Valeriya Xomyakova
Valeriya Xomyakova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 avqust 1914 |
Doğum yeri |
|
Vəfat tarixi | 6 oktyabr 1942 (28 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | təyyarə qəzası[d] |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Sovet Hərbi Hava Qüvvələri[d] |
Rütbəsi | baş leytenant |
Döyüşlər | |
Təltifləri |
Valeriya Dmitriyevna Xomyakova (rus. Валерия Дмитриевна Хомякова; 3 avqust 1914, Moskva – 6 oktyabr 1942, Engels, Saratov vilayəti) — İkinci Dünya Müharibəsində iştirak etmiş sovet qırıcı pilotu. O, bir müddət düşmən təyyarəsini vuran ilk qadın pilot kimi tanınmışdır. Xomyakova Qırmızı Bayraq ordeni ilə təltif edilmiş, lakin bu təltifdən cəmi iki həftə sonra uçuş qəzasında həlak olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Valeriya Dmitriyevna Xomyakova 1914-cü ildə Rusiya imperiyasının Moskva şəhərində kimya mühəndisinin qızı olaraq anadan olub. O 1937-ci ildə Rusiyanın D.Mendeleyev adına Kimya-Texnologiya Universitetini bitirmiş və Moskvadakı Frunze zavodunda mühəndis vəzifəsində çalışmışdır.[1] Xomyakova yerli aero klubda təlim görmüş və uçuş təlimatçısı sertifikatı almışdır.[2] O, 586-cı qırıcı aviasiya alayının eskadrilya komandirinin müavini idi.[1]
1942-ci ildə Nasist Almaniyasının Sovet İttifaqına hücumu zamanı Xomyakova Sovet Hərbi Hava Qüvvələrinə qoşulur. Tez bir zamanda baş leytenant rütbəsinə qədər yüksələn Xomyakova Sovet İttifaqının ilk qadın qırıcı pilotlarından biri olur və 586-cı alaya, qadın qırıcı pilotlardan ibarət hava hücumundan müdafiə alayına təyin edilir.
24 sentyabr 1942-ci ildə Yak-1 ilə Saratov üzərində gecə patrulunu həyata keçirərkən Xomyakova Gerhard Maakın idarə etdiyi Alman Hərbi Hava Qüvvələrinə məxsus Junkers Ju 88 -i vurur.[3][4] Oqoniok jurnalında bunun “tarixdə ilk dəfə bir qadın qırıcı pilotun düşmən təyyarəsini vurması” olduğu dərc edilmişdi.[3] Daha sonralar bu məlumata düzəliş edilmiş və o "gecə döyüşündə düşməni vuran ilk qadın" olaraq tanınmışdır.[5][4]
Ölüm
[redaktə | mənbəni redaktə et]Xomyakova 6 oktyabr 1942-ci ildə Saratov vilayətindəki aerodromda uçuş zamanı qəzaya uğrayaraq ölmüşdür. Gerhard Maakın idarə etdiyi Ju 88-ni vurduqdan qısa müddət sonra Xomyakovaya Volqa çayı üzərindəki təchizat xətlərini və dəmir yolu körpülərini qorumaq üçün çoxsaylı uçuşlar yerinə yetirmək tapşırılmışdı və bu yaxınlarda Moskvadan qayıdaraq burada nailiyyətinə görə Qırmızı Bayraq ordeni ilə mükafatlandırılmışdı Xomyakova qazma otağında yatarkən mayor Tamara Kazarinova onu yorğunluğa baxmayaraq növbəti uçuş üçün oyatmış və bu da qəzaya zəmin yaratmışdır.[6] Xomyakovanın ölümü ilə əlaqədar Kazarinova general Mixail Qromadin tərəfindən vəzifədən azad edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Хомякова Валерия Дмитриевна" (Russian). Air Aces. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2015.
- ↑ "Хомякова Валерия Ивановна" (Russian). Air War. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2015.
- ↑ 1 2 Yenne, Bill. The White Rose of Stalingrad: The Real-Life Adventure of Lidiya Vladimirovna Litvyak, the Highest Scoring Female Air Ace of All Time. Osprey Publishing. 2013. səh. 185. ISBN 978-1-78200-912-2.[ölü keçid]
- ↑ 1 2 "Хомякова Валерия Дмитриевна" (Russian). Air Aces. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2015.
- ↑ "Кто есть кто: Х" (Russian). Airforce Russia. 25 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2015.
- ↑ "Хомякова Валерия Дмитриевна" (Russian). Air Aces. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2015.
- 3 avqustda doğulanlar
- 1914-cü ildə doğulanlar
- Moskvada doğulanlar
- 6 oktyabrda vəfat edənlər
- 1942-ci ildə vəfat edənlər
- 28 yaşında vəfat edənlər
- Saratov vilayətində vəfat edənlər
- D. Mendeleyev Rusiya Kimya Texnologiyası Universitetinin məzunları
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Rusiyanın qadın pilotları