Vasili Perov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vasili Perov
Doğum tarixi
Doğum yeri Rusiya, Tobolsk vilayəti
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Fəaliyyəti rəssam
Təhsili
  • Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbi[d] (1853–)
Stil realizm
Mükafatları İmperator Rəssamlıq Akademiyasının böyük qızıl medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Perov (21 dekabr 1833 (2 yanvar 1834)[1], Tobolsk, Qərbi Sibir general-qubernatorluğu[d][1]29 may (10 iyun) 1882[1], Kuzminki rayonu[d], Moskva quberniyası[d][1]) — rus rəssamı.

Vasili Perov 1832-ci ilin 2 yanvar tarixində Rusiyanın Tobolsk vilayətində anadan olmuşdur.1882-ci ildə vəfat etmişdir.Perov çox erkən yaşlarında incəsənətə böyük həvəs göstərmişdir. İncəsənətdə ilk ibtidai təhsilini anasından almışdır.

O, rəssamlıq üzrə təhsilini Moskova heykəltəraşlıq məktəbində və sonralar Stupinin bədii məktəbində davam etdirmişdir. Gənc rəssam olan Perov öz yaradıcılığında incəsənətə böyük sevgi bəsləmiş və öz müəllimlərinin, Şişkinin və Venetsianovun yaradıcılıq ənənələrini davam etdirmişdir. O, incəsənət ilə yanaşı Ədəbiyyatı da sevmiş və onun ən çox sevdiyi yazıçılar sırasında Nekrasovun, Turgenevin və Tolstoyun adını çəkmək olar.

Perov yaradıcılığında əsasən demokratik realizm ənənələrin davamçısı olmuşdur.O, yaradıcılğına çox erkən başlayır,əsərlərin bəzilərində öz kompazisiyasına görə çox tənqidi və satirik məzmunludur.Perov tənqidi əsrlər və gözəl mənzərə ustası olmaqla yanaşı rus incəsənət tarixində gözəl portretlər müəllifi kimi də daxil olmuşdur.Perovun portret yaradıcılığında əsasən müasirlərini təsvir etmişdir.Təsvir etdiyi müasirlərin portretlərində süjet xətinin dərin ifadəsini tapırıq.Əsasən kəndililərin portretlərini çəkmişdir.Təsvir etdiyi portretlərda kəndli həyatda ağır işi olan insanlardır amma buna baxmayaraq, onlar öz insani ləyaqətlərini saxlamışdır. Hətta kəndlinin pisxoloji durumunu biz Perovun çəkdiyi "Sərgərdanın"(1870, DTQ) portretində görə bilərik.

Perovun XIX əsrin 70-ci illərində çəkdiyi görkəmli mədəniyyət xadimlərinin portretlərini Kromskoyun və Repinin ən yaxşı işləri ilə müqayisə oluna bilinər. Perovun portretləri son dərəcə sadə və realistikdir; onlar özlüyundə təbiiliyi və rəng qammasının ciddiliyi ilə seçilirlər. Dramaturq "Aleksandr Ostrovskini" (1871, DTQ) sadə paltarda təsvir edir. Həkim "V.V.Bezansonovun" (1869, DTQ), şair "Apollon Maikovun" (1872, DTQ), yazıçı "Ivan Turgenevin" (1872, DTQ) və leksikoqraf "Vladimir Dalın" (1872, DTQ) portretləri fövqəladəliyi ilə seçilirlər.

Perovun portert yaradıcılığının ən gözəl portretlərindən biri şübhəsiz, "Fyodor Dostoyevskinin" (1872, DTQ) təsvir olunduğu əsərdir. O, bu əsərdə belini bir az əymiş halda və dizlərini bir-birini üstunə qoymuş vəziyyətdə təsvir olunmuşdur, dizlərinin ətarfında sıxılan böyük əlləri onun çox əziyyət çəkdiyini göstərirdi. Yazıçının başı onun yüksək intellektual, iti, tünd gözləri ilə xüsusilə həssas, arıq, solğun üzu çox gözəl çəkilmişdir. Portretin ekspressivliyində bozumtul qəhvəyi rənglərindən istifadə edilməsi, onun qalstukunda qırmızı rənglərini azaldır Bu cür gözəl portretin müəllifi tək Perov deyil, Kromskoyunda yaratdığı portretdə onunla eyni sırada gedir.

Perovun portretləri bəziləri tənqidi və satirikdir. Pervon portret yaradıcılğı çox zəgindir və rus portet xəzinəsinə onun bir-birindən gözəl portretlərin daxil olması rus incəsənətini daha da rəngarəng edir. Onun yaratdığı portretlər sırasına "Nikolai Rezanov" (1868), "Nikolai Lanin", (1869, Litva-Riqa muzeyi), "Aleksey Savrasov" (TDQ), "Nikolai Kasatkin" (1876,TDQ) "Vladimir Brovskiy (TDQ) və digələrini göstərmək olar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 ПЕРОВ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.