Gəncə qəzası

Vikipediya, azad ensiklopediya
(Yelizavetpol qəzası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Gəncə qəzası
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Quberniya Gəncə quberniyası
Mərkəzi Gəncə
Yaradılıb 10 (22) aprel 1840
Ləğv edilib 8 aprel 1929
Sahəsi 7695,7 (1897)[1] verst²; 8726,0 verst² (1917)
Əhalisi 162788 (1897)[1]; 214746 nəfər (1917)
Xəritə
Gəncə qəzası xəritədə
Yelizavetpol qəzası — 1 yanvar 1903-cü ilin xəritəsi

Gəncə qəzası (1918-ci ilədək Yelizavetpol qəzası) — Rusiya imperiyasıAzərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasında inzibati-ərazi vahidi. Rusiya imperiyası Gəncə xanlığını işğal etdikdən (1804-ci il, yanvar) sonra xanlıq ləğv edildi, Yelizavetpol dairəsi yaradıldı. Dairə Gürcüstan quberniyasının tərkibinə daxil edildi.

1840-ci il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmşəddil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu.

1846-cı il 14 dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil edildi.

1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car-Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş-Pşav-Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi.[2] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[3] Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[2] Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car-Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842-ci ildə, şəhər yerlərində 1848-ci ildə, ümumən Car-Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844-cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.[3] Beləliklə, həmin məlumatlara əsasən Yelizavetpol qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 48.888 nəfər əhali yaşayırdı.[2]

Çar II Aleksandrın 1867 il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldıqda, Yelizavetpol qəzası Tiflis quberniyasından alınaraq onun tərkibinə verildi, yeni Qazax qəzası təşkil edildi. Qafqaz təqviminin (1917) məlumatına görə, qəzanın ərazisi 8726,0 kv.verst idi. Qəzada 214746 nəfər əhali yaşayırdı. Onların 191096 nəfəri yerli sakinlər, 23650 nəfəri müvəqqəti yaşayanlar idi. Əhalinin 111610 nəfəri kişi, 103136 nəfəri qadın idi. Azərbaycanlılar (140 mindən çox) əhalinin 65,2%-ni təşkil edirdi. Çarizmin köçürmə siyasəti nəticəsində qəzada 12,3 min rus yaşayırdı. Qəza əhalisi kənd təsərrüfatı, sənətkarlıq və ticarətlə məşğul olurdu. Fevral inqilabından (1917) sonra Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə icraiyyə komitəsi təşkil olundu. Oktyabr çevrilişindən (1917) sonra qəzada bolşeviklərin pozuculuq fəaliyyəti gücləndi. Cümhuriyyət Hökumətinin Yelizavetpola köçməsinin qəzanın da həyatında böyük rolu oldu. Hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə Yelizavetpol Gəncə adlandırıldıqdan sonra, qəza da, müvafiq olaraq, eyni adı aldı. Gəncə qəzasında sabitliyin yaradılması və iqtisadi inkişafın təmin edilməsi üçün tədbirlər görüldü. Bolşeviklər qəza əhalisinin əksər hissəsinin kəndlilərdən ibarət olduğunu nəzərə alaraq, kəndli hərəkatının geniş-ləndirilməsinə çalışırdılar. Dövlət qəzanın idarəçiliyini təkmilləşdirmək məqsədilə Gəncə qəzasını iki yerə bölməyi qərara aldı. Parlament 1920-ci il aprelin 22-də Gəncə qəzasına daxil olan 34 kənd icması əsasında Şamxor qəzasının yaradılması haqqında qanun qəbul etdi. Lakin qısa müddətdən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Gəncə qəzası da sovetləşdirildi. 1929-cu ildə Azərbaycan SSR-də həyata keçirilən rayonlaşdırma zamanı Gəncə qəzası ləğv olundu.

Əhatə etdiyi ərazilər

[redaktə | mənbəni redaktə et]
  1. О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139 — 141. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
  2. ASE, V cild, Bakı, 1981, səh. 105
  1. 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (rus.)
  2. 1 2 3 О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
  3. 1 2 О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 140. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.