Tramp: razılaşma incəsənəti (kitab)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tramp: razılaşma incəsənəti
ing. Trump: The Art of the Deal
Müəlliflər Donald Tramp
Toni Şvartz
Janrlar Biznes, sərmayə, ticarət
Orijinalın dili İngilis dili
Ölkə ABŞ ABŞ
Orijinalın nəşr ili "Random House"
(1 noyabr, 1987)
Səhifə 372
Növ kitab
Sonrakı Tramp: ən yüksəkdə sağ qalmaq

"Tramp: razılaşma incəsənəti" — Biznes maqnat, milyarder, ABŞ-nin 45-ci prezidenti Donald Tramp və jurnalist Toni Şvartz tərəfindən yazılmış biznes, ticarət haqqında kitab. Yarı xatirələr və yarı biznes məsləhətləri təqdim edən kitab, 'The New York Times' siyahısında 13 həftə ardıcıl olmaqla ümumilikdə 48 həftə bestseller olub.[1] Donald Trampın yazdığı ilk kitabdır.[2]

Kitab 2016-cı ildə baş tutmuş ABŞ Prezident Seçkiləri Kompaniyasında yenidən diqqət mərkəzinə düşdü. Belə ki, Tramp çıxışlarının birində qeyd etmişdir ki, bu kitab onun ən böyük uğurlarından biridir və Bibliyadan sonra ən sevimli kitabıdır.[3][4]

Svartz bəyan etdi ki, özünün və Trampın birlikdə işindən peşmandır. Nəşriyyatçı Hovard Kaminski də öz növbəsində qeyd etmişdir ki, əslində Trampın kitabın yazılması ilə əlaqəsi yoxdur. Bu səbəbdən kitabın müəllifliyi ilə bağlı bəzi mübahisələr yaranmışdır.[1]

Kitab ilk başlarda Trampın Kuinsdəki uşaqlığından bəhs edir. Növbəti səhifələrdə Manhettenə köçməmişdən öncə Bruklində ilk çalışdığı vaxtlar haqqında məlumat yer alır. Kitabda onun Manhettendə bir otaqlı bina evindən 'The Trump Organisation'-ın qurulması təsvir edilir. Daha sonra isə onun müxtəlif layihələr haqqında fikirləri və həmin layihələrin necə həyata keçirilməsi göstərilir.

Kitabda həmçinin, Norman Vinsent Pilin "Pozitiv düşünməyin gücü" kitabından ilhamlanaraq biznesdə uğur qazanmaq üçün 11 mərhələdən ibarət formula təqdim edilir.[5] Həmin mərhələlər belədir:

  1. Geniş (böyük) düşün
  2. Mənfi nəticələr almaqdan yayınmağa çalışın, müsbət nəticələr özləri özlərini həll edəcək
  3. Seçimlərinizi (imkanlarınızı) artırın
  4. Bazarınızı tanıyın
  5. Gücünüzdən istifadə edin
  6. Mövqeyinizi genişləndirin (böyüdün)
  7. Sözünüzü deyin
  8. Cavab verin, mübarizə aparın
  9. Məhsullarınızı təqdim edin
  10. Xərclərinizi unutmayın
  11. Əylənin[6]

Kitab 1987-ci ilin Noyabrında Random House tərəfindən nəşr edilib. Kitabın nəşri ilə əlaqədar olaraq bəzi təqdimat kompaniyaları həyata keçirildi. Nyu-Yorkda yerləşən Trump Tower-da Ceki Meysonun aparıcılığı ilə baş tutan yığıncaq bu kompaniyaya aid idi və qonaqlar arasında məşhur insanlar yer alırdı.[5] Tramp özü kitabın tanıtımı üçün bir neçə televiziya proqramında iştirak etmişdir.[7] Daha çox insanların kitaba marağını artırmaq üçün, hətta bir neçə jurnalın üz qabığında Trampın şəkili dərc edilmişdir. Kitab bir çox dillərə tərcümə olunmuşdur.

Kitabın satışı

[redaktə | mənbəni redaktə et]

Kitabın satışı haqqında dəqiq bir rəqəm yoxdur, çünki satışın sayının hesablanması ilə məşğul olan Nielsen BookScan kompaniyası hələ fəaliyyətə başlamamışdı.[8] Birinci nəşr 150 000 tirajla baş tutmuşdur. Bəzi jurnallar və mühasib şirkətlərinə əsasən, kitab bir milyondan çox satılmışdır. 2016-ci ildə CBS Xəbərlərinin araşdırması qeyd edirdi ki, kitabın satışı ilə maraqlanan və adı hallanmayan mənbədən alınan məlumata görə kitab 1. 1 milyon nəşr satılıb.[9]

2016-ci il ABŞ Prezident Seçkiləri Kompaniyasında Tramp iddia etmişdir ki, 'Tramp: razılaşma incəsənəti' kitabı dünyada ən çox satılan biznes kitabıdır.[10] Linda Qiunun 'Tampa Bay Times' qəzetində təhlil və araşdırmasından sonra məqalədə qeyd edilir ki, bəzi biznes kitabları Trampın kitabından dəfələrlə çox satılıb. Qiu bildirir ki, dəqiq rəqəmlər vermək mümkün olmasa da, bəzi bilinən faktlardan asanlıqla nəticə çıxarmaq olar. Sonda Qiu müqayisə apardığı altı məşhur biznes kitabı arasında 'Tramp: razılaşma incəsənəti'-ni beşinci kimi qiymətləndirir. Deyl Karneginin "Dostları necə qazanmalı və insanlara təsir etməli" kitabı birinci kimi dəyərləndirilmişdir.

  1. 1 2 "Tramp: razılaşma incəsənəti". The New Yorker. 2020-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  2. "Tramp: razılaşma incəsənəti". People.com, 1988-ci il 29 Fevral. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  3. "Tramp: razılaşma incəsənəti". Nationalreview.com. 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  4. "Tramp: razılaşma incəsənəti". Tramp özünün ən sevimli kitabını açıqlayır, MSNBC.com. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  5. 1 2 "Tramp: razılaşma incəsənəti". Grand Central Nəşriyyatı, 69-70-ci səhifələr.
  6. "Tramp: razılaşma incəsənəti". Trampın ilk kitabının fəlsəfəsi, Businessinsider.com. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  7. "Tramp: razılaşma incəsənəti". Trampın kitabı ən çox satılan biznes kitabıdırmı?, Politifact.com. 2015-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  8. "Tramp: razılaşma incəsənəti". Politifact.com. 2015-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  9. "Tramp: razılaşma incəsənəti". Tramp kitabın gəlirlərini xeyriyyə üçün ayırır?, cbnnews.com. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  10. "Tramp: razılaşma incəsənəti". Melville House. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.