Yapon gərməşovu
Yapon gərməşovu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yapon gərməşovu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yapon gərməşovu (lat. Euonymus japonicus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Yaponiyada, Qafqazda yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 4-8 m olan həmişəyaşıl ağac və ya koldur. Cavan budaqları dörtdilli, qabığı qonurumtul-yaşıldır. Yarpaqları dərivarıdır, üst tərəfdən parlaq, tünd-yaşıl, altdan isə nisbətən solğun rəngdədir. Qaidə hissəsi pazvarı, kənarları oyuqvarı dişlidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərinin sayı 10-40 ədəd olub, yarımçətirli çiçək qrupunda yerləşir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Gilli, qumsal torpaqlarda yaxşı bitir, şaxtaya, istiyə davamlıdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər olan meşələrdə seyrək hallarda bitir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Bu növ Böyük və Kiçik Qafazda, Cənub bölgəsində yayılmışdır. Respublikanın bütün rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dekorativ bitki kimi yaşıllaşdırmada geniş istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Australian Plant Name Index (ing.).