Vaqif Mustafazadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vaqif Mustafazadə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (39 yaşında)
Vəfat yeri Daşkənd, Özbəkistan SSR, SSRİ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri Yasamal qəbiristanlığı
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu
Fəaliyyət illəri 1958–1979
Janr caz-muğam
Musiqi aləti
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1982
vagifmustafazadeh.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vaqif Mustafazadənin ifasında bəstəkar Mehriban Əhmədovanın "Düşüncə" kompozisiyası

Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940[1][2], Bakı16 dekabr 1979[1][2], Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır.

İçərişəhərdə Vaqif Mustafazadənin yaşadığı binanın fasadında barelyef
İçərişəhərdə yaşadığı bina

16 mart 1940-cı ildə Bakı şəhərində İçərişəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə ad içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilir. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.[3]

1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.[4]

O, 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Onun həyat yoldaşı Elza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Vaqifi Mustafazadə haqqında "Caz əfsanəsi — Vaqif Mustafazadə" adlı sənədli film çəkilmişdir.[6]

Vaqif Mustafazadənin Yasamal qəbiristanlığındakı məzarı

1989-cu ildə ozamankı Mədəniyyət Naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev-muzeyi yaradılıb[7]. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olmuşdur. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilmişdir. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlamışdır.[8]

  • Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh.159
  1. 1 2 Bibliothèque nationale de France Vagif Mustafazade // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Vagif Mustafa Zadeh // Musicalics (fr.).
  3. Respublikanın yaradıcı işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. Lider TV. "Vaqif Mustafazadənin anım günüdür" (az.). Youtube.com. 16.12.2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
  5. Q.Xəlilov. "RESPUBLİKANIN YARADICI İŞÇİLƏRİNƏ AZƏRBAYCAN SSR FƏXRİ ADLARI VERİLMƏSİ HAQQINDA" (PDF). Azərbaycan Milli Kitabxanası. 23 fevral 1979. səh. 116. 2017-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-01.Arxivləşdirilib 28 iyul 2017 at the Wayback Machine. Additional archives: 25 September 2017.
  6. Vahid, T. "Caz əfsanəsi — Vaqif Mustafazadə". Böyük musiqiçidən bəhs edən yeni sənədli film çəkilib //Mədəniyyət. — 2012.- 16 mart.- S. 11.
  7. Mədəniyyət TV. "Bu gün görkəmli caz ifaçısı, bəstəkar və caz muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirə günüdür" (az.). Youtube.com. 17.12.2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  8. Türkan Məmmədli. "Böyük cazmenin kiçik evi... Vaqif Mustafazadə" (az.). Apa.tv. 26 dekabr 2015. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]