Vinçenso Perucia
Vinçenso Perucia | |
---|---|
it. Vincenzo Peruggia | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Fransa |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | incəsənət oğrusu[d], rəssam və rəngsaz[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Vinçenso Perucia (it. Vincenzo Peruggia; d. 8 oktyabr 1881, İtaliya - ö. 8 oktyabr 1925, Fransa) — "Mona Liza"nı tarixi vətəninə qaytarmaq arzusuyla oğurlamış şəxs; italyan rəssam və dekorator.
Əsrin oğrusu
[redaktə | mənbəni redaktə et]Vinçenso Perucia XX əsrin ən səs-küylü oğurluğunun baş qəhrəmanıdır. O, 1911-ci il avqustun 21-də Parisdəki "Luvr" muzeyindən dahi italyan rəssamı Leonardo da Vinçinin şedevri - "Mona Liza" rəsmi oğurlamışdır.
Həmin vaxt o, Luvr muzeyinin sabiq əməkdaşı idi. Milliyyətcə italyan olan rəssam və dekorator Vinçenso Perucia üçün "Cokonda"nı oğurlamaq heç çətin olmamışdır. Perucia, sadəcə, muzeydəki şkafların birində gizlənərək iş vaxtının bitməsini gözləyib. Daha sonra şəkli divardan çıxararaq muzeyi tərk etmişdir. Məhkəmənin ona cəmi 1 illik həbs cəzası kəsmişdir[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Əsrin oğurluğu"ndan düz 100 il keçir". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-22.