V Frederik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
V Frederik
alm. Friedrich V. von der Pfalz
26 avqust 1619 – 8 noyabr 1620
(ləqəbi: Qış Kralı)
ƏvvəlkiII Ferdinand
SonrakıII Ferdinand
19 September 1610 – 23 fevral 1623
ƏvvəlkiIV Fridrix
SonrakıMaksimilian
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1596(1596-08-26)[1]
Vəfat tarixi 29 noyabr 1632(1632-11-29)[2][1][…] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi taun
Dəfn yeri
  • bilinmir
Fəaliyyəti əsilzadə, siyasətçi, hərbi lider[d], Kürfürst
Atası IV Fridrix
Anası Nassaulu Luiza Yuliana
Həyat yoldaşı Elizabet Stüart
Uşaqları
Ailəsi Vittelsbax sülaləsi
Dini Kalvinist
Elmi fəaliyyəti
Elm sahəsi Dövlət idarəetməsi[6], siyasət[6], hərbi iş[6]
deutsche-biographie.de/g…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Frederik və ya Fridrix (alm. Friedrich V‎, çex. Bedřich I) (26 avqust 1596[1]29 noyabr 1632[2][1][…], Mayns, Mayns kurfürstlüyü[5]) — 1610-cu ildən 1623-cü ilə qədər Müqəddəs Roma İmperiyasında Pfals kürfürstü və 1619–1620-ci illərdə Bohemiya kralı kimi hökmranlıq etmiş Vittelsbax sülaləsindən alman zadəgan. O, tezliklə hər iki roldan imtina etmək məcburiyyətində qaldı və Bohemiyadakı hakimiyyətinin qısalığı ona istehzalı "Qış Kralı" (çex. Zimní král; alm. Winterkönig‎) ləqəbini qazandırdı.[7]

Frederik Pfalsın Deinşvanq bölgəsində (indiki Lauterhofen, Almaniya) bir ov sarayında (alm. Jagdschloss‎) anadan olub. O, IV FrederikinNassaulu Luiza Yuliananın oğlu idi. İntellektual, mistik və kalvinist biri kimi məşhur idi. Atasının yerinə 1610-cu ildə kürfürst kimi keçdi. O, həmçinin Heydelberqdə məşhur Hortus Palatinus bağlarını saldırmışdı.

1618-ci ildə Bohemiyanın əsasən protestant çex zadəganları katolik kralı Ferdinanda qarşı üsyan etdilər və bu isə Otuzillik müharibənin başlanmasına səbəb oldu. Çex zadəganlar Frederikdən Bohemiya tacını götürməyini xahiş etdilər. O, təklifi qəbul etdi və 1619-cu il noyabrın 4-də I Frederik adı ilə taxta çıxdı.[7] Feodalların Frederiki seçmə səbəbi Protestant İttifaqının lideri olması idi və onun protestant qaynatası İngiltərə və Şotlandiya krlaı I Ceymsin köməyinə ümid edirdilər. Lakin Ceyms kürəkəninin Bohemiyanı Habsburqlardan almasına qarşı çıxdı və Frederikin Protestant İttifaqındakı müttəfiqləri Ulm müqaviləsini imzalayaraq ona hərbi dəstək göstərə bilmədilər. Onun Bohemiya Kralı kimi qısa hakimiyyəti tacqoyma mərasimindən bir il dörd gün sonra 8 noyabr 1620-ci ildə Ağ dağ döyüşündəki məğlubiyyəti ilə başa çatdı.

Döyüşdən sonra imperiya qüvvələri Frederikin Pfals mülklərini işğal etdi və o, 1622-ci ildə Yeddi Birləşmiş Əyalət Respublikasının ştadthauder əmisi Oranlı Moritzin yanına qaçmalı oldu. 1623-cü ildə imperiya fərmanı onu rəsmi olaraq Pfalsdan məhrum etdi. O, ömrünün qalan hissəsini həyat yoldaşı və ailəsi ilə birlikdə, əsasən Haaqada sürgündə yaşadı və 1632-ci ildə Maynsda öldü.

Onun sağ qalan böyük oğlu Karl Lüdviq müharibənin bitməsi ilə 1648-ci ildə Pfalsda hakimiyyətə qayıtdı. Digər oğlu isə dövrünün ən rəngarəng simalarından biri olan Pfals şahzadəsi Rupert idi. Onun qızı Hannoverli Sofiya nəhayət Britaniya taxtının varisi adlandırılmışdı və Hannover sülaləsinin banisi idi. Nəvəsi Georq daha sonra Böyük Britaniyanın kralı olacaqdı.

  1. 1 2 3 4 Frederik V van Bohemen // RKDartists (nid.).
  2. 1 2 Parker N. G. Frederick V // Encyclopædia Britannica (ing.).
  3. Kindred Britain.
  4. Catalog of the German National Library (alm.).
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118693522 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  7. 1 2  Parker, Geoffery. "Frederick V (elector Palatine of the Rhine)" Arxivləşdirilib 2015-05-03 at the Wayback MachineEncyclopædia Britannica. Encyclopædia Britannica. Retrieved 16 August 2014.