Xutudərə monastırı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xutudərə monastırı
Ölkə  Azərbaycan
Şəhər Xocavənd rayonu
Yerləşir Binə kəndi
Aidiyyatı Qafqaz Albaniyası
Xaçın knyazlığı
Üslubu Qafqaz Albaniyasının memarlığı
Vəziyyəti xarabalıqları qalır
Xutudərə monastırı (Azərbaycan)
Xutudərə monastırı
Monastırın planı

Xutudərə monastırıXocavənd rayonunun Binə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kompleksin dövrümüzə daha yaxşı vəziyyətdə çatmış iki kilsəsi erkən orta əsrlərdə region üçün ənənəvi olan birnefli bazilika formasına malikdir. Memarlıq inşaat xüsusiyyətlərinə əsasən abidənin V-VI əsrlərdə inşa edildiyi güman edilir.

Hər iki kilsə planda qeyri bərabər tərəfli rombvari formaya və nalvari apsidaya malikdir. Kilsələr düzbucaqlı formalı dəhliz ilə əlaqələndirilir. Monastır ətrafında müdafiə divarlarının, ərazidə isə sovməə və mülki tikililərin qalıqları müşahidə edilir.

Memarlıq inşaat xüsusiyyətlərinə əsasən abidənin V-VI əsrlərdə inşa edildiyi güman edilir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Abidələr kompleksi Binə kəndinin şimalında yerləşir. Kompleksin dövrümüzə daha yaxşı vəziyyətdə çatmış iki kilsəsi erkən orta əsrlərdə region üçün ənənəvi olan birnefli bazilika formasına malikdir.[2] Hər iki kilsə planda qeyri bərabər tərəfli rombvari formaya və nalvari apsidaya malikdir. Kilsələr düzbucaqlı formalı dəhliz ilə əlaqələndirilir. Monastır ətrafında müdafiə divarlarının, ərazidə isə sovməə və mülki tikililərin qalıqları müşahidə edilir.[2]

Dəhlizin hər iki tərəfində yerləşən iki kilsədən cənub tərəfdə olanı 8.5x4 metr ölçüyə malik birnefli bazilikadır. Düzbucaqlı plana malik olan zal, şərq tərəfdən nalvari apsida ilə tamamlanır. İbadət zalında dərin niş var, kilsənin yeganə qapısı isə şimal tərəfdən açılır. Kilsə heç bir pəncərəyə malik deyil, yeganə işıq mənbəyi isə dəhlizə açılan qapıdır. Lakin, kilsənin hazrda qismən dağılmış tağtavandakı dəliklə də işıqlandırıldığını güman etmək olar.[2]

Daha kiçik ölmülərə malik ikinci kilsə isə kompleksin şimal tərəfində yerləşir. Planda rombvari görünüşə malik olan birnefli bazilika nalvari apsidaya və cənub divarında kvadrat formalı niş vardır. Birinci kilsə kimi, ikinci kilsə də pəncərələrə malik deyil. Kilsənin qapısı cənub divarında yerləşir.[2]

Hər iki başında kilsə yerləşən dəhliz, şərq-qərb oxu boyunca uzanan və planda düzbucaqlı formala malik olan 6 x 3.7 metr ölçülü zaldır. K. Mkrtçyan zalın əlavə funksional xüsusiyyətının da olduğunu düşünür. Dəhliz dövrümüzə yalnız qalıqlar çatmış üç tağlı zalın davamı kimi nəzərdə tutulub və vaxtilə dam örtüyünə də malik idi. Ehtimal ki, ibadət zamanı dəhliz həm də üçtağlı zala yığılanlar üçün altar rolunu oynamışdır. Bütün kompleks arasında əlaqələndirini mövqeyini həyata keçirən bu mühüm memarlıq elementi sonrakı dövrlərdə də xırda dəyişikliklərlə bölgənin memarlığında istifadə edilmişdir. Bu elementinin mülki memarlıqda tətbiqinin ən parlaq nümunəsi Xaçın knyaz sarayı və sonrakı dövrlərdə inşa edilmiş məlik saraylarıdır.[2]

Kilsələrin memarlığında, xüsusilə altarların tərtinatında isə Mingəçevir kilsə kompleksinə daxil olan tikililər, Pipan bazilikasıYeddi qapı monastırının təsiri, Vaquas monastırıƏyrivəng kilsəsi ilə yaxınlıq müşahidə edilir.

Kapitellər, timpanlar, sütunlar və tağ kəmərləri istisna olmaqla, kompleksin bütün tikililəri kobud işlənmiş daşlardan hörülmüşdür. 140-200 sm qalınlığa malik divarlarn hörgüsündə qonşuluqdakı Susanlıq kəndindəki Yeddi qapı monastırında istifadə edilmiş hörgü texnikası istifadə edilmişdir.[2] Burada da iri və xırda daşlar yanaşı istifadə edilir. K. Mkrtçyanın sözlərinə görə, hər iki abidənin inşa texnikası o qədər identikdir ki, sanki onlar eyni ustad-memarın əl işidir.[1]

  1. 1 2 Mkrtçyan, 1989. səh. 88
  2. 1 2 3 4 5 6 Mkrtçyan, 1989. səh. 87
  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989