Voytsex Boquslavski
Voytsex Boquslavski | |
---|---|
pol. Wojciech Romuald Bogusławski | |
Doğum tarixi | 9 aprel 1757[1][2][…] |
Vəfat tarixi | 23 iyul 1829[1][2][…] (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tərcüməçi, dramaturq, musiqi pedaqoqu, universitet müəllimi[d], teatr aktyoru, rejissor, müğənni, yazıçı, teatr rejissoru |
Vikianbarda əlaqəli mediafayllar |
Voytsex Boquslavski (pol. Wojciech Romuald Bogusławski; 9 aprel 1757[1][2][…] – 23 iyul 1829[1][2][…], Varşava, Polşa çarlığı[3]) — polyak rejissoru, aktyor, müğənni, dramaturq, teatr xadimi. Polşa peşəkar musiqili və dram teatrının yaradıcısı. Polşada teatrın banisi kimi tanınır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1762–1770-ci illərdə Varşavada monastır məktəbində oxumuşdur; hərbi xidmət də olarkən həvəskar tamaşalarda çıxış etmişdir. 1778-ci ildə F. Monbrenin peşəkar truppasına daxil olmuş, milli operanın yaradılması üzrə ilk təcrübələrdə iştirak etmişdir. 1783–1785, 1790–1794 və 1799–1814 illərdə Milli aktyorlar truppasının direktoru olmuş, 1827-ci ilədək orada aktyor kimi də işləmişdir. Vilnoda səyyar truppa təşkil etmişdir. 1795-ci ildə Lvovda teatr yaratmış, 1799-cu ilədək ona rəhbərlik etmişdir. Müəllifi olduğu komediyaları və özünün tərcümə etdiyi klassik dünya dramaturgiyasının ən yaxşı nümunələrini tamaşaya qoy muşdur. Boquslavskinin librettoçu kimi fəaliyyəti Polşa opera teatrının inkişafında əhəmiyyətli rol oynamışdır.
Kostyuşkonun başçılığı ilə üsyan ərəfəsində, milli folklor materialı əsasında yaradılmış vətənpərvərlik operası böyük siyasi rezonansa səbəb olmuşdu; müasir Polşa teatrlarının reper tuarında saxlanılmışdır. Boquslavski eyni müvəffəqiyyətlə dramatik aktyor və opera müğənnisi kimi də çıxış etmişdir. 1811-ci ildə Polşada ilk Dram məktəbini yaratmışdır. Polşa tarixində aktyorluq sənətinə dair 1812-ci ildə yazılmış Dramaturgiya, yaxud Səhnə sənəti haq qında elm adlı ilk dərsliyin mü əllifidir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 234. ISBN 978-9952-441-03-1.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 235. ISBN 978-9952-441-03-1.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Wojciech Boguslawski // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Богуславский Войцех // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.