Tyananmen meydanı etirazları (1989)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tyananmen meydanı hadisələri
Əsas münaqişə: Çin demokatiya hərəkatları, 1989-cu il inqilablarıSoyuq müharibə
Tyananmen meydanı may ayı, 1988
Tyananmen meydanı may ayı, 1988
Tarix 15 aprel - 4 iyun 1989
Yeri Pekin və başqa 400 şəhər
Əsas insident: Tyananmen meydanı
39°54′12″ şm. e. 116°23′30″ ş. u.HGYO
Səbəbi  • Hu Yobanın ölümü
 • İqtisadi islahatlar
 • İnflyasiya
 • Siyasi korrupsiya
 • Nepotizm
 • Demokratiya dalğası
Nəticəsi  • Hökumət başçısı Li Pen tərəfindən Pekinin müəyyən ərazilərində hərbi vəziyyət elan olundu.
 • Çin Xalq Azadlıq Ordusuna qarşı barikada quran sivil şəxslər ordu tərəfindən güllələndi.
 • Meydan daxilində və meydandan kənar yerlərdə minlərlə insan öldürüldü.
 • Hərbi vəziyyətə qarşı bütün Çin ərazisində etiraz dalğaları başladı.
 • Etirazın liderləri və demokrat fəallar sürgün və ya həbs edildi.
 • Zorakı cinayətlərlə ittiham olunan iğtişaşçılar növbəti aylarda edam edildi.
 • Çjao Szıyan ÇKP MK-nın baş katibi vəzifəsindən azad edildi.
 • Əvvəllər Şanxay partiya katibi olan Tsyan Tsemin Den Syaopin tərəfindən baş katibliyi və ali liderliyə gətirildi.
 • Qərb dövlətləri Çin Xalq Respublikasına iqtisadi sanksiyalar və silah ambarqoları tətbiq etdi.
 • Sarı quş əməliyyatı başladı.
 • Bazar islahatları təxirə salındı.
 • Mediya üzərində nəzarət artırıldı.
 • İfadə azadlığı məhdudlaşdırıldı.
 • Siyasi islahatlar dayandırıldı.
Münaqişə tərəfləri

Çin Kommunist Partiyası
 • Çin Höküməti
 • Dövlət Şurası
 • Çin Xalq Azadlıq Ordusu
 • Çin Xalq Silahlı Polisi

 • Pekin Tələbə Muxtar Federasiyası
 • Pekin İşçi MUxtar Federasiyası
 • Universitet tələbələri
 • Fabrik işçiləri
 • Pekin sakinləri
 • Demokrat aktivistlər
 • Reformistlər
 • Çin Respublikasına sadiq olanlar[1]

Komandan(lar)

Əsas liderlər:
Den Syaopin
(MHK sədri)
Li Pen
(Hökumət başçısı)
Chen Yun
(MMK sədri)
Yan Şankun
(Prezident)
Li Syannyan
(keçmiş prezident)
Tsyao Şi
(İTMK Katibi)
Yao İlin
(Vitse-premyer)
Li Simin
(Pekin Partiya Komitəsi Katibi)
Çen Situn
(Pekin meri)
Çi Haotyan
(Çin Xalq Azadlıq Ordusu Baş Qərargah rəisi)
Lyu Huatsin
(MHK-nın baş katibinin müavini)
Mötədillər:
Çjao Szıyan
(Baş Katib)
Hu Qili
(Katiblik üzvü)
Van Li
(Konqres sədri)
Bao Ton
(Çjao Szıyanın kadrı)
Yan Minqfu
(Birləşmiş İş Şöbə Cəbhəsi başçısı)
Si Çjunsyun
(Konqresin vitse-sədri)
Şyu Tsintsiyan
(82-ci qrup ordusunun komandiri)

Tələbə başçıları:
Vanq Dan
Uer Kaysi
Çai Lin
Şen Ton
Lyu Qan
Fon Tsonqdı
Li Lu
Vanq Youtsai
Ziyalılar:
Lyu Syaobo
Vanq Cyuntao
Dai Qin
Hou Dıtsye
Tsuy Tszyan
Çanq Poli
Çen Minqyuan

Ümumi itkilər
  • 10.454
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tyananmen meydanı etirazları və ya Tyananmen meydanı hadisəsiÇində 4 iyun hadisəsi (çin. 六四事件; pinyin. liùsì shìjiàn - hərfi mənası 6-4 hadisəsi) olaraq da bilinən, Pekinin Tyananmen meydanında tələbələr tərəfindən 1989-cu ildə həyata keçirilən nümayiş. Pekin etirazlarından ilhamlanan bu xalq hərəkatı bəzən '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. Bājiǔ mínyùn) kimi də adlandırılır. Etirazlar 15 apreldə başladı və hərbi vəziyyətin elan olunduğu və Çin Xalq Azadlıq Ordusunun Pekinin mərkəzinə göndərildiyi 4 iyunda məcburi şəkildə yatırıldı. Qanlı hadisəyə verilən başqa bir ad Tyananmen meydanı qırğını (çin.天安门大屠杀; pinyin. Tiān'ānmén dà túshā) odlu silahlarla təchiz edilən və tanklardan istifadə edən qoşunların nümayişçilərə və Tyananmen meydanına ordunun daxil olmasına qarşı çıxanlara atəş açması ilə bağlıdır. Ölüm rəqəmi ilə bağlı təxminlər bir neçə yüz nəfərdən bir neçə min nəfərə qədər dəyişir. Ölənlərdən başqa, minlərlə insan yaralanmışdı.[2][3][4][5][6][7]

Mao sonrası Çində ölkənin gələcəyi haqqında siyasi elita və insanlar arasındakı narahatlıqlara cavab olaraq başladılan sürətli iqtisadi inkişaf və sosial dəyişikliklər dövründə islahatçı, kommunist partiyasının baş katibi Hu Yaobanqın 1989-cu ilin aprelindəki ölümü etirazları sürətləndirmişdi. 1980-cı il islahatları yeni formalaşan bazar iqtisadiyyatının yaranmasına səbəb olmuşdu. Belə iqtisadiyyat bəzi insanların xeyrinə olsa da, başqaları üçün ciddi şəkildə zərər dezavantaj yaratmışdı və təkpartiyalı siyasi sistemin legitimliyi meydan oxumaya məruz qalmışdı. Dövrün ümumi şikayətlərinə inflyasiya, korrupsia və yeni iqtisadiyyat üçün zəif hazırlıq[8] və siyasi iştirakçılıqdakı məhdudiyyətlər daxil idi. Tələbələr əksər hallarda qeyri-təşkilatı hərəkət etsələr və hədəfləri fərqlənsə də, proses, demokratiya, mətbuatifadə azadlığına görə böyük hesabatlılıq və konstitusionallıq tələb edirdilər.[9][10] Etirazların ən pik vaxtında meydanda təxminən bir milyon insan toplaşmışdı.[11]

Etirazlar artıqdca dövlət rəsmiləri həm barışdırıcı, həm də sərt müdaxilələrlə cavab verdilər, bu da partiya idarəçiliyində dərin bölünmələrə səbəb oldu.[12] May ayına qədər tələbələrin başlatdığı aclıq aksiyası ölkənin hər yerindən nümayişçilərə olan dəstəyi artırdı və etirazlar 400 şəhərə yayıldı.[13] Çin Kommunist Partiyası yüksək idarəçiliyindəki baş nazir Li Pen və partiya ağsaqqalları Li SyannyanVan Çjen etirazçıları zor güclə basdırmaq üçün qətiyyətli addımlar atmağı tələb etdilər və nəhayət, ali lider Den Syaopin və prezident Yan Şankunu öz tərəflərinə çəkməyi bacardılar.[14][15][16] May ayının 20-də dövlət şurası hərbi vəziyyət elan etdi və Pekinə 300 000-ə qədər qoşun topladı.[13] Qoşunlar proses zamanı həm yoldan keçənləri, həm də nümayişçiləri öldürərək 4 iyun səhər saatlarında Pekin şəhərinin əsas yollarından mərkəz hissələrə doğru irəlilədilər. Hərbi əməliyyatlar ümumi şəkildə prezident Yan Şankunun qardaşı, general Yan Baybin tərəfindən aparılırdı.[17]

Beynəlxalq cəmiyyət, insan hüquqları təşkilatları və siyasi analizçilər qırğına görə Çin hökumətini qınadı. Qərb ölkələri Çinə silah ambarqoları tətbiq etdi.[18] Çin hökuməti etirazçılar və onların dəstəkçilərinin geniş şəkildə həbsinə başladı, ölkənin digər hissələrindəki etirazları basdırdı, xarici jurnalistləri ölkədən qovdu, yerli mətbuarda hadisələrin yayımlanmasına ciddi şəkildə nəzarət etdi, polisi və daxili mühafiə qüvvələrini gücləndirdi və etirazlara simpatiya göstərən rəsmiləri ya qovdu, ya rütbəsini azaltdı.[19] Geniş çərçivədə, üsyanın basdırılması 1986-cı ildə başlamış siyasi islahatları sonlandırdı və sadəcə Den Syaopinin 1992-ci ildəki Cənub Səyahətindən sonra qismən davam etdirilən 1980-cı illər liberallaşma siyasətini dayandırdı.[20][21][22] Suayrıcı hadisəsi kimi qəbul edilən etirazlara olan reaksiyalar Çində bugünkü günə qədər davam edən siyasi ifadəyə məhdudluq gətirdi.[23] Etirazları xatırlamaq geniş şəkildə Kommunist Partiya idarəçiliyinin legitimliyini sorğulamaqla əlaqələndirilir və Çində ən çox senzura tətbiq edilən, həssas mövzu kimi qalmaqdadır.[24][25]

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

Çinlilərin ənənəsinə görə, hər hansısa bir hadisə qeyd olunarkən onun qeydə alındığı ay və gün yazı və ya rəqəmlə bildirilir, ardınca hadisənin növü göstərilir. Bu səbəbdən Çində Tyananmen meydanındakı etirazlar 4 iyun insidenti (çin. 六四事件; pinyin. liùsì shìjiàn) olaraq adlandırılır. Bu numenklatura keçmişdə eyni meydanda baş vermiş digər iki böyük etiraz dalğasının da ənəvi adıyla uyğunluq təşkil edir: 1919-cu ildəki 4 may hərəkatı və 1976-cı ildəki 5 aprel hərəkatı. 4 iyun Çin Xalq Azadlıq Ordusunun Tyananmen meydanını etirazçılardan təmizlədiyini günə istinad etsə də, əsas əməliyyatlar iyunun 3-ü axşam saatlarında başlamışdı. 4 iyun hərəkatı (çin. 六四运动; pinyin. liù-sì yùndòng) və '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. bā-jiǔ mínyùn) kimi adlardan hadisəni tam şəkildə təsvir etmək üçün istifadə edilir.

Çin Kommunist Partiyası 1989-cu ildən bəri hadisələrə saysız-hesabsız ad vermiş və bu adlar vaxt keçdikcə neytral terminologiyaya uyğunlaşdırılmışdır.[26] Hadisələrin üstü açıldıqca "əks inqilabi qiyam", daha sonra sadələşdirilərək sadəcə "qiyam", ardınca isə "siyasi fırtına" olaraq adlandırılmışdır. Nəhayət, rəhbərlik daha neytral olan və bugünkü günə qədər istifadə edilən "1989-cu ilin yay və payız aylarındakı siyasi qarışıqlıq" ifadəsi qəbul edilmişdir.[26][27]

Materik Çinindən kənarda və Materik Çinin daxilində siyasi basqıya məruz qalmış çevrələr tərəfindən bu hadisələr ümumi olaraq "4 iyun qırğını" (çin. 六四屠殺; pinyin. liù-sì túshā) və "4 iyun basqısı" (çin. 六四鎮壓; pinyin. liù-sì zhènyā) olaraq adlandırılır. Çindəki internet senzurası səbəbindən yuxarıda verilmiş adlar axtarış motorları və ictimai forumlar üçün həddən artıq həssas qəbul edilir. Buna görədə internetdə bu hadisələri izah etmək üçün müxtəlif adlar ortaya atılmışdır: 35 may, VIIV (6 və 4 Roma rəqəmləri ilə), 8-in kvadratı (8*8=64) və 8964 (iiag məntiqi ilə kodlaşdırılıb).[28]

İngilis dilində tez-tez "Tiananmen Square Massacre" (Tyananmen meydanı qırğını), "Tiananmen Square Protests" (Tyananmen meydanı etirazları) və "Tiananmen Square Crackdown" (Tyananmen meydanı basqısı) ifadələri silsilə hadisələri təsvir etmək üçün istifadə edilir. Ancaq, Pekindəki qırğınların heç də hamısı Tyananmendə baş verməyib, meydanın kənarındakı Çanqan prospektinin başlanğıcından sonuna qədərki yolda və xüsusilə də, Musidi ərazisi yaxınlığında da zorakılıq yaşanıb.[29] Bu ifadə, sanki, nümayişlərin sadəcə Pekində baş tutduğu kimi məna versə də, əslində bu cür etirazlar bütün Çin ərazisində qeydə alınmışdı.[15]

Boluan Fanjenq və iqtisadi islahatlar

[redaktə | mənbəni redaktə et]

Mədəni inqilab rəhbər Mao Zedonqun 1976-cı ildə ölməsi və Dördlər Bandasının həbsi ilə sonlandı. Mao Zedonqun başlatdığı və yaydığı inqilab ölkənin müxtəlif iqtisadi və sosial mühitinə çox böyük ziyan vurmuşdu. Ölkə iqtisadi istehsalın zəifləməsi, hətta dayanma səviyyəsinə çatması səbəbindən yoxsulluq bataqlığına sürüklənmişdi. Siyasi ideologiya adi insanların, o cümlədən Kommunist Partiyanın tərkibində işləyənlərin həyatında birinci dərəcəli yerdə idi.

1977 sentyabrında Den Syaopin Mədəni inqilabın səhvlərini düzəltmək üçün Boluan Fanjenq ("xaos vəziyyətindən çıxmaq") ideyasını təklif etdi.1978-ci ilin dekabrında, 11-ci Mərkəzi Komitənin 3-cü Plenumunda Den Çinin de fakto liderinə çevrildi. O, Çin iqtisadiyyatında islahatlar (Çin iqtisadi islahatları) aparmaq üçün daha ətraflı proqram ilə çıxış etdi. Bir neçə il içərisində ölkənin ideoloji saflıq fokusu maddi varlıq əldə etmək cəhdi ilə əvəzləndi.

Den islahat tədbirlərinə gözətçilik etsinlər deyə öz müttəfiqlərini hökumət və partiyada ən yuxarı vəzifələrə yüksəltdi. Çjao Szıyan sentyabrında 1980-da hökumət başçısı (premyer), Hu Yaoban 1982-ci ildə Kommunist Partiyası Baş Katibi oldu.

İslahatlar və açılımlar qarşısındakı çətinliklər

[redaktə | mənbəni redaktə et]

Denin islahatları iqtisadiyyatda dövlətin rolunu azaltmağa yönəlmişdi və zamanla kənd təsərrüfatında və sənayedə özəl istehsala icazə verdi. 1981-ci ilə qədər, təxminən, kənd fermalarının 73%-i dekollektivləşdirilmiş və dövlət əsaslı təşəbbüslərin 80%-nə öz mənfəətlərini əldə saxlağama icazə verilmişdi. Bir neçə il içində istehsal artmış və yoxsulluq davamlı şəkildə azalmağa başlamışdı.

İslahatlar ümumi olaraq cəmiyyət tərəfindən müsbət qəbul edilsə də, elit partiya bürokratiyasındakı korrupsiyanepotizm daxil olmaqla, dəyişikliklərin gətirdiyi sosial problemlər narahatçılığı artırırdı.[30] 1950-ci illərdən bəri mövcud olan dövlət tərəfindən təyin edilən qiymətləmə sistemi sabit qiymətləri uzun müddət aşağı səviyyədə saxlamışdı. İlkin islahatlar iki tərəfli sistem yaratmışdı: bəzi qiymətlər sabitləşdirilsə də, digərləri azad bazarda təyin oluna bilirdi. Xronik çatışmazlıqları olan bazarda qiymət enib-qalxmaları güclü əlaqələri olan insanlara malı aşağı qiymətdən alıb, bazar qiymətindən satmağa imkan verirdi. İqtisadi menecment səlahiyyətləri olan partiya bürokratlarının belə arbitrajlarda yüksək məbləğlərlə iştirak edirdilər.[31] Cəmiyyətdə korrupsiya üzrə olan narazıçılıqlar pik həddinə çatmışdı və bir çoxları, xüsusilə də intellektuallar yalnız demokratik islahatların və hüquq üstünlüyünün ölkə xəstəliklərini sağalda biləcəyinə inanmağa başladılar.[32]

1988-ci ilin yayında Beydayhedən geri çəkildikdən sonra Den rəhbərliyindəki partiya mərkəzi bazar əsaslı qiymətləmə sisteminə keçidi tətbiq etməyə qərar verdi.[33] Qiymət nəzarətləri barədə rahatlaşma xəbəri bütün Çində nağd pulların çəkilməsini, alış və ehtiyatların artırılmasına səbəb oldu.[33] Hökumət bir növ özünü itirdi və iki həftədən qısa müddətdə qiymət islahatlarını ləğv etdi, ancaq əsas təsirlər çox daha uzun davam etmişdi. İnflyasiya uçmuşdu: rəsmi indekslərin hesabatına görə 1987-1988-ci illər arasındakı Pekində İstehlakçı Qiymət İndeksi 30%-ə qədər artmışdı, bu da maaşlı işçilər arasında artıq əsas qida məhsullarını ala bilməyəcəkləri fikrini formalaşdırmışdı.[34] Üstəlik, yenii bazar iqtisadiyyatında mənfəətsiz dövlət müəssisələrinə məsrəfləri kəsmək üçün təzyiq edilirdi. Bu, "dəmir düyü qabı"na arxalanan əhalinin böyük hissəsini təhdid etdi. "Dəmir düyü qabı" çinli işçilər üçün iş təhlükəsizliyi, tibbi yardım və subsidiyalaşdırılmış ev mənasına gəlirdi.[34]

Sosial hüquqlardan məhrum etmə və legitimlik böhranı

[redaktə | mənbəni redaktə et]

1978-ci ildə islahatçı liderlər intellektualların reformlar vasitəsilə ölkənin inkişafında aparıcı rol oynayacağını düşündü, ancaq bu, planlaşdırıldığı kimiolmadı. Yeni universitetlərin açılması və qeydiyyatın artmasına baxmayaraq, dövlət yönümlü təhsil sistemi kənd təssərrüfatı, yüngül sənaye, xidmət və xarici investisiya sahəsində artan tələbi qarşılayacaq səviyyədə məzun yetişdirə bilmədi. İş bazarı, xüsusilə humanitar və sosial elmlərdən məzun tələbələr üçün məhdud idi. Üstəlik, özəl şirkətlər artıq dövlət tərəfindən onlara qoyulan tələbə qəbul etmə kvotasına da ehtiyac duymurdular. Bir çox yüksək maaşlı iş qohumbazlıq və dostbazlıq əsasında təklif edilirdi. Dövlət təyinatlı yaxşı işlərə yüksəlmək öz sahələri üzrə təcrübəsi çox az olan rəsmilərə səlahiyyət verən , yüksək effektsizliyi olan bürokratiyaya nəzarət etmək mənasına gəlirdi. İş bazarındakı qanqaraldıcı vəziyyəti və xaricə getmə imkanlarının məhdudluğunu görən ziyalılar və tələbələr siyasi məsələlərlə maraqlanmağa başladılar. Demokratiya salonu (çin. 民主沙龙; pinyin. Mínzhǔ Shālóng) və Çəmənlik salonu (çin. 草坪沙龙; pinyin. Cǎodì Shālóng) kimi kiçik tələbə qrupları Pekin universitet kampusunda peyda olmağa başladılar. Bu təşkilatlar tələbələri siyasətə qarışmağa təşviq edirdi.

Eyni vaxtda, partiya kapitalist praktikanı qəbul etdiyi üçün partiyanın sosialist ideologiyası legitimlik böhranı ilə üzləşmişdi. Özəl təşəbbüs diqqətsiz requlyasiyalardan istifadə edərək, öz gəliri artıran və bunu azgəlirli insanlar qarşısında nümayiş etdirən alverçilərin artmasına səbəb olmuşdu. Xalq narazıçılığı ədalətsiz sərvət bölüşdürülməsinə görə daha da artırdı. Acgözlük uğur qazanmaq üçün lazım olan əsas faktora çevrilmişdi. İctimaiyətdə ölkənin gələcəyi ilə bağlı böyük ümidsizlik var idi. İnsanlar dəyişiklik istəsə də, "doğru yolu" təyin etmək səlahiyyəti yalnız seçilməmiş hökumətin əlində qalmağa davam edirdi.

Ətraflı və geniş yayılmış islahatlar bazarlaşma mərhələsində iqtisadi müftəliflik və islahatlarla birlikdə gələn ideologiya üzərində nəzarət yaratdı. Bu da, mərkəzi rəhbərlik içərisində dərin uçuruma səbəb olmuşdu. İslahatçılar ("sağ" Hu Yobanq tərəfindən idarə olunurdu) xalq narazıçılığının qarşılığı kimi siyasi liberallaşma və ideya saflığı tərəfdarı idi və növbəti islahatlar üçün təzyiq edirdilər. Mühafizəkarlar ("sol" Çen Yun tərəfindən idarə olunurdu) islahatların həddini aşdığını deyir və sosial sabitliyi təmin etmək və partiyanın sosialist ideologiyasına qayıtmaq üçün ciddi dövlət nəzarətini bərpa etməyi təkli edirdi. Belə vacib siyasi qərarları tətbiq etmək üçün hər iki tərəfin də ali lider Den Syaopinin dəstəyinə ehtiyacı var idi.

1986-cı ildə tələbə nümayişləri

[redaktə | mənbəni redaktə et]

1986-cı ilin ortalarında astrofizik professor Fan Liçji Prinston Universitesindəki vəzifəsindən qayıtmış və Çin universitetlərinə şəxsi tur təşkil edərək, burada azadlıq, insan hüquqları və hakimiyyət bölgüsü mövzusunda danışmışdır. Fan Çinin kasıblığını və inkişafdan qalmağını və Mədəni inqilab fəlakətini Çinin avtoritar siyasi sistemi və sərt idarə iqtisadiyyatının nəticəsi olaraq görən elit intellektual cəmiyyət içərisindəki gizli axının bir parçası idi. Çinin mövcud problemlərinin tək cavabını siyasi reformda görən baxış tələbələr arasında geniş şəkildə yayılmış, çünki Fanın nitqləri səsyazısı halında bütün ölkədə yayılmışdı. Buna qarşılıq olaraq, Den Syaopin Fanın kor-koranə Qərb həyat tərzi, kapitalizm və çoxpartiyalı sistemə qibtə edir, Çinin sosialist ideologiyası, ənənəvi dəyərləri və partiya rəhbərliyini isə baltalamağa çalışdığını deyirdi.

1986-cı ilin dekabrında Fandan və dünyadakı digər "xalq-iqtidar" cərəyanlarından ilhamlanan tələbə nümayişləri islahatın ləng gedişatına qarşı yeni mərhələyə qədəm qoydu. Problemlər geniş miqyasda yayılmışdı və iqtisadi liberallaşma, demokratiya və hüquq üstünlüyü tələbləri səslənirdi. Etirazçılar ilk başda Fanın yaşadığı Hefeydə cəmləşsə də, onlar tezliklə Şanxaya, Pekinə və digər böyük şəhərlərə yayıldılar. Bu, While the protests were initially contained in Hefei, where Fang lived, they quickly spread to Shanghai, Beijing, and other major cities. Bu, tələbələri Mədəni inqilaba oxşar qarışıqlıq yaratmaqda günahlandıran mərkəzi rəhbərlik üçün həyəcan siqnalı oldu.

Baş katib Hu Yoban "yüngül" mövqe göstərməsi və etirazlara səhv yanaşmasına, beləliklə də sosial sabitliyi zədələməkdə ittiham edildi. O, mühafizəkarlar tərəfindən günahlandırıldı və 16 yanvar 1987-ci ildə baş katib vəzifəsindən istefa etməyə məcbur edildi. Partiya Hu, siyasi liberallaşma və Qərbədən ilhamlanılan bütün ideyaları ümumi şəkildə hədəf alaraq, "antiburjuaziya liberallaşma kampaniyası"na başladı. Kampaniya tələbə etirazlarını dayandırdı və siyasi aktivliyi məhdudlaşdırdı, ancaq Hu intellektuallar, tələbələr və Kommunist Partiyasının proqresivləri arasındakı məşhurluğunu qorudu.

Siyasi islahatlar

[redaktə | mənbəni redaktə et]
Den Syaopin Çinin ali lideri idi.

1980-ci ilin 18 avqustunda Den Syaopin Pekində, Çin Kommunist Partiyasının Politbürosundakı tam tərkibli görüşdə Çində siyasi islahatları başladan "Partiya və dövlət idarəçilik sisteminin islahatı haqqında" (" (çin.)") nitq söylədi.[35][36][37] O, büroktratiya, gücün mərkəzləşdirilməsi və patriyarxatlığı tənqid edərək Çin konstitusiyasının sistemli reviziyasını tələb etdi və Çindəki hakimi mövqelər üçün dövr limitləri təklif edərək, "demokratik mərkəzləşmə" və "kollektiv idarəçiliyi" müdafiə etdi.[35][36][37] 1982-ci ilin dekabrında dördüncü və hal-hazırkı Çin konstitusiyası olan "1982 Konstitusiyası" V Ümumçin Xalq Nümayəndələri Məclisində qəbul edildi.[38][39]

1986-cı ilin birinci yarısında Den təkrar-təkrar siyasi reformların dirçəldilməsini tələb etdi, çünki iqtisadi islahatlar korrupsiya və iqtisadi bərabərsizliyin artdığı orijinal siyasi sistem tərəfindən əngəllənirdi.[40][41]

1989-cu il etirazlarının başlanması

[redaktə | mənbəni redaktə et]

Hu Yaobanqın ölümü

[redaktə | mənbəni redaktə et]

Dönüm nöqtəsi: 26 aprel məqaləsi

[redaktə | mənbəni redaktə et]

27 aprel nümayişləri

[redaktə | mənbəni redaktə et]

Etirazların eskalasiyası

[redaktə | mənbəni redaktə et]

Diaqloq üçün hazırlıq

[redaktə | mənbəni redaktə et]

Aclıq aksiyasının başlanması

[redaktə | mənbəni redaktə et]

Mixail Qorbaçovun səfəri

[redaktə | mənbəni redaktə et]

Toplaşmaların artması

[redaktə | mənbəni redaktə et]

Etirazçıların izlənilməsi

[redaktə | mənbəni redaktə et]

Pekindən kənarda

[redaktə | mənbəni redaktə et]

Hərbi əməliyyat

[redaktə | mənbəni redaktə et]

Hərbi vəziyyət

[redaktə | mənbəni redaktə et]

Çanqan prospekti

[redaktə | mənbəni redaktə et]

Etirazçıların ÇXAO qoşunlarına hücumu

[redaktə | mənbəni redaktə et]

Meydanın təmizlənməsi

[redaktə | mənbəni redaktə et]

5 iyun və Tank Adam

[redaktə | mənbəni redaktə et]

Pekindən kənarda etirazlar

[redaktə | mənbəni redaktə et]

Hökumətin elanı

[redaktə | mənbəni redaktə et]

Rəsmi rəqəmlər

[redaktə | mənbəni redaktə et]

Digər təxminlər

[redaktə | mənbəni redaktə et]

Ölənlərin müəyyənləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Tyananmen meydanında ölənlər

[redaktə | mənbəni redaktə et]

Birbaşa nəticəsi

[redaktə | mənbəni redaktə et]

Həbslər, cəzalar və evakuasiyalar

[redaktə | mənbəni redaktə et]

İdarəçilikdə dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Mətbuatda yazılanlar

[redaktə | mənbəni redaktə et]

Rəsmi narrativ

[redaktə | mənbəni redaktə et]

Çin mətbuatı

[redaktə | mənbəni redaktə et]

Xarici mətbuat

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq reaksiya

[redaktə | mənbəni redaktə et]

Uzun dönəmdə təsiri

[redaktə | mənbəni redaktə et]

Çinin beynəlxalq imici

[redaktə | mənbəni redaktə et]

Avropa Birliyi və ABŞ silah ambarqosu

[redaktə | mənbəni redaktə et]

Müasir problemlər

[redaktə | mənbəni redaktə et]

Çində senzura

[redaktə | mənbəni redaktə et]

Hökumətdən yenidən dəyərləndirmə tələbi

[redaktə | mənbəni redaktə et]

Peşmançılığını bildirən Çin liderləri

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Millətlər Təşkilatı hesabatı

[redaktə | mənbəni redaktə et]
  1. Bernstein, 1989a
  2. How Many Died, 1990
  3. Sino-American relations, 1991. səh. 445
  4. Brook, 1998. səh. 154
  5. Kristof: Reassessing Casualties
  6. Richelson, Evans, 1999
  7. Calls for Justice, 2004
  8. Brook, 1998. səh. 216
  9. Lim, 2014a. səh. 34–35
  10. Nathan, 2001
  11. D. Zhao, 2001. səh. 171
  12. Saich, 1990. səh. 172
  13. 1 2 Thomas, 2006
  14. The Tiananmen Papers, edited by Andrew J. Nathan and Perry Link, compiled by Zhang Liang, pp. 468-477, Abacus, 2002
  15. 1 2 Miles, 2009
  16. Declassified British cable
  17. Gen. Yang Baibing Dies at 93; Led Tiananmen Crackdown Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine, The New York Times, January 17, 2013
  18. Dube, 2014
  19. Miles, 1997. səh. 28
  20. "Deng Xiaoping's Southern Tour" (PDF). Berkshire Publishing Group LLC. 2009. May 17, 2017 tarixində arxivləşdirilib (PDF).
  21. Ma, Damien. "After 20 Years of 'Peaceful Evolution,' China Faces Another Historic Moment". The Atlantic (ingilis). 2012-01-23. August 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  22. "The inside story of the propaganda fightback for Deng's reforms". South China Morning Post (ingilis). 2018-11-14. February 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  23. Bodeen, Christopher. "Prosperity, repression mark China 30 years after Tiananmen". AP News. June 3, 2019. June 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2019.
  24. Nathan, 2009
  25. Goodman, 1994. səh. 112
  26. 1 2 Vogel, 2011. səh. 634
  27. Day China trampled2009
  28. Bus driver in '8964' massacre memento suspended for 3 months Arxiv surəti 22 iyun 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 22, 2019, at the Wayback Machine, June 13, 2016, Chantal Yuen, Hong Kong Free Press.
  29. Baum, 1996. səh. 283
  30. Naughton, 2007. səh. 91
  31. D. Zhao, 2001. səh. 120
  32. D. Zhao, 2001, Chapter 5: On the Eve of the 1989 Movement
  33. 1 2 D. Zhao, 2001. səh. 127
  34. 1 2 Vogel, 2011. səh. 600–01
  35. 1 2 Deng, Xiaoping. "ON THE REFORM OF THE SYSTEM OF PARTY AND STATE LEADERSHIP". en.people.cn. March 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  36. 1 2 Ng-Quinn, Michael. "Deng Xiaoping's Political Reform and Political Order". Asian Survey. 22 (12). 1982: 1187–1205. doi:10.2307/2644047. ISSN 0004-4687. JSTOR 2644047.
  37. 1 2 Whyte, Martin King. "Deng Xiaoping: The Social Reformer". The China Quarterly. 135 (135). 1993: 515–535. doi:10.1017/S0305741000013898. ISSN 0305-7410. JSTOR 654100.
  38. Finch, George. "Modern Chinese Constitutionalism: Reflections of Economic Change". Willamette Journal of International Law and Dispute Resolution. 15 (1). 2007: 75–110. ISSN 1521-0235. JSTOR 26211714.
  39. Shigong, Jiang. "Chinese-Style Constitutionalism: On Backer's Chinese Party-State Constitutionalism". Modern China. 40 (2). 2014: 133–167. doi:10.1177/0097700413511313. ISSN 0097-7004. JSTOR 24575589.
  40. Wu, Wei. 邓小平为什么重提政治体制改革?. New York Times (çin). 2014-03-18. October 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  41. Bao, Tong. 鲍彤纪念六四,兼谈邓小平与中国的腐败. New York Times (çin). 2015-06-04. October 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]