiberinin təvazökarlığını tərifləməyi yaddan çıxarmır.[50]
Velleius Paterkulus
[redaktə | mənbəni redaktə et]Tiberinin hakimiyyəti haqqında günümüzə qədər çatan mənbələrdən biri də, səkkiz il Almaniyada və Pannoniyada olan süvari prefekti və legatus vəzifəsini icra edən Velleius Paterkulusun yazdıqlarıdır. "Roma tarixinə dair xülasə"sində Paterkulus Troyanın tənəzzülündən Livianın öldüyü 29-cu ilə qədərki hadisələrdən söhbət açılır. Tiberi haqqında mətndə imperatorun və Seyanusun həddindən artıq dərəcədə bədxərcliyini tərifləyir[51]. Bu evologiyanın nə qədərinin səmimi heyranlıq və ehtiyatlılıq və ya qorxu ilə əlaqəli olması sualına cavab aydın deyil və Sejanusun dostu olduğu üçün 31 yaşında öldürüldüyü təxmin edilir[52].Bu evologiyanın səmimi heyranlıq yoxsa ehtiyatlılıq və ya qorxu ilə əlaqəli olması sualına cavab aydın deyil və Seyanusun dostu olduğu üçün 31-ci ildə öldürüldüyü təxmin edilir[53] .
İncillər
[redaktə | mənbəni redaktə et]Dörd kanonik İncildəki qeydlərə görə, Nasıralı İsa Tiberinin hakimiyyəti dövründə Roma İmperiyasının Yəhudi əyalətində vəz verdi və bu vilayətin qubernatoru Pontius Pilatın əmri ilə çarmıxa çəkildi. İncildə Tiberinin adı bir dəfə, Vaftizçi Yəhya ona xidmətə başladığında çəkilmişdir. Sezara (və ya bəzi tərcümələrdə imperatora) aid bir çox müraciət əslində əlavə əlamətlər istisna olmaqla Tiberiyə aiddir.
Arxeologiya
[redaktə | mənbəni redaktə et]Romadakı Palatine təpəsindəki Tiberinin sarayının qalıqları bu gün də qalmaqdadır. Avqusta həsr edilmiş bir məbəd və Pompey Teatrının bərpası istisna olmaqla, digər tikililər Kaliqulanın dövründə başa çatdırılmışdır[54][55]. Tiberinin dövründə heç bir böyük tikili inşa edilmədi. Bundan əlavə, Tiberinin bir neçə Rodos tipli heykəli olan Sperlonqadakı villasının xarabalıqları və Kapridəki bir villa da günümüzə qədər yaşamaqdadır[56]. Kapridəki orijinal bina kompleksi adaya səpələnmiş on iki villadan ibarətdir və ən böyüyü Villa Covisdir.
Tiberi canlı tanrı kimi ona ibadət edilməsinə və onun adına məbədlər tikilməsinə icazə verməmişdir. O, yalnız Smyrnada (indiki adı ilə İzmir) bir məbədin qurulmasına icazə vermişdir.
Qalileya dənizinin qərb sahillərindəki şəhərə Herod Antipa tərəfindən Tiberinin şərəfinə Tiberias adı verilmişdir[57].
Bədii ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]Tiberi həm ədəbiyyatda, həm də kino və televiziyada bir neçə dəfə canlandırılsa da, mərkəzi hekayənin gedişində çox vaxt ikinci dərəcəli xarakter olmuşdur. Ən yaxşı tanınan müasir şərhdə Robert Qravesin "Ben Klaudius" romanı əsasında BBC istehsalı TV filmi olan "Ben Klaudius"da Tiberi aktyor Corc Baker tərəfindən canlandırılmışdır. Bundan əlavə, Tiberi "Ben-Hurda" adlı filimdə Corc Relf və "Kaliqula" adlı filimdə aktyor Peter Otoole tərəfindən canlandırılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Internet Archive. 1996.
- ↑ http://penelope.uchicago.edu/Thayer/E/Roman/Texts/Suetonius/12Caesars/Tiberius*.html#5.
- ↑ http://www.newadvent.org/cathen/14717b.htm.
- ↑ 1 2 Любкер Ф. Tiberius (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1389–1390.
- ↑ Грант М. Римские императоры / пер. с англ. М. Гитт. — М.: ТЕРРА — Книжный клуб, 1998. — 400 с. — ISBN 5-300-02314-0
- ↑ Преемники (4.Quails rex, talis grex)[ölü keçid] (rus.)
- ↑ Suetonius, On İki Sezarın Həyatları, Tiberinin həyatı 5 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Suetonius, On İki Sezarın Həyatları, Tiberininn həyatı 6 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ 1 2 Velleius Paterkulus, Roma Tarixi II.94 Arxivləşdirilib 2023-05-24 at the Wayback Machine
- ↑ 1 2 Suetonius, On İki Sezarın Həyatları, Tiberinin həyatı 9 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Suetonius,On iki Sezarın Hayatları,Tiberinin həyatı 7 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Kassius Dio, Roma Tarixi LV.9 Arxivləşdirilib 2023-06-06 at the Wayback Machine
- ↑ Suetonius, On iki Sezarın həyatları, Tiberinin hayatı 10 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Velleius Paterkulus, Roma Tarixi II.100 Arxivləşdirilib 2023-05-24 at the Wayback Machine
- ↑ Takitus, İlliklər I.53
- ↑ Suetonius, On iki Sezarın həyatları, Tiberinin həyatı 11 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Suetonius, On iki Sezarın həyatları, Tiberinin həyatı 13 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Kassius Dio, Roma Tarixi LV.32 Arxivləşdirilib 2023-06-06 at the Wayback Machine
- ↑ (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_1#3 (#bare_url_missing_title). 13 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_1#8 (#bare_url_missing_title). 13 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ Takitus, İlliklər I.8
- ↑ Velleieus Paterkulus, Roma Tarixi II.123 Arxivləşdirilib 2023-05-24 at the Wayback Machine
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 24 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Takitus, İlliklər I.12, I.13
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 26 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_3#54 (#bare_url_missing_title). 14 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_3#65 (#bare_url_missing_title). 14 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_1#16 (#bare_url_missing_title). 14 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ Kassius Dio, Roma Tarixi LVII.6
- ↑ . en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_2#43 (#bare_url_missing_title). 14 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ Takitus, İlliklər IV.67
- ↑ Takitus, İllklər IV.2
- ↑ Cassius Dio, Roma Tarixi LVII.21
- ↑ Takitus, İllklər IV.40, IV.41
- ↑ Ann Boddington, Seyanus. Kimin tələsi? (),The American Journal of Philology, cilt = 84, baskı = 1, sayfa = 1–16 tarih = Yanvar 1963 | url = http://links.jstor.org/sici?sici=0002-9475%28196301%2984%3A1%3C1%3ASWC%3E2.0.CO%3B2-R | accessdate=2007-07-23
- ↑ Kassius Dio, Roma Tarixi LVIII.10 Arxivləşdirilib 2020-06-02 at the Wayback Machine
- ↑ Takitus, İlliklər VI.19
- ↑ Suetonius, On iki Sezarın həyatları, Tiberinin həyatı 60 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine, 62 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine, 63 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine, 64 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ name="cassius-dio-rhistory-lv-9">Cassius Dio, Roman History LV.9 Arxivləşdirilib 2023-06-06 at the Wayback Machine
- ↑ Kassius Dio, Roma Tarixi LVII.23
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 41 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Takitus, İlliklər VI.50, VI.51
- ↑ Kassius Dio, Roma Tarixi LIX.1 Arxivləşdirilib 2019-08-22 at the Wayback Machine
- ↑ Takitus, İlliklər IV.6
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Kaliqulanın həyatı 37 Arxivləşdirilib 2020-04-13 at the Wayback Machine
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 61 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Takitus, İlliklər, I.6
- ↑ (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_1#6 (#bare_url_missing_title). 14 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ Takitus, İlliklər I.72, I.74, II.27-32, III.49-51, III.66-69
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 26-32 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ Velleius Paterkulus, Roma Tarixi, II.103-105 Arxivləşdirilib 2023-05-24 at the Wayback Machine, II.129-130 Arxivləşdirilib 2023-05-24 at the Wayback Machine
- ↑ Velleius Paterkulus, Roma Tarixi II.127-128 Arxivləşdirilib 2023-05-24 at the Wayback Machine
- ↑ Cruttwell, C.T. (1877). Roma Yazın Tarixi. Oxford, Kitap 3, bölüm 1.
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 47 Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine
- ↑ (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Annals_(Tacitus)/Book_6#45 (#bare_url_missing_title). 14 noyabr tarixində arxivləşdirilib.
- ↑ Suetonius, On iki Sezarın Həyatları, Kaliqulanın həyatı 21 Arxivləşdirilib 2020-04-13 at the Wayback Machine
- ↑ (ing. ). en.wikisource.org https://en.wikisource.org/wiki/The_Antiquities_of_the_Jews/Book_XVIII#Chapter_2 (#bare_url_missing_title). 14 noyabr 2019 tarixində arxivləşdirilib.