Yena
Yena | |
---|---|
Jena | |
50°55′38″ şm. e. 11°35′11″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Torpaq (Almaniya) | Türingiya |
Başçı | Tomas Nitşe[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 114,29 km² |
Mərkəzin hündürlüyü | 143 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 03641, 036425 |
Poçt indeksi | 07751, 07743, 07745, 07747, 07749 |
Nəqliyyat kodu | J |
Digər | |
jena.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Yena (alm. Jena [ˈjeːna]) — Almaniyanın Türingiya torpağında, Zal çayı sahilində Erfurtdan sonra ikinci böyük şəhər olan universitet şəhəri. Şəhərin əhalisi 110.321 nəfərdir. (2016).
Şəhər 1558-ci ildə açılmış, hazırda 20 mindən çox tələbənin təhsil aldığı universiteti ilə məşhurdur. 1874-cü ildə dəmir yolunun inşası ilə Yena sənaye mərkəzi kimi inkişaf etdi. ADR dövründə burada optik-mexaniki sənayenin mərkəzi - təxminən 60 min nəfərin işlədiyi ən böyük müəssisə olan Carl Zeiss zavodu yerləşirdi. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra Yena sənaye şəhərindən elm və təhsil mərkəzinə çevrildi.
Yenada bir çox tədqiqat laboratoriyası və institutu var. Şəhərin öz planetarisi, rəsədxanası, botanika bağı və dəqiq mexanika, oftalmik optika və tibb sahəsində mütəxəssis hazırlayan bir məktəbi var. Yenanın göydələn JenTower, yeni federal əyalətlərdə ən yüksək ofis binaları arasında ikinci yeri tutur.
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]- Vladimir, Rusiya;
- Portu, Portuqaliya;
- Luqoj, Rumıniya;
- Erlangen, Almaniya;
- San-Markos, Nikaraqua;
- Obervil, Fransa;
- Berkli, ABŞ.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Gewählte Bürgermeister - aktuelle Landesübersicht Arxivləşdirilib 2021-07-13 at the Wayback Machine, Freistaat Thüringen, accessed 13 July 2021.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2022 (alm.). DESTATIS, 2023.