Yasəmənyarpaq katalpa
Yasəmənyarpaq katalpa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Yasəmənyarpaq katalpa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yasəmənyarpaq katalpa (lat. Catalpa bignonioides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Şimali Amerikada yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Çətirli, enli, hündürlüyü 20 m olan, yumru ağacdır.Yarpaqları adi yasəmən yarpağına bənzəyir, lakin ondan böyükdür, üst tərəfi açıq-yaşıl, altı tüklü olub, iridir.Enli yumurtavari və ya ürəkşəkilli yarpaqları 10-20 sm uzunluğunda. 10-15 sm enindədir. Çiçəkləri ağ rəngli, 3sm enində, az ətirli, qırmızı-qəhvəyi, qonur xallarla örütülü olub, çoxçiçəkli süpürgə çiçək qrupunda yerləşir. İyun-iyul aylarında çiçəkləyir. İkicinslidir, kasacığı ikiyə bölünmüşdür, dişiciyi 1, erkəkcikləri 5 ədəd olub, yalnız ikisində tozcuq əmələ gəlir.Meyvələrin uzunluğu 15-20 sm, qalınlığı 6-8 mm olan uzun qutucuqlardır, toxumları qanadlıdır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Qışadavamlı, isti, rütubət və işıqsevəndir. Torpağa tələbkar deyil. Şəhər şəraitinə dözür. Küləyə davamlı deyil.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Abşeronda, Naxçıvanda və Cənub bölgəsində mədəni halda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Çətiri və yarpaqları dekorativdir.Azərbaycanda park və xiyabanlarda, küçələrin yaşıllaşdırılmasında geniş istifadə olunur. Gözəl katalpa, hibrid katalpa, yumurtavari katalpa növlərinə də təsadüf edilir.Tək ağac kimi alleyalarda, qrup halında massivlərdə istifadə edilir.