USB fləş kart

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
1 — USB-giriş; 2 — mikrokomtroller; 3 — nəzarət nöqtələri; 4 — mikrosxem, fləş-yaddaş; 5 — kvars rezonator; 6 — işıq diodu; 7 — qoruyucu; 8 — əlavə yaddaş üçün yer

USB fləş kartverilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar.

Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb.

Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür.

Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.

Dünyanın ən bahalı fləş-yaddaşını isveçrəli zərgər yaradıb. Fləş-kartın yaddaşının həcmi 32 QB təşkil edir.

USB dəstəkli daşına bilən cihazlarda əslində “flash” yaddaş istifadə olunmaqdadır. SSD sərt disklər də “Flash” yaddaş növünə aiddir.

“Flash” yaddaşların quruluşu mexaniki deyildir. Yəni içərisində hərəkət edən bir hissə yoxdur. Bu xüsusiyyətinə görə bu cür yaddaşlar “solid-state” yəni “hərəkətsiz” olaraq adlandırılırlar. “Flash” yaddaşlar üzərində əməliyyatlar RAM modullarında olduğu kimi aparılır. Yəni “Flash” yaddaşlar da modullardan təşkil olunub və bu modullar tranzistorlara sahibdirlər. Bildiyimiz kimi kompüter sistemlərində məlumatlar “0” və “1”-lər şəklində, yəni ikilik kodlarla yazılır. “0” enerjinin aşağı səviyyəsini, “1” isə yuxarı səviyyəsini ifadə edir. “Flash” yaddaşlara da məlumat yazıldığında tranzistorların enerji səviyyəsi dəyişdirilir. Quruluş etibarilə RAM modullarına oxşasalar da, məlumatların enerji kəsildiyində belə saxlanılması “Flash” yaddaşları RAM-lardan fərqləndirən ən əsas xüsusiyyətdir.Daha yığcam, səssiz və yüngül, asan qoşula bilən olması “Flash” yaddaşların digər əhəmiyyətli xüsusiyyətləridir.

“Flash” yaddaşlarda istifadə olunan iki texnologiya vardır: NOR və NAND. NOR texnologiyası 2004-cü ilə qədər istifadə olunmuşdur. 2004-cü ildə isə yerini NAND texnologiyasına təhvil vermişdir. NOR texnologiyası istifadə olunan yaddaşlarda məlumatların yazılması və silinməsi hər bir hücrə üzərində əməliyyata səbəb olurdu, NAND texnologiyasında isə bu hücrələrin əmələ gətirdiyi bloklar üzərində əməliyyatlar icra olunmaqdadır. Bu səbəblə də NAND yaddaşlar NOR yaddaşlara nisbətdə daha sürətlidir. Günümüzdə istifadə olunan bütün USB yaddaşlar NAND texnologiyasını istifadə edir.

Günümüzdə “Flash” kəlməsi USB yaddaşları ifadə etmək üçün də işlədilir. Bu cihazların istifadəsi çox sadə olub, USB girişinə qoşulmaları kifayətdir. Əlavə bir enerji mənbəyinə ehtiyac duymazlar. Bu yaddaşlar Sabit dikslərin yanında çıxarıla bilən yaddaş kimi listlənirlər. “Disk management” bölməsindən isə Sərt disklər üzərində aparılan əməliyyatları USB yaddaşlara da tətbiq etmək olar. USB yaddaşlar “Bootable” disklər olaraq istifadə oluna bilər. Xırda bir proqramın köməyi ilə USB yaddaşı kompüterinizi başlatmaq üçün istifadə edə bilərsiniz. USB yaddaşlar həmçinin kompüter olmayan platformalar tərəfindən də dəstəklənməkdədir. USB yaddaşlardan başqa günümüzdə geniş istifadə olunan digər yaddaş kartları da mövcuddur.

3.5″ sərt disklər üçün sadəcə USB enerjisi kifayər etmir. Əlavə enerji qoşulması da istifadə edirlər. 2.5″ sərt disklər isə ən pis halda cüt USB qoşulması ilə lazım olan enerjini təmin edə bilir. Daşına bilən sərt disklərin çoxu standart sərt disklərdir (SSD-lər xaric). Və istifadə olunduğu halda hərəkət etdirilməməlidir. Bu cihazlar düşmə və zərbələrə qarşı həssasdırlar. Sərt disklərə aid məqaləmizdə yarana biləcək problemlərdən bəhs etmişdik. Eyni hallar daşına bilən sərt disklərə də aiddir. Yəni “Eject USB” seçib diski ayırmaq istədikdə belə diskin işini tam saxlamasını gözləmək lazımdır.

Yaddaş kartlarından biri və birincisi olan Memory stick-dir. Çünki demək olar ki hər bir insan bu avadanlıqdan istifadə edir. Memory stick-lər istehsalçı tərəfindən müəyyən həcmdə, fərqli görünüşdə istehsal olunur. Hal-hazırda 1 terabayt) memry sticklər mövcuddur. (2013-cü ildən ). Növbəti illər üçün 2 terabaytlıq memory sticklər planlaşdırılır.

32 qiqabaytlıq USB 3.0 Toshiba istehsalı memory stick ən sürətlisidir. Onun yazma sürəti 60Mbit/s, oxuma sürəti isə 120Mbit/s-dir.

Üstünlükləri

1.Memory stick-lərin ən üstün cəhətlərindən biri onun portativliyidir. Əgər kompyuterimizdə boş yer yoxdusa və bizə lazım olan hər hansı bir proqramı işə salmalıyıqsa, bu zaman müraciət edilə bilən ən yaxşı çıxış yolu kimi memory stick-lərdir. Belə ki, biz kompyuterimizdən heç bir fayl (file) silmədən işimizi yerinə yetirə bilərik.

2.Memory stick-lərin təşkili RAM-lara oxşayır, ancaq istifadəsi Hard disc-lərdəki kimidir. Memory stick USB portdan ayrılarkən fəaliyyətini dayandırır, lakin verilənlər olduğu kmi qalır. ( heç bir fayl silinmir )

3.Heç bir xarici enerjidən istifadə etmir. USB porta qoşularkən elektrik enerjisi ilə qidalanır. Bu onun üçün kifayətdir ki, bir neçə il işləyə bilsin.

4.Onun ölçüsü olduqca balacadır. Yəni ki, onun gördüyü iş qarşısında kiçikdir. Bu xüsusiyyəti onun istifadəçi tərəfindən rahatlıqla bir yerdən başqa yerə daşınılmasında maneəçilik törətmir.

5.Memory stick-lər elektronikdir, mexaniki deyildir. Bu isə ona bəzi avantajlar verir. Belə ki, onun daxilində hər hansı bir parçası hərəkət etmir. (solid state) Hərəkət etməyən olmadığından həssaslığı demək olar ki yoxdur.

Çatışmazlıqlar:

1.Onun xırda olması nə qədər ki rahatlıqla qarşılanır, amma onun itməsi ehtimalını bir o qədər artır. Belə ki, onlar xırda olduğundan daha çox itirlər.

2.Memory stick-lərə hər hansı bir məlumatın yazılıb eləcə də silinməsi məhduddur.(təxminən 100.000 dəfə)

3.Ən mühüm disavantajı onun təhlükəsizliyin təmin olunmamasıdır. Yəni istehsal edilən memory stick-lər sonradan onlara istehlakçılar tərəfindən yazılan məlumatlar istehsalçı tərəfindən oğurlanır.

4.Viruslu memory stick-lər asanlıqla kompyuterləri də viruslaşdıra bilirlər.