Vaqif Novruzov (nazir)
Vaqif Novruzov | |
---|---|
Vaqif Yusif oğlu Novruzov | |
3 iyul 1993 – 29 aprel 1994 | |
Əvvəlki | Rövşən Cavadov |
Sonrakı | Ramil Usubov |
Şəxsi məlumatlar | |
Həyat yoldaşı | S.Novruzova |
Uşaqları |
L.Novruzova V.Novruzov Z.Novruzov |
Novruzov Vaqif Yusif oğlu — Azərbaycanın daxili işlər naziri (1993-1994).
Həyatı
[redaktə | mənbəni redaktə et]Vaqif Novruzov 1984-cü ildən polkovnik rütbəsi alıb. 1991-ci ilə qədər Daxili İşlər Nazirliyində 6-cı İdarənin rəisi olub. 1991-ci il fevral ayının 4-də SSRİ prezidenti Qorbaçov fərmanı ilə bütün respublikaların 6-cı idarələri keçirildi. SSRİ-nin 6-cı Baş İdarəsinin tərkibinə və məhz o vaxt Vaqif Novruzov SSRİ Daxili İşlər Nazirliyinin kollegiyasında 6-cı Baş İdarənin idarə rəisi təsdiq edilmişdir[1].
SSRİ-nin saxlanması ilə bağlı Azərbaycan Ali Sovetində referendum keçirilməsi məsələsi səsə qoyularkən həmin vəzifədə olan Vaqif Novruzov əleyhinə səs vermişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Novruzov Vaqif Yusif oğlu 3 iyul 1993-cü ildə Azərbaycanın daxili işlər naziri təyin edilmişdir. V.Novruzov 1994-cü ilin aprelin 29-da vəzifəsini təhvil verib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ "YENİ MÜSAVAT"a SENSASİON FAKTLAR AÇIQLADI". 2012-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-31.