Yevgeni Gegeçkori

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yevgeni Gegeçkori
gürc. ევგენი გეგეჭკორი
Şəxsi məlumatlar
Doğum tarixi 24 aprel 1882(1882-04-24)
Doğum yeri
Vəfat tarixi 5 iyun 1954(1954-06-05) (72 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti diplomat, vəkil, siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yevgeni Gegeçkori — (tam adı: Gegeçkori Yevgeni Petroviç, gürc. ევგენი პეტრეს ძე გეგეჭკორი; 24 aprel 1882, Martvili, Sameqrelo-Yuxarı Svaneti diyarı5 iyun 1954, Paris) — Gürcüstanın istiqlal hərəkatı xadimi, sosial-demokrat.

1881-ci il yanvar ayının 20-də Kutais quberniyasının Senaksi qəzasının Martvili şəhərində anadan olmuşdur. Kutais gimnaziyasında təhsil alıb, 1902-ci ildə oranı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə qəbul olub.

1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvlüyünə qəbul edilib. 1905-ci ildə Qərbi Gürcüstanda baş verən inqilabi hadisələrdə iştirak edib. 1907-ci ildə Moskva Universitetini bitirdikdən sonra Kutais dairə məhkəməsində vəkil köməkçisi vəzifəsinə təyinat alıb. Həmin ilin oktyabrında Kutais quberniyasından III Dövlət dumasına deputat seçilib. Həmin vaxtı menşeviklərin tərəfində çıxış edərək sosial-demokrat fraksiyasının liderlərindən biri olub. Fevral inqilabından (1917) sonra Gegeçkori Gürcü sosial-demokrat partiyasının rəhbərlərindən biri oldu. 1917-ci ilin noyabrında Yevgeni Gegeçkori Zaqafqaziya Komissarlığının sədri seçilmişdir. 1918-ci ilin fevralında isə Zaqafqaziya seymi, Gegeçkori başda olmaqla, Zaqafqaziya hökumətini təşkil etmişdir.[1] 1918-ci ilin aprelində yaradılan Ali Müdafiə Şurasına daxil idi. 1918-ci ilin mayından Gürcüstan Respublikasının xarici işlər naziri olmuşdur.[2] 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti elan edildikdən onra Fransaya mühacirət etmişdir.[3] 1953–1954-cü illərdə Gürcüstan Demokratik Respublikasının mühacir hökumətinin sədri vəzifəsini tutumuşdur. 5 iyun, 1954-cü il tarix ində Parisdə vəfat edib.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Histoire de Géorgie par Alexandre Manvelichvili, Paris, 1951, Nouvelles Éditions de la Toison d'Or, p. 421
  2. "Azərbaycan Xalq Cümhuriyyəti I cild". 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-09.
  3. Убийство Столыпина. Свидетельства и документы'; ред. Серебренников, А.; Изд-во: Рига: Инфа, 1990, с. 257
  4. Luc Méloua : "Les tombes géorgiennes du cimetière de Leuville-sur-Orge"