Trainkos
Trainkos Kosovo Respublikası dəmir yollarının operatorudur. Şirkət 1999-cu ildə təsis edilmişdir. Qərargahı Kosovo Pole şəhərində yerləşir.
Təşkilat
[redaktə | mənbəni redaktə et]2011-ci ildə Kosovo dəmir yolları (alb. Hekurudhat e Kosovës; серб. Kosovske Železnice) iki şirkət arasında bölünmüşdür: Trainkos: sərnişin və yük daşıma, Infrakos: dəmir yolu infrastrukturunun xidmətinə cavabdeh[1].
Tarixi
[redaktə | mənbəni redaktə et]Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska-Mitrovisa istiqamətində olmuşdur. Yol Osmanlı imperiyası dönəmində Salonikidən Skopye və Kosovska-Mitrovisaya uzanır.
1929-cu ildən 1991-ci ilə qədər dəmir yollarında xidməti Jugoslovenske Železnice (JŽ) şirkəti həyata keçirmişdir. Sonradan bu xidnməti Železnice Srbije (ŽS) həytata keçirmişdir. Kosovo müharibəsindən sonra 1999-cu ildə Hekurudhat e Kosovës (HK) və Kosovske Železnice (KŽ) şirkəti həyata keçirir. 2001-ci ildən daimi xidmət başlanır. 2011-ci ildən HK öz adını Trainkos[2] olaraq dəyişir.
Dəmiryolu şəbəkəsi
[redaktə | mənbəni redaktə et]Trainkos Kosovoda 436,851 km dəmir yolunda xidmət göstərir bunun 333,451 km sərnişin və yükdaşıma ilə əladədardır. 103,4 km isə sırf yükdaşımaya xidmət edir. Kosovanın daxili daşınması aşağıdakı kimidir: Reç-Priştina, Kosovo-Pole və General- Yankoviç, Kosovo-Pole və Qraçanisa. Beynəlxalq daşımalara gəldikdə isə gündə bir dəfə sürətli qatar Priştina-Skopye və geri istiqamətdə hərəkət edir[3].
Nəqliyyat xidmətləri
[redaktə | mənbəni redaktə et]3 tip sərnişin vaqonlarına sahibdir: şəhərətrafı vaqonlar, Freedom of Movement və InterCity.
Yük daşımaları Kosovo iqtisadiyyatında mühüm rol oynayır. Beynəlxalq yük daşımaları General-Yankoviç şəhəri və Priştina hava limanı, Miradi stansiyasının yaxınlığında yerləşən konteyner terminalları vasitəsilə həyata keçirilir.
Mobil struktur
[redaktə | mənbəni redaktə et]Vaqonların bir hissəsi Yuqoslaviya dəmiryolları dövründən qalmadır və az qismi isə Avropa ölkələrindən idxal edilib.
Lokomativləri
[redaktə | mənbəni redaktə et]Aşağıdakı lokomativlərə sahibdir:
Nömrə | Növ | Status |
---|---|---|
001 | Keçmiş HŽ 2044-031 | Fəaliyyət göstərir, sərnişin daşınması |
002 | Keçmiş JŽ 661 132 | Fəaliyyət göstərmir |
003 | Keçmiş JŽ 661 228 | Fəaliyyət göstərir, yük daşınması |
004 | Keçmiş JŽ 661 231 | Fəaliyyət göstərmir |
005 | Keçmiş NSB Di3a 619 | Fəaliyyət göstərir, sərnişin və yük daşınması |
006 | Keçmiş NSB Di3a 633 | Nasaz elektrik generatoru, təmirdədir (2009 iyul) |
007 | Keçmiş NSB Di3b 641 | Fəaliyyət göstərir, sərnişin və yük daşınması |
008 | Keçmiş NSB Di3b 643 (VR KDs1 2402) | Fəaliyyət göstərmir, əyləc problemi |
009 | Vossloh G 1700-2 BB | Fəaliyyət göstərir, yük daşınması |
010 | JT38CW-DC Gredelj-Croatia | Fəaliyyət göstərir, yük daşınması |
Former HŽ 2061-501 |
Dizel vaqonları
[redaktə | mənbəni redaktə et]Nömrə | Növ | Status |
---|---|---|
1528, 1531, 1534 | Former FS ALn 668 | Fəaliyyət göstərir |
01, 02, 03, 04 | Former SJ Y1 1281, 1304, 1306, 1313 | Fəaliyyət göstərir |
Qalereya
[redaktə | mənbəni redaktə et]Lokomotivlər
[redaktə | mənbəni redaktə et]-
001, JŽ 661 128
-
002, JŽ 661 132
-
003, JŽ 661 228
-
004, JŽ 661 231
-
005, NSB Di 3a 619
-
006, NSB Di 3a 633
-
007, NSB Di 3b 641
-
008, NSB Di 3b 643
-
009, Vossloh G 1700
Dizel vaqonları
[redaktə | mənbəni redaktə et]-
Y1 01
-
ALn 668
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Osservatorio Italiano — Kosovo — Le Ferrovie divise in due compagnie: INFRAKOS e TRAINKOS". 2018-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ Neuzugang in Kosovo. In: Eisenbahn-Revue International 12/2011, S. 602.
- ↑ "Hekurudhat". kosovorailway.com. 2014-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.