Məzmuna keç

Tomas Yunq

Tomas Yunq (13 iyun 1773 - 10 may 1829) - işıq və bərk cisimlərin mexanikasına dair tədqiqatları, fiziologiya və Misirologiyaya verdiyi töhfələrə görə məşhur olan İngilis fiziki, misirşünas.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu günümüzdən səmərəli istifadə edək, işlərimizi sabaha qoymayaq. Bəlkə heç sabahı görə bilmədik.
  • Elmi araşdırmalar bütün müasirlərinə və sələflərinə qarşı aparılan bir növ müharibədir.
  • Əgər istilik maddə deyilsə, o, keyfiyyət olmalıdır; bu keyfiyyət ancaq hərəkət ola bilər.
  • Formanın daimi dəyişməsi praktiki tətbiqlərdə materialların gücünü məhdudlaşdırır.
  • Hər bir insan başqalarının bacardığı şeylərə qadirdir.
  • Həyalı insan zalım olmaz.
  • İşığın mahiyyətinin həyat maraqları üçün heç bir maddi əhəmiyyəti yoxdur.
  • Oğlan olanda kişi olduğumu düşünürdüm. İndi kişi olduğum üçün özümü uşaq kimi hiss edirəm.
  • Öz ləyaqətinin qayğısına qalan bir insan, həssaslığı bəzən özünə qulluq edən bədxahlıq tərəfindən diktə edilən ədalətsiz bir təxribatla oyansa da, ümumiyyətlə, fəaliyyətini dayandırmaqdansa, təxribatı təkzib etmək və təcavüzkarları cəzalandırmaq cəhdi ilə zədənin müvəqqəti nəticələrini susdurmağı daha məqsədəuyğun hesab edəcəkdir.
  • Təxirə salmaq vaxtı oğurlamaqdır.
  • Vətənə olan borcunuzu qaytarmaq üçün hər şeyinizi fəda etməyə borclu olduğunuzu heç vaxt unutmayın. [1]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.496