UEFA Avro 1984 (seçmə mərhələsi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Futbol üzrə 7-ci Avropa çempionatının seçmə mərhələsində 32 ölkəni təmsil edən və 7 qrupda mübarizə aparan (üç qrupda dörd, dörd qrupda isə beş komanda olmaqla) milli komanda iştirak etmişdir. Qrup qalibləri çempionatın final mərhələsində iştirak etmək hüququ əldə etmişlər. Fransa millisi çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır.

Çempionatın seçmə mərhələsinin püşkatması 8 yanvar 1982-ci ildə Parisdə baş tutmuşdur. Aşağıda beş səbət qeyd olunmuşdur, qalın hərflərlə final turnirinə adlaya bilən komandalar işarələnmişdir.

1-ci səbət 2-ci səbət 3-cü səbət 4-cü səbət 5-ci səbət
 Almaniya
 İspaniya
 İtaliya
 Polşa
 İngiltərə
 Yuqoslaviya
 Belçika
 Avstriya
 SSRİ
 Çexoslovakiya
 Niderland
 Şərqi Almaniya
 Macarıstan
 Uels
 Şimali İrlandiya
 Şotlandiya
 İrlandiya
 Portuqaliya
 Rumıniya
 Bolqarıstan
 Yunanıstan
 İsveç
 Danimarka
  İsveçrə
 Finlandiya
 Türkiyə
 Norveç
 İslandiya
 Albaniya
 Kipr
 Lüksemburq
 Malta

Bəzi qruplarda favoritlərin turnirin final mərhələsinə vəsiqə qazanmasına imkan verməyən sensasiyalar baş vermişdir. Məsələn, 2-ci qrupda Portuqaliya millisi sensasiyaya imza ataraq SSRİ millisini qabaqlamış və Lissabonda SSRİ ilə keçirilən oyunda Fernandu Şalanaya qarşı qayda pozuntusuna görə verilən şübhəli 11 metrlik cərimə zərbəsi nəticəsində 1:0 hesabı ilə qazandığı oyun sayəsində qrup lideri olmuşdur.

5-ci qrupda isə favorit hesab edilən İtaliya millisinin deyil, Rumıniya millisinin final mərhələsinə vəsiqə qazanması sensasiya olaraq dəyərləndirilmişdir. Rumınlar son turda Bratislavada Çexoslovakiya millisinə qarşı keçirdikləri oyunda əldə etdikləri 1:1 hesablı bərabərlik sayəsində qrup birinciliyinə yüksəlmişlər. İtaliya millisi isə müvəffəqiyyətsizliyə düçar olaraq qrupda beş komanda arasında dördüncü yeri tutmuşdur.

Bir başqa sensasiyaya Danimarka millisi imza atmışdır. 3-cü qrupda danimarkalılar ingilisləri qabaqlaya bilmişlər: evdə "Danimarka dinamiti" ləqəbli Preben Elkyer-Larsenin sayəsində əldə olunan 2:2 hesablı bərabərlik və səfər oyununda "Uembli"də qazanılan 1:0 hesablı qələbə Danimarka millisini turnirin final mərhələsinə çıxarmışdır. İngilislər isə Yunanıstan millisi ilə oyunda xal itirməklə qrup lideri olmaq şanslarını da əldən vermişlər.

6-cı qrupda mübarizə aparan bir başqa Britaniya komandası — Şimali İrlandiya millisi üçün də turnirin seçmə mərhələsi uğursuzluqla bitmişdir. Şimali irlandlar almanlarla oynadıqları hər iki oyunda qələbə qazansalar da, digər oyunlarda itirdikləri xallara görə qrup lideri ola bilməmişlər. Son turda AFR millisinin oyunçusu Gerd Ştrak Albaniya millisi ilə keçirilən qarşılaşmada oyunun bitməsinə 11 dəqiqə qalmış vurduğu qol ilə Şimali İrlandiya millisinin final mərhələsinə adlamaq ümidlərini puç edərək öz komandasını qrup birinciliyinə yüksəltmişdir.

Seçmə mərhələsinin 7-ci qrupundakı oyunlar da sensasiya ilə tamamlanmışdır. Niderland millisi vurulan və buraxılan topların fərqinə görə qrupdakı son oyundan qabaq İspaniya millisini xeyli qabaqlayırdı. İspanlar onlarla eyni xala sahib niderlandlıları qabaqlayaraq qrup birincisi olmaq üçün son turda Malta millisini 11 top fərqi ilə məğlub etməli idilər. Seviliyada keçirilən oyunda birinci hissədən sonra ispanlar 3:1 hesabı ilə irəlidə olsalar da, bu onlara final mərhələsinə adlamağa kifayət etmirdi. Amma ikinci hissədə ispanlar gözlənilmədən "toparlanaraq" maltalıların qapısına 9 qol vura bilmişlər. Bu qollardan doqquzuncusu 86-cı dəqiqədə maltalıların qapısına Xuan Antonio Senyor tərəfindən vurulmuşdur. Niderlandlılar maltalıları oyunu satmaqda günahlandıraraq, ispanların Malta millisinin oyunçularına hətta yeni il tətil putyovkaları aldıqlarını belə iddia etmişlər. Ancaq oyunun satıldığını faktlarla sübut etmək mümkün olmamışdır. Bununla belə bu hadisədən sonra UEFA yarışların reqlamentini dəyişmişdir: 1988-ci ildən başlayaraq bu günə qədər turnir cədvəlində eyni xalı toplayan komandalardan şəxsi görüşlərdə daha çox qol vuraraq qələbə qazananı digərini qabaqlamış olur.

Qarışıq vəziyyət seçmə mərhələsinin 4-cü qrupunda da yaranmışdır. Burada final mərhələsinə vəsiqə qazanmağa eyni anda üç komanda — Uels, BolqarıstanYuqoslaviya milliləri iddialı idilər. Vəsiqənin taleyi Splitdəki oyunda həll olunmuşdur: bərabərlik Uels millisinə sərf edirdi, Bolqarıstan və Yuqoslaviya milliləri isə final mərhələsinə adlamaq üçün mütləq qələbə qazanmalı idilər. Sonuncu dəqiqələrdə bolqarlar yüz faizlik qol vurmaq imkanını əldən vermişlər. Yuqoslavlar isə bunu bağışlamayaraq oyunun 90-cı dəqiqəsində bolqarları cəzalandırmışlar. Baş zərbəsi ilə vurulan qələbə qolunun müəllifi Lübomir Radanoviç olmuşdur.

# Komanda O Q B M T ± Xallar
1  Belçika 6 4 1 1 12 − 8 +4 9
2   İsveçrə 6 2 2 2 7 − 9 −2 6
3  Şərqi Almaniya 6 2 1 3 7 − 6 +1 5
4  Şotlandiya 6 1 2 3 7 − 10 −3 4
Belçika Şərqi Almaniya İsveçrə Şotlandiya
 Belçika 2 : 1 3 : 0 3 : 2
 Şərqi Almaniya 1 : 2 3 : 0 2 : 1
  İsveçrə 3 : 1 0 : 0 2 : 0
 Şotlandiya 1 : 1 1 : 0 2 : 2
# Komanda O Q B M T ± Xallar
1  Portuqaliya 6 5 0 1 11 − 6 +5 10
2  SSRİ 6 4 1 1 11 − 2 +9 9
3  Polşa 6 1 2 3 6 − 9 −3 4
4  Finlandiya 6 0 1 5 3 − 14 −11 1
Polşa Portuqaliya SSRİ Finlandiya
 Polşa 0 : 1 1 : 1 1 : 1
 Portuqaliya 2 : 1 1 : 0 5 : 0
 SSRİ 2 : 0 5 : 0 2 : 0
 Finlandiya 2 : 3 0 : 2 0 : 1
# Komanda O Q B M T ± Xallar
1  Danimarka 8 6 1 1 17 − 5 +12 13
2  İngiltərə 8 5 2 1 23 − 3 +20 12
3  Yunanıstan 8 3 2 3 8 − 10 −2 8
4  Macarıstan 8 3 1 4 18 − 17 +1 7
5  Lüksemburq 8 0 0 8 5 − 36 −31 0
İngiltərə Macarıstan Yunanıstan Danimarka Lüksemburq
 İngiltərə 2 : 0 0 : 0 0 : 1 9 : 0
 Macarıstan 0 : 3 2 : 3 1 : 0 6 : 2
 Yunanıstan 0 : 3 2 : 2 0 : 2 1 : 0
 Danimarka 2 : 2 3 : 1 1 : 0 6 : 0
 Lüksemburq 0 : 4 2 : 6 0 : 2 1 : 2
# Komanda O Q B M T ± Xallar
1  Yuqoslaviya 6 3 2 1 12 − 11 +1 8
2  Uels 6 2 3 1 7 − 6 +1 7
3  Bolqarıstan 6 2 1 3 7 − 8 −1 5
4  Norveç 6 1 2 3 7 − 8 −1 4
Bolqarıstan Norveç Uels Yuqoslaviya
 Bolqarıstan 2 : 2 1 : 0 0 : 1
 Norveç 1 : 2 0 : 0 3 : 1
 Uels 1 : 0 1 : 0 1 : 1
 Yuqoslaviya 3 : 2 2 : 1 4 : 4
# Komanda O Q B M T ± Xallar
1  Rumıniya 8 5 2 1 9 − 3 +6 12
2  İsveç 8 5 1 2 14 − 5 +9 11
3  Çexoslovakiya 8 3 4 1 15 − 7 +8 10
4  İtaliya 8 1 3 4 6 − 12 −6 5
5  Kipr 8 0 2 6 4 − 21 −17 2
İtaliya Kipr Rumıniya Çexoslovakiya İsveç
 İtaliya 3 : 1 0 : 0 2 : 2 0 : 3
 Kipr 1 : 1 0 : 1 1 : 1 0 : 1
 Rumıniya 1 : 0 3 : 1 0 : 1 2 : 0
 Çexoslovakiya 2 : 0 6 : 0 1 : 1 2 : 2
 İsveç 2 : 0 5 : 0 0 : 1 1 : 0
# Komanda O Q B M T ± Xallar
1  Almaniya 8 5 1 2 15 − 5 +10 11
2  Şimali İrlandiya 8 5 1 2 8 − 5 +3 11
3  Avstriya 8 4 1 3 15 − 10 +5 9
4  Türkiyə 8 3 1 4 8 − 16 −8 7
5  Albaniya 8 0 2 6 4 − 14 −10 2
Avstriya Albaniya Şimali İrlandiya Türkiyə Almaniya
 Avstriya 5 : 0 2 : 0 4 : 0 0 : 0
 Albaniya 1 : 2 0 : 0 1 : 1 1 : 2
 Şimali İrlandiya 3 : 1 1 : 0 2 : 1 1 : 0
 Türkiyə 3 : 1 1 : 0 1 : 0 0 : 3
 Almaniya 3 : 0 2 : 1 0 : 1 5 : 1
# Komanda O Q B M T ± Xallar
1  İspaniya 8 6 1 1 24 − 8 +16 13
2  Niderland 8 6 1 1 22 − 6 +16 13
3  İrlandiya 8 4 1 3 20 − 10 +10 9
4  İslandiya 8 1 1 6 3 − 13 −10 3
5  Malta 8 1 0 7 5 − 37 −32 2
İrlandiya İslandiya İspaniya Malta Niderland
 İrlandiya 2 : 0 3 : 3 8 : 0 2 : 3
 İslandiya 0 : 3 0 : 1 1 : 0 1 : 1
 İspaniya 2 : 0 1 : 0 12 : 1 1 : 0
 Malta 0 : 1 2 : 1 2 : 3 0 : 6
 Niderland 2 : 1 3 : 0 2 : 1 5 : 0

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]