Vikipediya:Kənd meydanı/Arxiv/May/2017

Vikipediya, azad ensiklopediya
Ən son rəy:7 il öncə, Qolcomaq tərəfindən "VikiLayihələr haqqında fikirləriniz" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

New Wikipedia Library Accounts Available Now (May 2017)

Hello Wikimedians!

The TWL OWL says sign up today!

The Wikipedia Library is announcing signups today for free, full-access, accounts to published research as part of our Publisher Donation Program. You can sign up for new accounts and research materials from:

Expansions

  • Gale – Biography In Context database added
  • Adam Matthew – all 53 databases now available

Many other partnerships with accounts available are listed on our partners page, including Project MUSE, EBSCO, Taylor & Francis and Newspaperarchive.com.

Do better research and help expand the use of high quality references across Wikipedia projects: sign up today!
--The Wikipedia Library Team 18:52, 2 may 2017 (UTC)

You can host and coordinate signups for a Wikipedia Library branch in your own language. Please contact Aaron.
This message was delivered via the Global Mass Message tool to The Wikipedia Library Global Delivery List.

19:14, 3 may 2017 (UTC)

Vikipediyaya girişin Türkiyədə bloklanmasına etiraz

Hörmətli həmkarlar. Hər birinizi META-dakı bu səhifədə dəstək nümayiş etdirməyə dəvət edirəm. Hörmətlə, --►Cekli829 11:02, 5 may 2017 (UTC)

Səs verdik. Bir nəticə olacaqmı görəsən. --Araz Yaquboglu (müzakirə) 14:25, 5 may 2017 (UTC)
Məncə olmayacaq. --►Cekli829 16:01, 6 may 2017 (UTC)
Çox üzüldüyüm bir xəbər oldu.. Digər bir tərəfdən Türkiyənin imici baxımından da heç də yaxşı bir qərar deyil.--Baskervill 22:18, 5 may 2017 (UTC)

9 dəfə bərpa edilən Mehdi İskəndərli məqaləsi

Silinməyə namizəd səhifələr bölməsinə əlavə edilən Mehdi İskəndərli məqaləsinin qeyri-ensikopedik olması ilə bağlı viki cəmiyyət razılığa gəlib. Səslərin əksəriyyəti məqalənin silinməsi yönündə olduğu üçün məqalə tərəfimdən silinib, ancaq müxtəlif İP-lər tərəfindən düz 9 dəfə yenidən yaradılıb. Aydın Məmmədov bu məsələdə məni və Nicat49-u maraqlı tərəf kimi göstərmək istəyir, ancaq anlamır ki, bu işdə bizim heç bir marağımız yoxdur. Mənə maraqlı olan Mehdi İskəndərli məqaləsini ərinmədən düz 9 dəfə yenidən yaradan "naməlum" şəxslərdir. Məqalənin silinməsinə tərəfdar olan Eldarado, Babək Akifoğlu, Wertuose-u və əvvəlcə silinməsinə və daha sonra saxlanılmasına qərar verən Cekli829-u müzakirəyə dəvət edirəm.--Baskervill 19:17, 7 may 2017 (UTC)

Salamlar, bağışlayın müzakirələrə qoşuluram. Məncədə, Mehdi İsgəndərli məqaləsi silinməlidir. Calal99 (müzakirə) 19:32, 7 may 2017 (UTC)
Nəzərinizə çatdırmaq istəyirəm ki, Silinməyə Namizəd Səhifələr səhifəsində səsvermə getmir, orada ciddi arqument ortaya qoyulmalıdır. Ciddi arqument isə budur ki, nə niyə ensiklopedikdir, nə niyə ensiklopedik deyil. “Məncə silinməlidir, çoxluq silinməsini tələb etdi və s. belə ifadələr heç bir səhifənin silinməsi üçün əsas ola bilməz. 100 nəfər də məqalənin silinməsini tələb etsə, cəmi 1 nəfər məqalənin ensiklopedik olduğunu arqumentlərlə əsaslandırsa, məqalə silinə bilməz, çünki ensiklopedik məqalə silinə bilməz. Baskervill, İMS, 2 idarəçinin müzakirə səhifəsi, mənim müzakirə səhifəm, bu dörd, 5-ci Kənd meydanında yeni müzakirə nəyə lazım idi? Bunun əvəzində məqalənin silinməzdən əvvəlki versiyada bərpa edin və yenidən silinməyə namizəd göstərin. Arqumentlərinizi ortaya qoyun, məqalə niyə ensiklopedik deyil. Məqalənin silinməsi üçün arqumentləriniz varsa, niyə bərpa etmək istəmirsiniz? Bərpa edin, arqumetlərinizi göstərin, 5 yerdə müzakirə getməyindənsə, müzakirə bir yerdə getsin və arqumentlərinizlə hamı tanış olsun. 20:09, 7 may 2017 (UTC)
@Baskervill, mən münasibətimi bu səhifədə bildirmişəm. Əlavə şərhə ehtiyac görmürəm. --►Cekli829 20:16, 7 may 2017 (UTC)
Mənim fikrim bitərəf idi. Sonradan demişdim qala bilər. Amma Baskervill qərar verib silibsə, deməli doğru edib. --Araz Yaquboglu (müzakirə) 04:37, 8 may 2017 (UTC)
Mən həmişə demişəm ki, Vikipediya MSK deyil. Adicə idarəçi seçkilərində belə 51 % yox, 66 %-in əsas götürülməsi özü də bunu sübut edir ki, Vikipediya demokratiya deyil. Ola bilər ki, 10 nəfər 1 məqalənin silinməsinə, 1 nəfər isə qalmasına tərəf olsun, amma o 1 nəfər elə arqumentlər gətirə bilər ki, məhz onun rəyi yekun qərarda əsas olar və məqalə saxlanılar. Mən dəfələrlə demişəm ki, həm Laboratoriyada həm də SNS-də sadəcə "qalsın, silinsin" formasında seçkilərdə səs verirmişik kimi hərəkətlər etməyək. Bu həm düzgün deyil, həm də qaydalara ziddir. Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi də budur ki, yaxşı olardı ki, yekunda bu mövzuda fikir bildirməmiş bir idarəçi qərar verərdi.--samral müzakirə 06:34, 10 may 2017 (UTC)

Beta Feature Two Column Edit Conflict View

Birgit Müller (WMDE) 14:28, 8 may 2017 (UTC)

Editing News #1—2017

18:06, 12 may 2017 (UTC)

Prototype for editing Wikidata infoboxes on Wikipedia

Hello,

I’m sorry for writing in English. It’d be great if someone could translate this message if necessary.

One of the most requested features for Wikidata is to enable editing of Wikidata’s data directly from Wikipedia, so the editors can continue their workflow without switching websites.

The Wikidata development team has been working on a tool to achieve this goal: fill and edit the Wikipedia infoboxes with information from Wikidata, directly on Wikipedia, via the Visual Editor.

We already asked for feedback in 2015, and collected some interesting ideas which we shared with you in this thesis. Now we would like to present to you our first prototype and collect your feedback, in order to improve and continue the development of this feature.

We present this work to you very early, so we can include your feedback before and all along the development. You are the core users of this feature, so we want to make sure that it fits your needs and editing processes.

You will find the prototype, description of the features, and a demo video, on this page. Feel free to add any comment or feedback on the talk page. The page is currently not translated in every languages, but you can add your contribution by helping to translate it.

Unfortunately, I won’t be able to follow all the discussions on Wikipedia, so if you want to be sure that your feedback is read, please add it on the Wikidata page, in your favorite language. Thanks for your understanding.

Thanks, Lea Lacroix (WMDE)

RevisionSlider

Birgit Müller (WMDE) 14:39, 16 may 2017 (UTC)

21:09, 16 may 2017 (UTC)

Flora ilə bağlı yaradılan məqalələrdə uyğunsuzluqlar

Salam. Son dövrlərdə flora ilə bağlı kütləvi şəkildə məqalələr yaradılır. Ancaq bu məqalələr azvikidə daha öncə yaradılmış məqalələrlə eynilik təşkil edir. Bir çoxlarının adlarında isə uyğunsuzluq var. Deyəsən, yaradılan məqalələrin demək olar ki, əksəriyyəti hər hansısa bir pdf-dən "copy-paste" olduğuna görə onlar kiril düzülüşü ilə adlandırılır. Məsələn, Nәhәng qantәpәr, Nəhəng qantəpər məqalələrinin adlandırılması eyni olsa da, onlar fərqli məqalələrə keçid verir. Başqa bir məsələ, daha əvvəl yaradılmış Aptek gücotu məqaləsi və bu gün fərqli adda yaradılmış Aptek kücotu məqaləsi. "Palıd meşələri" məqaləsində şablon hissəsinə ilk öncə daxil edilmiş bir neçə çay haqqında məqalə vikipediyada olmasına baxmayaraq, onlar daxili keçid vermirdi "Palıd meşələri" səhifəsinin versiyaları arasındakı fərqlər. Səhv etmirəmsə, bu problem də hərflərin kiril və ya latın düzülüşü ilə bağlıdır. Problemlər yalnız bu qeyd etdiklərimlə bitmir. Həmçinin bütün məqalələrə keçid verilməli, uyğun kateqoriyalar əlavə edilməlidir. Azvikidə flora ilə məqalələr yaradılarkən ilk öncə onlar latınca adları ilə axtarışa verilməlidir. Bu halda məqalə yenə də mövcud olmazsa, envikidə latınca ad ilə axtarışa verilməli, əgər həmin məqalə envikidə mövcuddursa, bizim dildə olub-olmaması yoxlanmalıdır. Fikrimcə flora ilə yeni məqalələr yaradılarkən, bizim dildə düzgün adlandırma ilə məqalə yaradılmalı, latınca adından isə həmin məqaləyə istiqamətləndirmə verilməlidir. İlk öncə təklif edirəm ki, bu tip məqalələrin yaradılması müvəqqəti olaraq dayandırılsın. Bu günə kimi yaradılmış olan məqalələrin düzgün adlandırılması yerinə yetirilsin və eynilik təşkil edən məqalələrin tərkibi daha öncə yaradılmış məqalənin tərkibinə köçürülsün. Bu kimi məqalərin bir çoxunun vikipediyada müəllifi olan Vagonun bu barədə fikir bildirməsi də faydalı olardı. Yeni fəaliyyətə başlamış istifadəçilərdən Imagine1991, Namazova.aysel, HacıyevaGülnar, Garden girl-90, Malikli və digər istifadəçilərin bu məsələlərə diqqət yetirmələri lazımdır. Hörmətlə:--Fortius-94 (Müzakirə) 18:44, 17 may 2017 (UTC)

Bəli problem deyilənlər kimidi. Bu məqalələri yaradan İstifadəçilər yeni olduğundan bilməyərəkdən belə alınır. Bəziləri artıq sonradan gördükdə ki varmış belə məqalə onda özləri məzmunu silirlər. Ən azı kopi-past olanda heç olmasa məqalə adını kopya etmək düzgün deyil. --Araz Yaquboglu (müzakirə) 04:52, 18 may 2017 (UTC)


Salam. Hörmətli -Fortius-94 . Şablonla bağlı yaranmış problemi həll etməyə çalışdım. Ataçay, Tıxçay haqqında vikipediyada məlumat yoxdu.--HacıyevaGülnar (müzakirə) 06:11, 18 may 2017 (UTC)

Salam. Hörmətli -Araz Yaquboglu Məndə də keçən dəfə belə bir problem oldu. Mən məqalənin məzmununu sildim və Sil şablonu əlavə etdim ki hörmətli idarəçilirimizdən biri görüb silsin. Bundan sonra daha keyfiyyətli məqalələr yaratmağa və təkrarçılığa yol verməməyə çalışacağam. --Jon Snow (müzakirə) 06:22, 18 may 2017 (UTC)

HacıyevaGülnar, mən həmin məqalənin şablon hissəsində keçidlə bağlı lazımi düzəlişləri dünən etmişəm. Siz həmin məqalənin tarixcəsinə daxil olaraq, mənim etdiyim dəyişiklərə nəzər salsanız, məqalə yaradılan zaman çay adlarının heç birinə daxili keçid verilmədiyini görəcəksiniz. Mən dünən problemləri qeyd etsəm də, bu gün yenə də fərqli istifadəçilər tərəfindən yaradılan məqalələrdə uyğunsuzluqlar var. Məsələn, Kinoya-2016 tərəfindən yaradılmış Kiçik qaytarma məqaləsi və daha əvvəl azvikidə yaradılmış Kiçik qaraqaytaran məqaləsi. Göründüyü kimi eyni məqalələr olsa da, fərqli şəkildə adlandırma mövcuddur. Siz və digər yeni istifadəçilər vikipediyada fəaliyyət göstərdikcə dediklərimi daha dərindən başa düşəcəksiniz. İndiki halda isə bu tip məqalələrin yaradılması müvəqqəti olaraq dayandırılmalı, siz və digər yeni istifadəçilər tərəfindən yaradılmış məqalələrin tərkibi daha öncə yaradılmış uyğun məqalənin tərkibinə köçürülməlidir. Hörmətlə:--Fortius-94 (Müzakirə) 17:46, 18 may 2017 (UTC)

Hörmətli Fortius-94 sizin dediklərinizi gələcək məqalələrimdə nəzərə alacağam. Məqaləmdə etdiyiniz düzəliş üçün təşəkkür edirəm. --HacıyevaGülnar (müzakirə) 06:45, 19 may 2017 (UTC) Hörmətli Fortius-94 Cox sagolun. dediklərinizi nəzərə alacağam.

Hi, you are invited to participate in the discussion on the proposal to make a banner through m: centralnotice to inform more people around the world about what the Turkish government has done about Wikipedia, ie all the language versions of Wikipedia are You are obscured, so in Turkey it is impossible to view the * .wikipedia.org site. To hope that the Turkish government will remove the block, it is necessary to raise awareness of this fact around the world because it is important to succeed in this mission because Wikipedia can not be seen in Turkey. With this message also for those interested, I invite him to sign the Wikimedian appeal.

If you have any questions or questions do not hesitate to contact me. Thanks best regards. --Samuele2002 (Talk!) 21:02, 21 may 2017 (UTC)

21:06, 23 may 2017 (UTC)

Samralın etimad səsverməsindən sonra 3 bloklanma

İdarəçilər səhifəsi növbəti dramatik səhnə ilə yadda qaldı. 3 ay bundan öncə idarəçi seçilən cənab istifadəçi Samralın viki cəmiyyətin ümumi razılığı ilə başladılmış etimad səsverməsinin gedişatında özü idarəçilikdən imtina etdi və bu qərarda META tərəfindən təsdiqləndi. Hər şey arxada qaldı. Cənab istifadəçiyə həm şəxsi, həm vikipediya ilə bağlı ola biləcək bütün fəaliyyətlərində uğurlar arzu edirəm. Mənim diqqət cəkmək istədiyim məsələ tamamilə başqadır. Samralın etimad səsverməsi ilə bağlı müzakirələr gedərkən, söhbət tamamilə başqa istiqamətlərə yönəldi və nəticədə 3 nəfər istifadəçimiz bloklandı. Aydinsalis 1 ay, Rufet Turkmen 1 həftə və Calal99 2 gün müddətinə bloklanıb. Dəyərli fəaliyyətləri ilə fərqlənən istifadəçilərin bloklanması məni çox üzdü. Calal99 tərəfindən işlədilən müraciət formasına görə bəlkə də daha uzun müddətə bloklanması mümkün idi, ancaq düşünürəm ki, Aydinsalisə verilmiş 1 aylıq bloklanma müddəti həddindən artıq çoxdur. İnanıram ki, Aydinsalis bu gündən etibarən Samralın idarəçilik məsələsi ətrafında heç bir məsələyə fikir bildirməyəcək və onada inanıram ki, cənab idarəçimiz Cekli829, Aydinsalisin bloklanması məsələsinə bir daha nəzər salacaq. Hörmətlə:--Baskervill 20:16, 25 may 2017 (UTC)

Baskervillin fikirlərinə qoşuluram. Mən qətiyyən belə olmasını istəməzdim. Aydın bəyə də, Rüfət bəyə də əvvəlcədən facebookda yazdım ki, müzakirəni, mübahisəni yekunlaşdırın. Calal99-u şəxsən tanımasam da onun da dəyərli fəaliyyətinə hörmətim var. Təəssüf ki, mənə qulaq asmadılar. Bloklamalardan sonra Cekliyə müraciət də etdim. Təklifimi qəbul etmədi. Nə deyim. İnşallah xeyirlisi. Bircə onu deyim ki, mən belə olmasını qətiyyən istəməzdim. Hər 3 istifadəçi azviki üçün çox dəyərlidir.--samral müzakirə 21:34, 25 may 2017 (UTC)
Aydın bəy viki üçün dəyərli istifadəçidi. Çox heyif ki, müzakirələrə çox meyillidi. Mən də Ceklidən xahiş edirəm ki, onun blok müddətinə bir də baxsın. Və Aydın bəydən də xahiş edirəm ki, bir daha bu qədər müzakirələrə qoşulmasın. --Araz Yaquboglu (müzakirə) 05:17, 26 may 2017 (UTC)
Salam, BaskervillSamrala blok müddətimin azadılması ilə bağlı göstərdikləri səylər üçün təşəkkürlər. Samralla bağlı olan səsvermədə Tərxan bəy başqa İP ilə yazmağa icazə vermişdi. Fikrimcə heçbir problem yoxdur bu İP ilə keçid verdiyim bu məqalənin üzərində işləyəcəm. Məqaləyə keçid verməyimin həmdə səbəbi odur ki, yəni burada olan 2 idarəçi və istifadəçilər həmin məqalənin üzərində işləyənin mən olduğumu görsünlər. Yəni birdən qeydiyatdan keçməmiş başqa bir İP bilib redaktəni geri götürərlər. Hörmətlə Rufet Turkmen--94.20.88.194 15:21, 26 may 2017 (UTC)
✅Y Calal99-un blok müddəti artıq başa çatıb. Rufet TurkmenAydinsalisin bloklarını isə 28 may – Respublika Günü münasibəti ilə açıram. Bayramımız mübarəkǃ --►Cekli829 20:16, 27 may 2017 (UTC)
Cənab --►Cekli829 atmış olduğunuz addımı görə sizə təşəkkür edirəm və öz növbəmdə bütün viki icmanın bayramını təbrik edirəm.--Baskervill 21:46, 27 may 2017 (UTC)
Təşəkkürlər cənab Cekli829. Məndə öz növbəmdə bütün AzVikipediyaçıların bayramını təbrik edirəm.--Rufet Turkmen (müzakirə) 22:51, 27 may 2017 (UTC)
Məsələni tam bitirmək və gələcəkdə yanlışlıqların bir daha baş verməməsi üçün Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarının “İdarəçilərin və bürokratların statuslarının alınması” bölməsinin 2 bəndinin hər biri üçün bir izah əlavə edilməsinə ehtiyac var. Aşağıda təklif edəcəyim izah variantına burada həmkarlarım tərəfindən etiraz olmazsa qeyd kimi həmin qaydaya əlavə edilməlidir. İzahın qaydaya əlavə edilməsi üçün səsvermə tələb olunmur.

1. 1-ci bənddə “Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır” cümləsi üçün izah belə olmalıdır:

*Bürada “Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır” deyildikdə idarəçinin idarəçi fəaliyyətinin ilk olaraq “Vikipediya:İdarəçilərin fəaliyyəti” qaydasına uyğun olmaması, yaxud Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarının “İdarəçilərin və bürokratların statuslarının alınması” bölməsinin “İdarəçinin qeyri-aktivliyə görə statusundan məhrum edilməsi” alt bölməsinin şərtlərinə uyğun olması nəzərdə tutulur. Həmçinin idarəçilərin idarəçi fəaliyyətinə aid olan digər qaydaların pozulmasını da əsas göstərmək olar (Məsələn, Vikipediya:Bloklama qaydaları və s.).

Qeyd edilən qaydanın 1-ci bəndinə bu izahın əlavə edilməsinə ona görə ehtiyac var ki, orada yazılan “qayda” sözü son səsvermədə "İdarəçilərin və bürokratların seçilməsi qaydaları"nın "İdarəçilərin və bürokratların statuslarının alınması" bölməsinin 2-ci bəndi hesab edilmişdir. Əgər idarəçinin statusunun alınmasını tələb edən tərəfin bu bəndi əsas göstərməsi məqbuldursa, onda ən nümunəvi idarəçiləri də bu bəndi əsas göstərməklə statusdan məhrum edilməsini müvəffəqiyyətlə tələb etmək olar. Bəndin sonuncu "Əks halda onun statusun alınması ilə bağlı tələbi qisas kimi qəbul oluna bilər" cümləsi isə artıq heç bir işə yaramır.

2. 2-ci bəndə aşağıdakı izah əlavə olunmalıdır:

Bu izahın bəndə əlavə edilməsinə ona görə ehtiyac var ki, müvafiq qaydada 2 yerdə idarəçi razılaşmasının həmin səhifədə keçirlilməsi göstərilmişdir. Cekli829 bunu qəbul etməməyini onunla əsaslandırdı ki, həmin 2 yer "İdarəçinin qeyri-aktivliyə görə statusundan məhrum edilməsi" alt bölməsində göstərilirsə, bu yalnız qeyri-aktivliklə əlaqəli hallarda olmalıdır. Lakin həmin alt bölmənin 6 bəndindən 5-i qeyri-aktivliklə bağlı deyil. Etiraz edən yoxdursa, sabah hər iki izahı qaydaya əlavə edim? Aydın Məmmədov (müzakirə) 09:49, 28 may 2017 (UTC)

Aydinsalis, müvafiq əlavələr üçün səsverməyə ehtiyac var. Ona görə də yaxşı olar ki, qaydaya dəyişiklikdənsə, daha sadə və özündə konkretliyi əks etdirən yeni bir qayda hazırlansın. Məsələn, mövcud VP:İBSQ-də olan bir qüsuru da mən göstərim. Həmin qaydanın "İdarəçilərin və bürokratların statuslarının alınması" bölməsinin "İdarəçinin qeyri-aktivliyə görə statusundan məhrum edilməsi" altbölməsinin 5-ci bəndində göstərilib ki, "İdarəçi statusundan məhrum edilən şəxs həm də bürokratdırsa, o avtomatik olaraq bürokrat statusundan da məhrum edilir." Amma "Səslərin hesablanması və nəticə" bölməsinin "Nəticələrin hesablanması" altbölməsinin 4-cü bəndində göstərilib ki, "Bürokrat statusunun alınması ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 3/4-ü müsbət olduğu halda bürokratın statusu əlindən alınır." Gördüyünüz kimi bir-birinə zidd iki bənd mövcuddur. Ona görə də düşünürəm ki, daha məntiqli, daha konkret bir qaydaya ehtiyac var. Yeni qaydanı hazırlayarkən isə qaydanı ardıcıl bəndlərlə hazırlamaq gələcəkdə rahat fəaliyyəti də təmin edəcək ki, istinad zamanı qarışıqlıq yaranmayuacaq. Məsələn, istinad zamanı belə deyə bilərik: VP:İBSQ-nin 9-cu bəndi və yaxud da VP:İBSQ-nin B-16-cı bəndi. --►Cekli829 11:34, 28 may 2017 (UTC)

Cekli829, düzü mən bürokrat statusu ilə maraqlanmamışam. Bürökratın etimad səsverməsində 3/4 müsbət səsin tələb olunması, məncə hər yerdə belədir. Amma bu qaydada yazılan "şəxs həm də bürokratdırsa, o avtomatik olaraq bürokrat statusundan da məhrum edilir" müddəası məncə bürokratın etimad səsverməsi üçün tələb olunan 3/4-ə müsbət səs tələbinə zidd deyil. Çünki ikincidə bürokratın yox, idarəçinin səsverməsi keçirilir. İdarəçinin etimad səsverməsi, əlbəttə ki idarəçi üçün tələb olunan 2/3 müsbət səslə statusunun alınması ilə nəticələnə bilər. Bu halda idarəçi bürokratdırsa statusunu avtomatik olaraqn – artıq səsverməsiz, itirir. Qeyd etdiyim kimi bu məsələni öyrənməmişəm. Amma mümkündür ki bu azviki üçün orijinal qayda deyil. Sadəcə baxmaq lazımdır, görək başqa vikilərdə necədir? Bəlkə bizdə bu qaydanı hazırlayanlan bürokratı daha asan yolla aradan götürmək məqsədi güdüblər? – bu da ola bilər. Ola bilər qaydanı hazırlayanlar Azviki reallıqlarını əsas götürüblər? Hər halda müzakirələr gedib, qayda qüvvəyə minibsə, deməli qüvvədədir. Bizdə idarəçi-bürokratın idarəçilik statusunun alınması tələbi səsverməyə çıxarılarsa və müsbət nəticə olarsa, deməli o avtomatik olaraq bürokrat statusunu da itirəcəkdir.
Qayda isənilən vaxt təkminləşdirilə və yenidən səsverməyə çıxarla bilər. Amma mənim təklif etdiyim izah üçün səsvermə tələb olunmur. Çünki bu izahlar qaydanı dəyişdirmir, sadəcə izah edir. Hər yerdə bilədir, mübahisəli bəndlər üçün müzakirələrdə komentariya hazırlayırlar və səsverməsiz qaydaya yerləşdirirlər. Aydın Məmmədov (müzakirə) 12:03, 28 may 2017 (UTC)
2-ci bənd üçün daha bir izahın olmasını da vacib hesab edirəm:
  • Burada “idarəçilərin ümumi razılığı” deyildikdə idarəçinin statusunun alınması ilə bağlı tələbin əsaslandırılıb əsaslandırılmamağı nəzərdə tutulur. İdarəçilər tələbin əsaslı, yaxud əsassız olmasını müzakirə etməli və öz aralarında bunu razılaşmalıdırlar. İstənilən halda əgər idarəçinin statusunun alınması ilə bağlı tələb irəli sürülübsə, tələb əsaslandırılıbsa və tələb ciddidirsə səsverməyə start verilməlidir.
2-ci bənddə bu izahın əlavə edilməsinə isə ona görə ehtiyac var ki, yaxın günlərə qədər “idarəçilərin ümumi razılığı” ifadəsi doğru başa düşülməmiş, idarəçilərin səsverməsi, yaxud idarəçilərin istəkləri kimi qəbul edilmişdir. Əslində isə qaydada heç bir istəkdən və səsvermədən söhbət getmir. Nəticədə idarəçilərin statusunun alınması ilə bağlı bir çox tələblərə heç bir reaksiya olmamış, problemlər daha da dərinləşmişdir. Bu isə ən azından “Vikipediya:İdarəçilərin fəaliyyəti” qaydasının kobud şəkildə pozulması idi. Qaydada isə dəqiq olaraq göstərilir ki, statusun alınması ilə bağlı tələb əsaslandırılmazsa qisas kimi qəbul edilməlidir. Belə başa düşülür ki tələbin doğru, yaxud qisas olması idarəçilərin müzakirəsində müəyyənləşdirilməlidir. Və idarəçilərin müzakirəsi idarəçilərin istək və səsverməsi deyil. Müzakirədə tələbin doğru olub-omaması müzakirə edilməlidir, doğrudursa səsverməyə start verilməli, yalandırsa tələb edən qaydalara uyğun cəzalandırılmalıdır. Aydın Məmmədov (müzakirə) 13:30, 28 may 2017 (UTC)

VikiLayihələr haqqında fikirləriniz

Salam. VikiLayihələrə aid olan şablonu yeniləmişəm. Amma burada bəzi suallar ortaya çıxır. Xahiş edirəm öz fikrinizi bildirəsiniz. Birinci məsələ məqalələrin keyfiyyətinin qiymətləndirilməsidir. Bu mövzuda ingilisrus dilli vikipediyada iki fərqli qiymətləndirmə şkalası mövcuddur. Hansı tətbiq etmək lazımdır? Qeyd edim ki, ingis dilli vikipediyadakı tətbiq daha geniş yayılmışdır. İkinci məsələ keyfiyyətinə görə kateqoriyalar A statuslu ya A dərəcəli adlandırılmalıdır? Sizcə hansı adlandırma daha düzgündür? Son məsələ isə texniki məsələdir. Belə ki, keyfiyyət və əhəmiyyətin bir yerdə olduğu kateqoriyaların adlandırmasında belə bir probelm ortaya çıxır : A statuslu və Ən əhəmiyyətli layihə məqalələri. Burada əhəmiyyəti göstərən söz də böyük hərflə yazılır. Bunu necə həll etmək olar. Hörmətlə --Drabdullayev17 (müzakirə) 06:06, 29 may 2017 (UTC)

Böyük hərf ilə bağlı problemi həll etdim. --Drabdullayev17 (müzakirə) 06:20, 29 may 2017 (UTC)
Bu mövzu heçkimə maraqlı deyil deyəsən. Xahiş edirəm fikirlərinizi bildirəsiniz. --Drabdullayev17 (müzakirə) 15:57, 3 iyun 2017 (UTC)
Salam Aleykum. Həmkar düşünürəm I, II, III, IV dərəcələrin tətbiqi olsa yaxşı olar. Amma onuda bilin ki, bizim viki hələ 1 milyonluq məqalə ehtiyatına malik deyil. Gücü məqalələrimizi artıqmağa yönəltmək lazımdır. Bununla belə fikiriniz əladır. Fəaliyyətinizdə uğurlar__Q🅾⚓Ç🅾Ⓜ🅰Q (müzakirə) 20:20, 4 iyun 2017 (UTC)

Bildiriş problemi

Envikidə və ya digər vikilərdə olanda VikiMənbədən və ya başqa hansısa vikilayihədən bildiriş varsa, onu yuxarıda rəqəmlə göstərir. Amma azvikidə olanda ancaq azvikinin bildirişləri yuxarıda göstərilir. VikiMənbədən, ya başqa vikilərdən bildirişləri göstərmir. Bunu necə düzəltmək olar?--samral müzakirə 07:24, 29 may 2017 (UTC)

Məndə göstərir. --Araz Yaquboglu (müzakirə) 10:41, 29 may 2017 (UTC)