Toni Fadel
Toni Fadel | |
---|---|
Doğum tarixi | 22 mart 1969[1][2] (55 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | ixtiraçı, informatik, mühəndis, iş adamı, dizayner, yazıçı, sahibkar |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toni Fadel (ing. Anthony Michael "Tony" Fadell; d. 7 noyabr 1969, Detroyt, Miçiqan, ABŞ) — Livan əsilli amerikalı ixtiraçı; musiqi sənayesində inqilab kimi dəyərləndirilən əfsanəvi "iPod" pleyerinin yaradıcısı kimi məşhurlaşıb; həmçinin "ağıllı" termostatın istehsalçısı olaraq tanınır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Toni Fadel 7 noyabr 1969-cu ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində anadan olmuşdur.
Toni Fadel kompüter elmlərinə xüsusi maraq göstərib. Yeniyetmə vaxtı proqramlaşdırma üzrə məktəb kursunu bitirir və "Apple II" ilk kompüterini alır.
O, müsahibələrinin birində öz həyatından danışaraq deyir:
"Mən 1987-ci ildə Miçiqan Universitetinin kompüter texnikası fakültəsinə daxil oldum. Amma bu məşğuliyyət mənim kompüterə olan marağımı təmin etmirdi. Buna görə də mən maarifləndirici proqram təminatı və "Apple IIgs" kompüteri üçün prosessorların hazırlanması ilə məşğul olan şirkətin əsasını qoydum".
Fadel sonra əlavə edir:
"1991-ci ildə universitetdən ayrıldım, öz xəyallarımı gerçəkləşdirmək üçün Silikon Vadisinə yola düşdüm. "Macintosh" komandasının üzvü olmuş Bil Atkinson və Endi Helsfeld tərəfindən əsası qoyulmuş "General Magic" proqram şirkəti ilə əməkdaşlıq etmək istədim. Amma onlar məni işə qəbul etmədilər. Mən 4 ilimi kommunikatorlar üçün aparat və proqram təminatı hazırlayaraq keçirdim. Mən işlərimi "Philips" holland elektron nəhənginin başçısına göstərdim, o, məni işə götürdü. Mən Velo və Nino elektron personal köməkçilərinin hazırlanması üçün öz qrupumu yaratmalı idim".
Fadel "Philips"in Amerika nümayəndiliyində çalışır. O, burada mobil hesablamalarla məşğul olur, "Windows CE" üçün proqram təminatını yaradır.
"iPod" ideyası
[redaktə | mənbəni redaktə et]1990-cı illərin sonlarında Fadel şəxsi işə başlamağa cəhd edir, musiqi pleyerinin istehsalı ilə məşğul olacaq şirkətin əsasını qoymağa qərar verir. "iPod" nümunəsi belə yaranır. Lakin nə onun təcrübəsi, nə də maliyyə imkanları işi tamamlamağa imkan verir. Fadel onun işini maliyyə yatıracaq şirkət axtarışına çıxır. Əvvəlcə, 2000-ci ildə, o, "RealNetworks"da öz yerini tapmağa çalışır, amma oradan altı həftə sonra uzaqlaşır.
Budur, 2001-ci ildə Fadel "Apple" şirkətinin xeyirinə çalışmağa başlayır. Əvvəlcə o, Con Rubinşteynin rəhbərliyi altında işləyir, 2005-ci ildə onun yerini tutur.
Markanın debütü 2001-ci ilin 23 oktyabrında olur.
Yeni player üçün Stiv Cobs bu sloqanı fikirləşdi:
"1000 songs in your pocket" (azərb. Sizdə 1000 mahnı cibdə).
"iPod"un yalnız Mac OS üçün versiyası mövcud idi. Diskin həcmi 5 və 10 QB təşkil edirdi. Fayl sistemi HFS olan qurğunun ölçüləri 100×62×18 millimetr, çəkisi 184 q idi. iPod WAV, AIFF, MP3, AAC formatlarını dəstəkləyirdi. Avtonom iş vaxtı 12 saat nəzərdə tutulmuşdu. Verilənlərin saxlanılması üçün iPod-da sərt disk və ya fləş yaddaş istifadə edilir.
Digər "mp3" pleyerlərdən fərqi
[redaktə | mənbəni redaktə et]Başqa "mp3" pleyerlərdən fərqli olaraq, iPod musiqinin yükləməsi üçün xüsusi proqram – "iTunes" qurmağı tələb edir. Eyni zamanda, bir çox başqa pleyerlər onlarda musiqini hər hansı xüsusi proqramlar olmadan yazmağa icazə verir.
"iPod" "Microsoft Windows əməliyyat sisteminə uyğunlaşdırılmışdı. "Windows Vista" ƏS buraxılanda, "iPod" bu ƏS-lə işləyə bilmirdi. Sonra, 2007-ci ilin 22 mayında bu problem həll edilmişdi.
"Linux" və "FreeBSD" ilə uyğunluq gtkpod utiliti vasitəsilə reallaşdırılıb. Ancaq, "Apple" yalnız belə proqramların yazılışı üçün lazımlı sənədləşməni təqdim etmir, həm də kompüterlə pleyerin məlumat mübadiləsi protokolunu şifrləyir, hətta onun əks hazırlamasını məhkəmə ilə hədələyir.
Hazırda qurğunun seriya xəttinə "iPod classic", "iPod touch", "iPod nano", həmçinin ekransız "iPod shuffle" daxildir. "iPod mini" və "iPod photo" kimi modellərin istehsalı dayandırılıb.
"Apple"dan getməsi
[redaktə | mənbəni redaktə et]Fadelin "iPhone"nun zahiri görünüşünün formalaşmasına mühüm təsir göstərib. Məsələ ondadır ki, şirkətdə əvvəlcə mexaniki çəkilən klaviaturalı variantın üzərində dayanmışdı və "yan slayder" form-faktoru haqqında düşünürdülər. Ancaq virtual klaviaturanın bütün potensialını anlayaraq, Fadel bu ideyanı fəal şəkildə müdafiə etməyə başladı və bu həllin düzgünlüyünə hamını inandırmağı bacardı. 2008-ci ildə Fadelə şirkətin əməkdaşı Skott Forstal arasında fikir ayrılıqları yaranır. Nəticədə Forstal Stiv Cobsa təsir göstərərək qalib gələ bilir. Beləliklə, Fadel "Apple" şirkətini tərk edir.
Yeni ideya – "ağıllı" termostat
[redaktə | mənbəni redaktə et]Fadel Apple şirkətindən getdikdən sonra iki il səyahətlər edir, sonra şəhərkənarı evi tikir. O, evin qurulması prosesində termostatların seçimi problemi ilə rastlaşır. Bu cihazlar kifayət qədər funksiyalar yığını ilə təchiz edilməmişdi.
Buna görə Feydell bu problemi həll etmək üçün mükəmməl termostat yaratmaq qərarına gəldi. İdeya meydana çıxdıqdan sonra o, Nest Labs şirkətinin əsasını qoydu.
Nest Labs şirkəti 2011-ci ildən bəri "ağıllı ev" üçün vasitələrin yaradılması ilə məşğul olur. Şirkətin yaratdığı termostat Wi-Fi vasitəsiylə smartfona yaxud kompüterə qoşulur və idarə olunur. Vasitə ev yiyəsinin qoyduğu temperatur rejimini yadında saxlaya və avtomatik olaraq enerji qənaətini aktivləşdirə bilir.
Termostatın mahiyyəti
[redaktə | mənbəni redaktə et]Ənənəvi proqramlaşdırılan termostatlardan fərqli olaraq, bu termostat müxtəlif temperaturları, vaxtı və günləri əl ilə daxil etmək lazım deyil, Nest məhsulu oxuyur. Təxminən bir həftə və ya daha az müddət aktiv istifadədən sonra Nest termostatı istifadəçinin vərdişlərinizi tanıyır və onun işinə müdaxilələrə ehtiyac qalmır.
İstilik requlyatoru quraşdırmada sadədir. Bütün əməliyyatlar yığcam və aydın interfeysin köməyi ilə edilir.
Əlbəttə, istənilən vaxt temperaturu əl ilə dəyişdirmək mümkündür, qurğu oxumağa davam edəcək. "iOS" və ya "Android" üçün "Nest" proqramından istifadə etdikdə, temperaturu uzaq məsafədən qurmaq olar.
Eyni zamanda, istifadəçilər Nest.com resursu vasitəsilə sistemə daxil ola bilərlər.
Şirkətini "Google"a satması
[redaktə | mənbəni redaktə et]Nest şirkəti ağıllı termostatlarla yanaşı tüstü sensorlarının istehsalı ilə məşğul olur.
Bu ilin əvvəlində "Google" şirkəti "Nest Labs"ı 3,2 milyard dollara satın alıb.
"Google" şirkəti "Nest" şirkətini 3.2 milyard dollara almasına baxmayaraq, şərtlərə görə Nest ayrıca brend kimi özünü qoruyub saxlayıb. Şirkət əməliyyatları davam etdirirək Google ilə birlikdə smart məhsullarını təkmillləşdirib inkişaf etdirməsinə davam edir. Nest şirkəti isə öz növbəsində Dropcam bulud izləmə kamera istehsalçısını satın alıb. Sazişin dəyəri 555 milyon dollar təşkil edib. Dropcam – izləmə kameraları üzrə ixtisaslaşmış şirkətdir, çəkilmiş videoları bulud serverində saxlayır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 29 (823), 1 avqust 2014, səh. 27. (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Interview with Tony Fadell from hossli.com (2005)
- Tony Fadell's bio on the University of Michigan website Arxivləşdirilib 2019-06-16 at the Wayback Machine
- Fadell and birth of the Ipod in Wired Interview
- Nest Learning Thermostat
- "Is Tony Fadell the next Steve Jobs or … the next Larry Page?" — Fortune magazine (June 2014)
- "The $3.2 Billion Man: Can Google's Newest Star Outsmart Apple?" — Fast Company magazine (October 2014)
- Nest Labs Website
- Tony Fadell: The first secret of design is … noticing at TED
- ↑ Tony Fadell // https://pantheon.world/profile/person/Tony_Fadell.
- ↑ Davos 2014 Participant List.
- ↑ Artists + Artworks (ing.).