Xınzırək nahiyəsi
Xınzırək nahiyəsi —1727-ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İrəvan livası inzibati–ərazi vahidi.
Haqqında
[redaktə | mənbəni redaktə et]1727-ci ildə İrəvan əyalətinin nahiyələrindən birinin adı. Nahiyə İndiki Eçmiadzin rayonunun ərazisinin müəyyən hissəsini əhatə edirdi. Xunus və türk dillərində örək "tikinti", "istehkam" sözlərindən ibarətdir.[1]
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponimin "Xunus" hissəsi qədim türk mənşəli xun (hun etnoniminin bir forması, məsələn, Albaniyada Xunanqala) və qədim türk dillərində cəm bildirən "s" şəkilçisindən, (yaxud yunan mənşəli "os" adlıq hal şəkilçisin-dən) ibarətdir. Xınzirək "Xunusörək" adının zaman keçdikcə danışıqda təhrifidir. Nahiyə isə qədim Xınzirək kəndinin adı ilə adlanmışdır. Nahiyə indiki Eçmiədzin rayonu ərazisinin müəyyən hissəsini əhatə edirdi. [2]
Kəndləri
[redaktə | mənbəni redaktə et]- Xınzırək
- Məmmədəlikənd
- Mirmərək Mirək- Əmir Mərək adından təhrifdir
- Molla Abdi Mənbədə kəndin adı "Monla Abdi"
- Molla Xəlil Mənbədə kəndin Dumbulu tayfasının məskunlaşiası nəticəsində yarandığı qeyd olunur
- Molla Hacılı "əhalisi Sinli camaatındandır"
- Muğanlı[3]
- Musahacılı "Əhalisi Sinli camaatındandır"
- Musaxacəli "Sinlu əşirətinə" mənsub olması göstərilir
- Nazravan
- Nakivdar kənd Dumbuli tayfasının məskunlaşması nəticəsində yaranmış[4]
- Samaqar (Eçmiədzin)
- Söyüdlü "Əhalisi Dünbili camaatındandır"[5]
- Taşlıca[6]
- Uzunqışlaq
- Üzənli"Başqa adı İrəmli" (yenə orada). "Əhalisi Şaqiabad camaatındandır" (yenə orada). Bax: İrəmli. Türk dillərində üzən "mal-qaranın yaxşı yediyi ot"[7][8]sözündəndir.
- Üçkilsə kəndi
- Xatunbulağı "Xatun tərəfindən təmir edilmiş (düzəldilmiş) bulaq" mənasındadır.
- Xatun karyeri Xatun, ərəbcə qəryə "kənd" və azərbaycanca yer sözlərindən ibarətdir. "Xatun qəryə yeri"
- Xatunməzrəsi Xatuna (xanın, bəyin arvadına) mənsub əkin yeri" mənasındadır.
- Xaçaparaq kəndi "Əhalisi Reyhanlu camaatıdır" (yenə orada).
- Xeyrəbad Ehtimal ki, türk dillərində kair "sıldırım", "yarğanlı"[9][10] və bət "səth", "üz" sözlərindən ibarətdir.
- Xəlilkəndi
- Xocaparalı Mənbədə kəndin Reyhanlı tayfasına məxsus olması göstərilir (yenə orada). "Xacəyə məxsus para (əkin sahəsi), sahə "yer mənasındadır.[11]
- Hacıbəyli
- Həlimxan[12]
- Çayırbəyli
- Çaltəpə[13]
- ÇərəkliOrta əsrlərdə Anadoluda yaşamış Çərəkli tayfasının[14][15] məskunlaşması nəticəsində yaranmışdır. Çərəkli mənşəcə Səlcuq oğuzlarının Avşar (Əfşar) tayfasının Çeriklu qolunun[16][17] adının fonetik formasıdır.
- Çilak Bulğunluk
- Şakabad Er. əv. VII əsrdə gəlmiş qədim türk mənşəli Sak (Şaka) tayfasının adını əks etdirir. İranda Şakabad kənd adı[18] ilə mənşəcə eynidir[19]
- Darablu
- Güllücə (Abaran)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Хынзырәк наһијәси // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (X)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (M)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (N)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.[]
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (S)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (T)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
- ↑ Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974.
- ↑ Киракос Гандзакеци. Пер с. др. армянского, предисловие и комментарии Л.А.Ханларяна, М.,. История. 1976.
- ↑ Боченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969.
- ↑ Qızılbaşlar tarixi,. Bakı. 1995.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (X)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (H)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (Ç)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.
- ↑ Джалиле Джалил. Курды Османской империи М.,. 1968.
- ↑ Məmmədov H. "Dəftəri-müfəssəli-əyaləti Tiflis"də yеr adları. “Azərbaycan filologiyası məsələləri”. II. Bakı: Еlm. 1984.
- ↑ Faruq Sümər. Oğuzlar. Bakı. 1992.
- ↑ Kirzioqlu F. Kars talihi. I. Ankara. 1953.
- ↑ Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. I. Баку. 1991.
- ↑ "Ermənistanda Azərbaycan mənşəli toponimlər (Ş)". azkurs.org. İstifadə tarixi: 27 dekabr 2022.