43°05′03″ şm. e. 40°49′02″ ş. u.HGYO

Yeni Afon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Yeni Afon
abx. Афон Ҿыц
43°05′03″ şm. e. 40°49′02″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Region Abxaziya
Rayon Qudauta
Mer Feliks Dautiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1806
İlk məlumat III əsr
Əvvəlki adları Traxeya, Psırtsxa, Anakopiya, Axali-Afoni, Nikopiya, Nikopol, Absara
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.513 nəfər (2011)
Milli tərkibi abxazlar, ruslar, ermənilər, yunanlar, gürcülər
Dini tərkibi xristianlar
Rəsmi dili abxaz dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 840 2458xxx
Poçt indeksi 6900
Nəqliyyat kodu ABH
Xəritəni göstər/gizlə
Yeni Afon xəritədə
Yeni Afon
Yeni Afon
Yeni Afon xəritədə
Yeni Afon
Yeni Afon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır.

Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir.[1]

Anakopiya qəsri

Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər.[2] Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur. Daha sonra paytaxt Kutaisiyə köçürülmüşdür.

1033-cü ildə Anakopiya Demetre tərəfindən Bizans İmperiyasına verilmişdir. Lakin 1072-ci ildə Bizans İmperiyasının Malazgird döyüşündəki məğlubiyyətindən sonra şəhər gürcülərin əlinə keçmişdir.

Yeni Afon şəhəri Qara dəniz ilə İver dağlarının arasında yerləşir. Qudautadan 17 km, Suxumidən 22 km, Soçidən 84 km uzaqlıqdadır.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

1874-cü ildə Yunanıstanın Afon dağında yerləşən Rossikon monastırından gələn rus rahibləri Qafqaza gəlmiş və yeni yer axtarmağa başlamışlar. Onlar Osmanlı İmperiyasının Rus-Osmanlı müharibəsinə görə rusları Afondan qovacağından qorxurdular. Onlar Psırtsxadakı Rusiya çarı III Aleksandr tərəfindən tikilmiş Yeni Afon monastırını seçmişdirlər.

1924-cü ildə SSRİ dövründə monastır bağlanmışdır. Monastırdan anbar, turist bazası, muzey və xəstəxana kimi istifadə olunmuşdur. 1994-cü ildə yenidən fəaliyyətə başlamışdır.

Yeni Afon monastırının dənizdən mənzərəsi bir çox turistin diqqətini çəkir.[3]

border=none Əsas məqalə: Yeni Afon mağarası

Şəhərin yaxınlığında Yeni Afon mağarası yerləşir.[4] Mağara Gürcüstanın görməli yerlərindən biridir. 1975-ci ildən mağarada metro fəaliyyət göstərir.[5]

Psırtsxa dəmiryol stansiyası
# Ad Başlama tarixi Getmə tarixi Prezident Qeydlər
Merlər:
Vitali Smir 1995 [6] 8 may 2003[7] Vladislav Ardzinba
Feliks Dautiya 19 may 2003 12 fevral 2005
12 fevral 2005 29 may 2011 Serqey Baqapş
29 may 2011 Hal-hazırda Aleksander Ankvab

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. Abxaziyanın statusu münaqişəlidir. Abxaziya özünü müstəqil hesab edir. Gürcüstan və bir çox ölkə Abxaziyanı de jure olaraq Gürcüstanın tərkib hissəsi hesab edirlər. Abxaziyanın müstəqilliyi ancaq Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu tərəfindən, həmçinin de fakto müstəqil olan Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Krayna Serb Respublikası tərəfindən tanınmışdır.
  2. Georgia in Antiquity: A History of Colchis and Transcaucasian Iberia, by David Braund, p. 54
  3. International Crisis Group, Abkhazia: Deepening Dependence Arxivləşdirilib 2010-04-27 at the Wayback Machine, p. 6
  4. "New Athos Cave at showcaves.com". 2008-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-28.
  5. "New Athos Cave Railway at metro-novyafon.narod.ru". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-28.
  6. Kazenin, Konstantin. "Первый месяц "окопного" правительства: Абхазия в СМИ 1-18 мая 2003". REGNUM News Agency. 19 May 2003. 29 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2013.
  7. Выпуск № 088. Apsnypress (Russian). 8 May 2003. 4 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2011.
  8. "Между городами Новый Афон и Сремски-Карловцы подписан Договор о сотрудничестве". Apsnypress. 23 December 2014. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 March 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]