Məzmuna keç

Qulaq

İnsan qulağının sxematik diaqramı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Danışıq dilinin susduğu və əməl dilinin tövsiyə etdiyi nəsihət heç bir qulaq tərəfindən rədd edilməz və heç bir fayda onun faydasına bərabər olmaz. Əli
  • Divarın da qulağı var. Malayal atalar sözləri
  • Dirsək yaxındır — dişləyə bilmirsən, qulaq yaxındır — görə bilmirsən. Monqol atalar sözləri
  • Dost sözünə tut qulaq, əğyarın pəndinə yox. Türkmən atalar sözləri
  • Görən gözləri və eşidən qulaqları olan hər bir kəs əmin ola bilər: heç bir fani sirr saxlaya bilmir. Əgər kiminsə dodaqları susursa, deməli barmaqlarının ucuyla boşboğazlıq edir. Onu ələ verən ip ucları bədəninin bütün məsamələrindən axıb tökülür. Ziqmund Freyd
  • Göz iki, qulaq iki, ağzımız isə təkdir. Çox görüb, çox dinləyib, az danışmaq gərəkdir. Mövlana Cəlaləddin Rumi
  • İndi imtina etsən heç vaxt bacara bilməzsən. Bu nəsihəti qulaq ardı etsən, yolu artıq yarılamısan deməkdir. Devid Zuker
  • Öz şərəfini özün qoru, kəsik qulağını saçınla ört. (Kəsik qulaq — cinayət üçün verilən cəza) Benqal atalar sözləri
  • Yaltaqlığa qulağımız açıq qapıdır, amma həqiqətə görə iynə gözüdür. Blez Paskal

İstinadlar

[redaktə]
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.75